Moskva metropolitenində sərnişinlər, arxiv şəkli

Metroda sağlam olmaq üçün maraqlı aksiyaya başlanıb - VİDEO

78
(Yenilənib 18:48 05.09.2018)
İstənilən sərnişin 30 dəfə oturub-duranda (idman edəndə) ona avtomatik olaraq metrodan istifadə bilet verilir

BAKI, 5 sentyabr — Sputnik. İnsanların hərəkətsiz olmasını, bunun da onların sağlamlıqları üçün çox ziyanlı olmasını nəzərə alan Moskva metropoliteni maraqlı aksiya keçirir.

Belə ki, metronun girişində xüsusi aparat quraşdırılıb. İstənilən sərnişin 30 dəfə oturub-duranda (idman edəndə) ona avtomatik olaraq metrodan istifadə bileti verilir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə sosial şəbəkədə video paylaşılıb. Videonu sizə təqdim edirik:

78
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli

Şenker ABŞ-ın Yaxın Şərqdə son iki onillikdəki hansı layihəsini uğurlu hesab edir?

5
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Dövlət Departamentinin Rusiyanın Yaxın Şərqdəki rolu haqqında bəyanatına cavab verib

BAKI, 5 iyun – Sputnik. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ dövlət katibinin köməkçisi Devid Şenkerin “Rusiya Yaxın Şərqdən çıxmalı"dır fikrini şərh edərkən Vaşinqtonun regiondakı siyasətinin nəticələrini xatırlamağa çağırıb.

"Dəqiqləşdirmək istərdim ki, Şenker Amerikanın Yaxın Şərqdə son iki onillikdəki hansı layihəsini uğurlu hesab edir? <...> Xatırlaya bilmirik. Yalnız ölüm və məhv", - deyə Zaxarova RİA Novosti-yə bildirib.

Diplomat əlavə edib ki, ola bilsin, Şenker "uğurlu layihə" nin yekununu məhz belə görür.

Rusiya 2015-ci ildən rəsmi Suriya hökumətinin xahişi ilə ərəb respublikasına terrorizmlə mübarizə və ölkənin bərpası üçün hərbi və digər yardımları göstərir. Birləşmiş Ştatlar isə Suriyanın rəsmi hakimiyyətinin icazəsi olmadan bu ölkədə yerləşir.

5
T-15 Armata ağır PDM-i , arxiv şəkli

Niyə T-15 "Armata" dünyanın ən yaxşısıdır?

7
(Yenilənib 22:38 05.06.2020)
Rusiya və xarici hərbi ekspertlərin fikrincə, T-15 hələ uzun illər xarici konstruktor büroları üçün nümunə olacaq.

BAKI, 5 iyun — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Rusiya silah yaradılması və istehsalı sahəsində qabaqcıl mövqe tutur. "Armata" platforması əsasında yaradılmış piyadanın döyüş maşını (PDM) keyfiyyətli texnoloji sıçrayışdır. Yeni PDM dünya silah bazarında tələb olunacaq.

İyunun 24-də Moskvada keçiriləcək Qələbə paradında döyüş texnikasının əsas nümunələri sırasında ən yeni məsafədən idarə olunan "Kinjal" universal döyüş modulu ilə təchiz olunmuş T-15 "Armata" ağır PDM-i də iştirak edəcək. Onun 57 millimetrlik "Kinjal" topu düşməni 14 km-dən çox məsafədə vura və dəqiqədə 80 güllə ata bilir. Bu gün T-15 "Armata" dünyanın ən güclü və ən yaxşı müdafiəsi olan PDM-dir.

Bu PDM piyadaların çatdırılması və qoşunlara atəş dəstəyi üçün nəzərdə tutulub. Silahlanma, manevr imkanları və müdafiə sistemləri T-15-ə tanklarla eyni sırada durmağa imkan verir. Bununla belə, piyadanın ağır döyüş maşınının tərtibatı onun "yaxın qohumu" olan T-14 tankından fərqlənir. Mühərrik burun hissəsində, idarəetmə bölməsi mərkəzdə, desant bölməsi arxada yerləşir. Silah və döyüş sursatı isə uzaqdan idarə olunan qüllədə yerləşib. T-15 PDM-in daxili məkan və həyat təminatı sistemlərinin təşkili ekipaja və desantçılara üç sutka ərzində döyüş maşınını tərk etmədən döyüş tapşırıqlarını yerinə yetirməyə imkan verir.

