Suriyanın İdlib şəhəri

Rusiya ildırımsürətli hücuma başladı, müxaliflərin son qalası bombalanır

11313
(Yenilənib 14:08 04.09.2018)
Hava hücumlarında ölən və ya yaralananların olub-olmadığına dair, hələlik bir məlumat yoxdur

BAKI, 4 sentyabr — Sputnik. Rusiya qırıcıları Suriyanın İdlib bölgəsini bombalamağa başlayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, rus döyüş təyyarələri 22 günün ardından İdlibə hava hücumları təşkil etməyə başlayıb.

Hava hücumlarında ölən və ya yaralananların olub-olmadığına dair, hələlik bir məlumat yoxdur. Rusiya İdlib bölgəsinə əməliyyat hazırlığı aparan Bəşər Əsədə dəstək verir.

İdlib məsələsi sentyabrın 7-də Tehranda İran, Rusiya və Türkiyə liderləri arasında keçiriləcək sammitdə də müzakirə ediləcək. Müxaliflərin son qalası olan İdlib və ətrafında 3.5 milyon əhali yaşayır. BMT İdlibə ehtimal olunan bir əməliyyat nəticəsində 250-700 min insanın köç edə biləcəyi xəbərdarlığını edib.

Bu arada Suriya rejiminə bağlı ordu birləşmələrinin İdlibə qarşı mümkün hərbi əməliyyatına qarşı Türkiyə Silahlı Qüvvələri (TSQ) sərhəddə mövqelərini gücləndirib. Sputnik Azərbaycan "Haber7"-yə istinadla xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri Hatay bölgəsinə intensiv şəkildə şəxsi heyət və zirehli texnika yığır.

Eyni zamanda bölgəyə göndərilən tankların sayında da artım var. Bunların arasında modernləşdirilmiş "M-60" tanklarının olması diqqət çəkir.

TSQ digər kəşfiyyat və təhlükəsizlik qüvvələri ilə birgə İdlibdən köç dalğasının qarşısını alacaq. Bunun üçün çalışmalar davam edir. TSQ-nin İdlibin ətrafında 12 ayrı-ayrı müşahidə məntəqəsi mövcuddur. Həmin müşahidə məntəqələrinin təhlükəsizliyi gücləndirilib.

Bundan əlavə, Türkiyəyə sığınmağa çalışan miqrantlara qarşı radikal ekstremistlər və ya rejim qüvvələrinin hər hansı həmləsi baş verərsə, TSQ dərhal miqrantların müdafiəsinə qalxacaq.

Qeyd edək ki, İdlibdə ciddi toqquşma təhlükəsi hökm sürür. Diplomatik mənbələrdən sızan məlumatlara görə, Bəşər Əsəd rejiminin qoşunları İdlibin cənubunda hərbi hazırlıqlara başlayıb.

11313
Teqlər:
qırıcı, İdlib, Suriya, bomba, Rusiya
Əlaqədar
Suriyada silaha sarılmış terrorçuların sayı açıqlandı
Türkiyədə böyük həyəcan yaşanır, daha 4 milyon suriyalı qapıya dayanıb
Netanyahu İran və Suriyanı təhdid etdi
Bölgəmizdə böyük fəlakətə hazırlıq gedir, ortada ABŞ-Suriya danışıqları iddiası da var
Suriyada vəziyyət gərginləşir, Rusiya və ABŞ döyüş hazırlığı vəziyyəti aldılar