Moskvada Kreml

Vaşinqtonun son həmləsi Moskvada əsəbləri tarıma çəkib: Çox kobud davranışdır

4785
(Yenilənib 17:57 03.09.2018)
Dmitri Peskov: "Belə bir addımın atılması ABŞ-ın Rusiyanın daxili işlərinə müdaxilə cəhdlərini ortaya qoyur"

BAKI, 3 sentyabr — Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) Rusiya vətəndaşlarını əməkdaşlığa məcbur etməsini Rusiyanın daxili işlərinə müdaxilə etmə cəhdlərinin sübutu kimi qiymətləndirib.

Sputnik Türkiyə xəbər verir ki, "The New York Times" qəzeti FTB və ABŞ Ədliyyə Nazirliyinin rusiyalı iş adamı Oleq Deripaksı Vaşinqtonla əməkdaşlıq etməyə məcbur etməsi ilə bağlı məlumat yayıb. Xəbərə görə, Rusiyanın 2016-cı il seçkilərində Donald Trampa yardım etdiyinə dair iddiaları dəqiqləşdirmək məqsədilə ABŞ xüsusi xidmət orqanları Deripaksla bərabər daha 5 rus oliqarxı əməkdaşlığa cəlb etmək istəyib. Lakin bütün cəhdlər uğursuzluqla nəticələnib.

Məsələ ilə bağlı açıqlama verən Peskov bu addımları ABŞ-ın Rusiyanın daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirib: "Birləşmiş Ştatlar son illərdə kəşfiyyat sahəsində çox kobud davranışlar sərgiləyir. Rusiya vətəndaşlarını öz tərəfinə çəkib onlara psixoloji və başqa cür təzyiqlər göstərir".

"Belə xəbərlər bizi düşünməyə məcbur edir. Bütün bunlar ABŞ tərəfindən edilənlərin gözlə görünən sübutudur. Oleq Deripaks kimi çox böyük bir iş adamına qarşı belə bir addımın atılması ABŞ-ın Rusiyanın daxili işlərinə müdaxilə cəhdlərini ortaya qoyur" — deyə D.Peskov vurğulayıb.

4785
Teqlər:
iş adamı Oleq Deripaks, müdaxilə, daxili işlər, FTB, Federal Təhqiqatlar Bürosu, vətəndaş, Dmitri Peskov, Rusiya, ABŞ, prezident
Əlaqədar
Rusiya Aralıq dənizinə girdi: ABŞ-a ciddi cavab hazırlanır
ABŞ-dan qəribə şikayət: Vaşinqton Rusiyanın cavab zərbəsinə dözmədi
Rusiya və ABŞ Aralıq dənizində qüvvələrin sayını artırır – Toqquşma gözlənilir
Suriyada vəziyyət gərginləşir, Rusiya və ABŞ döyüş hazırlığı vəziyyəti aldılar
ABŞ-ın Rusiyaya qarşı sərt qərarı qüvvəyə mindi
Hüseyn Həsənov, arxiv şəkli

Bloger Hüseyn Həsənov yeni şousunu gizli saxlayır - deyirlər, qız axtaracaq

226
(Yenilənib 00:26 26.09.2020)
Məşhur şounun tamaşaçıları əmindirlər ki, verilişin növbəti “Subay”ı populyar bloger Hüseyn Həsənov olacaq.

BAKI, 26 sentyabr — Sputnik, Kəmalə Əliyeva. Rusiyanın məşhur Azərbaycan əsilli blogeri Hüseyn Həsənov “Subay” ("Холостяк") realiti-şousunun növbəti qəhrəmanı ola biləcəyinə eyham vurub.

Sputnik Azərbaycan bildirir ki, sosial şəbəkədəki heasabında bloger televiziya şousunda iştirak edəcəyi barədə videoçarx paylaşıb. O, proqramın adını çəkməsə də “Subay” şousunun diqqətli izləyiciləri bu çarxın məhz həmin verilişin reklamını xatırlatdığını deyiblər.   