Döyüş maşını üç ekipaj üzvü tərəfindən idarə olunur, desant şöbəsi tam təchiz olunmuş 9 motoatıcını daşıya bilir (BMP-2 və BMP-3 yalnız 7 desantçı daşıya bilir). Qatlanan apparel yüklənməni və desant çıxarmanı daha rahat edir. T-15 PDM-in ölçüləri və kütləsi (uzunluğu 9,5 metr, eni 4,8 metr, hündürlüyü 3,5 metr, kütləsi 55 ton) onun təhlükəsizliyini və 12 hərbi qulluqçu üçün kifayət qədər rahatlığı, əhəmiyyətli miqdarda silah və sursatlarla təchizatı təmin edib. Çoxqatlı zirehlə təchiz edilmiş bu "canavar" 1500 at gücündə olan 2V-12-3A dizel mühərriki ilə təchiz olunub, dərinliyi 5 metrə qədər olan su maneələrini keçə bilər (dib ilə), dərə-təpəli ərazidə təxminən 50 km/saata, şosedə isə 75 km/saata qədər sürət yığa bilər. Gediş ehtiyatı 500 kilometrdir.

Rusiya ordusunun T-15 "Armata" PDM-inə ehtiyacı böyükdür. Yeni döyüş maşını motoatıcı bölmələrin texniki təchizatının keyfiyyətcə yaxşılaşmasına və döyüş meydanında zirehli texnikanın yeni istifadə konsepsiyalarının tətbiqinə zəmanət verir. Vahid "Armata" platformasında T-14 PDM və T-15 tanklarının qoşunlara çatdırılması sinxron şəkildə həyata keçiriləcək, çünki hər iki maşın inteqrasiya şəklində döyüş əməliyyatları aparmaq üçün işlənib hazırlanıb.

Unikal müdafiə

Dünyada mövcud olan piyada döyüş maşınlarının hamısı düşmənin tank əleyhinə vasitələri üçün həssasdır. Lakin bu, T-15 PDM-inə aid deyil. Müdafiə "Armata" ailəsinin əsas xüsusiyyətidir. T-15-in konstruksiyasının mühüm xüsusiyyəti döyüş komplektindən və mühərrik-transmissiya bölməsindən təcrid olunmuş zirehli kapsuldur (içərisində komandir, mexanik-sürücü və operator oturur). Onun korpusu ekipajı və desantçıları fuqaslardan qoruyur. T-15-in tank əleyhinə vasitələrindən eşelonlanmış, çoxsəviyyəli müdafiə sistemi ayrıca diqqətə layiqdir.

Optik-elektron kompleksi və şüalanmanın aşkar edilməsi üçün sensorlar sistemi sıx aerozol pərdəsinin yaradılması üçün tüstü qumbarasının avtomatik atılmasına imkan verir. Əsas işi "Afqanit" ümumrakurslu aktiv müdafiə kompleksi həyata keçirir. Bu avtomatlaşdırılmış sistem düşmənin tank əleyhinə raketlərini PDM-ə yaxınlaşdıqda aşkar edir və onları vurur (döyüş maşının gövdəsi ilə təmas olmadan). "Afqanit" cavab zərbəsi endirmək üçün düşmən raketinin buraxılması ərazisini müəyyən edə bilir. Fazalı anten qəfəsləri PDM-in yaxınlığında istənilən fəaliyyəti izləyir. Yaxın məsafədən tam dairəvi izləmə görüntünü ekipajın ekranlarına ötürən videokameralar vasitəsilə həyata keçirilir.

Əgər düşmənin mərmiləri "Afqanit"in müdafiə sərhədlərini dəf etsə, "Malaxit" dinamik müdafiə kompleksi işə düşür. Hər iki sistem T-15-in etibarlı müdafiəsini təmin edir, lakin kompozitlərdən və poladdan hazırlanmış əsas zirehli korpus da zərbəyə tab gətirə bilər. Bu materialların birləşməsi 1200 mm qalınlığında olan adi zirehli plitənin möhkəmliyinin ekvivalentinə nail olmağa imkan verir. Bundan başqa, döyüş maşını peyk naviqasiyasını və radiosiqnalları susduran, rəqibin mərmi və raketlərinin istiqamətini dəyişdirən radioelektron mübarizə vasitələrinə malikdir. Döyüş maşınının altında quraşdırılmış mina əleyhinə müdafiə sipəri hətta güclü fuqasın zərbə dalğasının qarşısını almağa qadirdir. PDM-in güc qurğusunun öndə yerləşməsi ekipaj və desant üçün əlavə müdafiə yaradır.

