Президент РФ Владимир Путин и президент Турции Реджеп Тайип Эрдоган на пресс-конференции по итогам встречи в Сочи. 17 сентября 2018 года

Putin-Ərdoğan danışıqlarının ilk nəticələri bilindi

160
Rusiya lideri iki prezident arasındakı danışıqların konstruktiv və məzmunlu olduğunu vurğulayıb

BAKI, 17 sentyabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Türkiyə arasında viza rejiminin liberallaşmasına ümid etdiyini bəyan edib. Bu barədə Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir.

"Digər tərəfdən, fikrimcə, səyahət baxımından viza rejiminin liberallaşması yüngülləşəcək… Həmçinin qeyd etmək istəyirəm ki, bu iş nazirliklər səviyyəsində davam etdiriləcək. Biz nəticələrin müsbət olacağını gözləyirik", — Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra deyib.

Öz növbəsində Rusiya lideri iki prezident arasındakı danışıqların konstruktiv və məzmunlu olduğunu vurğulayıb. 

Onun sözlərinə görə, Rusiya-Türkiyə əməkdaşlığının cari məsələlərinin müzakirəsinə iki lider ikitərəfli əmtəə dövriyyəsinin əhəmiyyətli dərəcədə artdığını qeyd ediblər. 

160
Əlaqədar
"Dünya bizim görüşümüzün sonunu gözləyir" – Ərdoğan
Putin və Ərdoğan görüşəcək
Putin Təhlükəsizlik Şurasını topladı
Putin “sülh” dedi, Yaponiya “yox” cavabı verdi