Rusiya XİN

Rusiya Ukraynaya nota verdi

107
(Yenilənib 23:27 28.09.2018)
Hücum zamanı Rusiya və onun rəhbərliyinə qarşı təhqiredici şüarlar səsləndirilib.

BAKI, 28 sentyabr — Sputnik. Ukraynanın Moskvadakı səfirliyinin müşavir-elçisi Rusiya XİN-inə çağırılıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, burada Rusiyanın Kiyevdəki ticarət nümayəndəliyinə hücumla bağlı Ukrayna təmsilçisinə etiraz notası təqdim olunub.

Ötən gün qurum məlumat yayıb ki, ukraynalı millətçi radikallar Rusiyanın Ukraynada ərazisində olan diplomatik nümayəndəliklərinə qarşı "eybəcər hərəkətlər" ediblər.

Naməlum şəxslər nümayəndəliyin ərazisinə tüstü bombaları atıb, hasarda təhqiredici yazılar yazıb, ticarət nümayəndəliyinin qarşısında park edilən diplomatların maşınlarına zərər vurub. Bundan əlavə, Ukraynanın Rusiyadakı müvəqqəti işlər üzvə müvəkkilinin də maşını daxil olmaqla dörd avtomobilin üzərinə boya tökülüb.

"Hücum zamanı Rusiya və onun rəhbərliyinə qarşı təhqiredici şüarlar səsləndirilib. Xoşbəxtlikdən diplomatlardan heç kimə zərər dəyməyib", — deyə Rusiya XİN-in məlumatında yayıb.

107