Təhlükəsizlik dərəcəsinə görə dünyada onun bərabər analoqu yoxdur. T-15 piyadanın döyüş maşını Almaniya ordusunun ən yeni "Puma" (Schützenpanzer Puma) PDM-i də daxil da olmaqla, bütün yaxın rəqiblərdən üstündür. Yalnız bəzi parametrlərə görə, İsrailin "Namer" zirehli transportyoru onunla rəqabət apara bilər. Qeyd edim ki, T-15 PDM-inin bütün xüsusiyyətləri geniş ictimaiyyətə məlum deyil. "Armata" Rusiya Müdafiə Nazirliyinin ən gizli layihələrindən biridir.

Sarsıdıcı güc

Yerli münaqişələrdə (və şəhər döyüşlərində) yeni taktika piyadaların döyüş maşınlarını daha da canlı etməyi tələb edir. Rusiyanın ən yeni PDM-i tank zirehinə malikdir, piyadaların etibarlı müdafiəsini təmin etməyə və demək olar ki, istənilən rəqiblə döyüşə girməyə qadirdir. T-15 PDM-i səhra və şəhər şəraitində eyni dərəcədə uğurla fəaliyyət göstərəcək.

Onun əsas silahı "Kinjal" adlı 57 mm-lik yivli avtomatik topu və tank əleyhinə "Ataka T" raket kompleksidir. İnsansız döyüş modulu məsafədən idarə olunan döyüş sistemi şəklində layihələndirilib. 57 mm-lik güclü sürətli atəş aça bilən top yerüstü və hava hədəflərinin zirehdələn və qəlpəli-fuqaslı mərmilərinin köməyi ilə 14500 metrə qədər məsafədə məhv edilməsi üçün nəzərdə tutulmuşdur. Tank əleyhinə idarə olunan 9M120 "Ataka" raketləri zirehli (aktiv müdafiə kompleksli) hədəflərə qarşı 10 km-ə qədər məsafədə effektivdir. Düşmənin canlı qüvvəsi ilə mübarizə üçün əlavə olaraq 7,62 mm-lik PKTM pulemyotu quraşdırılıb. Avtomatlaşdırılmış sistem optik lokatorun vasitəsilə aktiv və passiv rejimlərdə hədəflərin axtarışını və müşayiət olunmasını həyata keçirə bilər. Məsələn, gizlənmiş snayperlərin aşkarlanması, izləmə aparılması və iki hədəfin eyni vaxtda atəşə tutulması.

Vurğulayım ki, NATO ölkələrinin PDM-dən fərqli olaraq, T-15 döyüş modulları televizion və infraqırmızı optik qurğular vasitəsi ilə uçuş aparatlarını passiv şəkildə aşkar edərək yaxın döyüşdə hava hücumundan müdafiə rejimini dəstəkləyir. T-15 PDM-nin topu demək olar ki, bütün yerüstü hədəfləri (tanklar daxil olmaqla) vurmağa və hücum təyyarələrini, "Apache" tipli tank əleyhinə helikopterləri, MQ-1 "Predator" tipli dronları vurmağa qadirdir. Onun radiolokasiya stansiyası, sensorlar sistemi və ikimüstəvili silah stabilizatoru mövcuddur. Etibarlılıq üçün kompüterləşdirilmiş nəzarət sisteminin tərkibinə iki çoxfunksiyalı nişangah daxildir: biri nişançı, digəri isə maşın komandiri üçün.

Silahların düzülüşünün modul prinsipi taktiki fondan asılı olaraq döyüş komplektasiyasının variantlarını dəyişməyə imkan verir. Bugünkü T-15 PDM-nin konfiqurasiyalarının bir neçəsi yəqin ki, yeni modullarla tamamlanacaq.

Döyüş inteqrasiyası

T-15 PDM-i taktiki halqanın vahid idarəetmə sistemində aşkar edilmiş hədəflərə dair məlumatları digər döyüş maşınlarına inteqrasiya olunmuş şəkildə ötürmək və hədəfi məhv etmək üzrə tapşırıqları almağa qadirdir. Bu, qoşunların döyüş təşkilatının keyfiyyətcə yeni səviyyəsidir. Beləliklə T-15 əsas çoxməqsədli döyüş vasitəsi kimi tank və motoatıcı bölmələrin tərkibində – hətta nüvə silahının və ya kütləvi qırğın silahının digər növlərinin tətbiqi şəraitində istənilən düşmənə qarşı manevrli döyüş əməliyyatları aparmaq üçün nəzərdə tutulub.

