Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin

Tarixi İdlib razılaşması əldə edildi

422
Rusiya və Türkiyə İdlibdə hərbsizləşdirilmiş zonanın yaradılması barədə razılığa gəlib

BAKI, 17 sentyabr — Sputnik. Rusiya və Türkiyə Suriyanın İdlib əyalətində terrorçuları məhv etmək üçün bütün səylərini səfərbər edəcəklər. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən məlumat verir ki, bu barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra bəyan edib.

"Cənab Putinlə görüşdə İdlib məsələsini həll etmək barədə razılığa gəldik. Suriya müxalifətinin nəzarətində olan əraziləri hərbsizləşdirmək lazımdır. O ərazilərə nəzarət edən müxalifət orada qalacaq, lakin eyni zamanda biz Rusiya ilə birlikdə həmin ərazilərdən bütün radikal qrupları çıxarmaq üçün əlimizdən gələni edəcəyik", — Ərdoğan bildirib.

Öz növbəsində Vladimir Putin Rusiya və Türkiyənin oktyabrın 15-dək İdlibdə hərbsizləşdirilmiş zonanın yaradılması barədə razılığa gəldiyini deyib.

Onun sözlərinə görə, hərbsizləşdirilmiş zona silahlı müxalifət və hökumət qoşunlarının təmas xətti boyunca 15-20 km dərinliyində olacaq.

Zonaya iki ölkənin xüsusi qrupları nəzarət edəcək.

Oktyabrın 10-dək bütün müxalifət qruplaşmalarının ağır silahları, tankları, reaktiv yaylım atəşi sistemləri, topları və minaatanları sözügedən zonadan çıxarılacaq.

422
Əlaqədar
Türk ordusu yenidən Suriya sərhəddində
Suriya ordusu İŞİD-in son qalasına yaxınlaşıb - VİDEO
Vəziyyət gərginləşir: Türkiyə Suriya sərhədinə xüsusi təyinatlılar göndərdi
Suriya ordusu NATO-nun xəbərdarlıqlarına baxmayaraq, hücuma keçdi
Bölgəmizdə böyük fəlakətə hazırlıq gedir, ortada ABŞ-Suriya danışıqları iddiası da var