T-15 PDM-inin məlumatları idarə sistemi əvvəlki nəsillərin PDM-ləri ilə müqayisədə komanda idarəetməsini daha yüksək səviyyədə təmin edir. Bu sistem PDM-in ekipajına maşının texniki vəziyyətinə dair tam məlumat verərək diqqəti birbaşa döyüş tapşırıqlarının yerinə yetirilməsinə yönəltməyə imkan verir. T-15 PDM-in yaradıcıları kəşfiyyat və əməliyyat mühitinin qiymətləndirilməsi üçün onun hətta dronla təchiz olunacağına söz veriblər.

Köhnə BMP-1 və BMP-2 PDM-ləri tank bölmələrinə dəstək vasitəsi kimi yaradılıb. Yüksək sürət və az kütlə bu döyüş maşınlarının yaxşı manevrini təmin edir. Lakin onların zirehi zəifdir. T-15 PDM öz taktiki-texniki xarakteristikalarına görə bütün mövcud analoqlarını qabaqlayır. Bundan əlavə, T-14 əsas döyüş tankı və T-15 PDM-i eyni güc blokuna və hidromexanik transmissiyaya malikdir. Belə unifikasiya Rusiyada ilk dəfə tətbiq edilib və döyüş maşınlarının texniki xidmətini çox asanlaşdırır.

Təsadüfi deyil ki, T-15 PDM hindistanlı hərbçilərin ürəyincə olub. İraq, Küveyt, Tailand və Pakistan ordularında da bu ən yeni piyadanın döyüş maşınlarının əldə olunması barədə düşünürlər. Rusiya silah bazarının PDM seqmentində yer tutmaq üçün hələ də "M2 Bradley" PDM-lərini onlarla ölkəyə göndərməkdə davam edən amerikalılarla uğurla rəqabət apara bilər. Rusiya və xarici hərbi ekspertlərin fikrincə, T-15 hələ uzun illər xarici konstruktor büroları üçün nümunə olacaq.

7
Zaqatalaya mənzərə, arxiv şəkli

Cənubi Qafqazda ilk olaraq Azərbaycanda...

0
Səmədova onu da bildirib ki, layihə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilir və icra müddəti 4 ildir.

BAKI, 6 iyun — Sputnik. Azərbaycanda "Zaqatala–Balakən biosfer rezervatının yaradılması" layihəsinə start verilir. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib.

O, qeyd edib ki, layihə çərçivəsində Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında yaradılacaq Zaqatala-Balakən biosfer rezervatı həmin bölgədə ekoturizmin inkişafına və yerli əhalinin məşğulluğunun artırılmasına şərait yaradacaq, insanların flora və faunaya zərər vermədən təbiət gözəlliklərini görməsi üçün hərəkət çığırları, seyr nöqtələri müəyyənləşdiriləcək. Qoruqdan fərqli olaraq biosfer rezervatın ərazisinə ekoturistlərin girişi açıq olacaq.

ETSN rəsmisi biosfer qoruğunun yaxın qonşularımız Türkiyə, Rusiya, Belarusiyada da mövcud olduğunu, lakin Cənubi Qafqaz regionunda ilk dəfə Azərbaycanda yaradılacağını vurğulayıb.

O qeyd edib ki, bununla da bölgədə ekoloji və kənd turizminin stimullaşdırılmasına, əhalinin sosial-iqtisadi rifahının yüksəldilməsinə şərait yaranacaq. Biosfer rezervatda müasir tələblərə cavab verən infrastruktur qurulacaq, alternativ və bərpa olunan enerji mənbələri ilə təmin olunacaq. Eyni zamanda, burada ekoloji təmiz məhsulların istehsalı üçün təsərrüfat yaradılacaq.

"Biosfer rezervatın özəlliklərindən biri də odur ki, burada istehsal olunan orqanik məhsullar qoruğun loqosu ilə qablaşdırılacaq və bir sıra ölkələrə ixrac olunan zaman gömrük rüsumundan azad olunacaq. Həmçinin, layihə çərçivəsində ətraf ərazilərdə təsərrüfat fəaliyyəti ilə məşğul olan şəxslərə kiçik həcmli qrantların verilməsi də planlaşdırılır".

A.Səmədova onu da bildirib ki, layihə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilir və icra müddəti 4 ildir.

0