Qeyd edək ki, sentyabrın əvvəlində ТНТ telekanalı “Subay” şousunun səkkizinci mövsümü üçün kastinq elan etmişdi.

Посмотреть эту публикацию в Instagram

🤫🌹 лайкну всех, кто НЕ угадает, что за шоу 👇🏾

Публикация от ГУСЕЙН ГАСАНОВ (@gusein.gasanov)

“Subay” – romantik realiti-şoudur. 25 iştirakçı qızla yaxından tanış olmaq üçün əsas qəhrəman onlara görüş təyin edir. Layihənin qaydalarına görə, hər epizoddan sonra qızların sayı azalır – Qızılgül mərasimində Subay məhz tanışlığı davam etdirmək istədiyi qızlara gül verir. Finalda bir neçə qız qalır, əvvəlcə Subay onların valideynləri ilə, onlar isə Subayın valideynləri ilə görüşürlər. Son epizodda Subay yalnız bir qızı seçərək fikrinin ciddi olduğunu bildirmək üçün üzük hədiyyə edə bilər.

Hüseyn Həsənov Sankt-Peterburqda doğulub, böyüyüb. Onun 25 yaşı var. O, öz çarxlarında əsasən ağrılı mövzulara toxunur və onlara bir qədər yumor əlavə edir. Onun qısa videoçarxlarının qəhrəmanları əsasən rusiyalı və xarici modellər olur. O, həmçinin rusiyalı müğənnilərin kliplərində çəkilir, film və seriallara çəkilməkdən də imtina etmir. Aktyorluq fəaliyyəti ilə yanaşı, Həsənov geyimlərin dizaynı ilə də məşğul olur və onun hətta öz şəxsi kostyum kolleksiyası mövcuddur. Hazırda sosial şəbəkələrdə onun 14.4 milyon izləyicisi var.

226
Teqlər:
Instagram, televiziya, Холостяк realiti-şousu, Rusiya, Hüseyn Həsənov, bloger
Əlaqədar
Məşhur rusiyalı bloger azərbaycanlı vəkili niyə məhkəməyə verib?
Vətənimin seyrinə çağırıram elləri - Onun sayəsində dünya ölkəmizin gözəlliklərini tanıyır
Azərbaycanlı bloger rus müğənni Yeqor Kridlə sevgili olmasına aydınlıq gətirib
Bir dəfə görmək daha yaxşıdır: qırğız bloger Azərbaycanı ziyarət etmək istəyir
Hüseyn Həsənov yeni avtomobilinə külli miqdarda pul xərcləyib
Moskva meri Sergey Sobyanin, arxiv şəkli

Moskva meri distant rejiminə keçməyə çağırıb: Soyuqlar yaxınlaşır, xəstəlik artacaq

551
(Yenilənib 11:53 25.09.2020)
Sobyanin iş yerlərində sanitar-epidemioloji təhlükəsizlik tədbirlərinin ciddi şəkildə yerinə yetirilməsini təmin etməyi tapşırıb.

BAKI, 25 sentyabr — Sputnik. Moskva meri Sergey Sobyanin koronavirusun yayılması təhlükəsi fonunda işəgötürənlərə mümkün qədər çox əməkdaşı distant iş rejimə keçirməyi tövsiyə edib.

Sputnik Azərbaycan xəbər verir ki, Sobyaninin çağırışı onun şəxsi saytında dərc olunub.

Sobyanin həmçinin dezinfeksiya, fərdi mühafizə vasitələrinin istifadəsi, sosial məsafə, temperaturun ölçülməsi və COVID-19 testləri də daxil olmaqla, iş yerlərində sanitar-epidemioloji təhlükəsizlik tədbirlərinin ciddi şəkildə yerinə yetirilməsini təmin etməyi tapşırıb.

Bundan əlavə, mer sentyabrın 28-dən etibarən yaşlı və xroniki xəstəlikləri olan insanlardan distant iş formatına keçməyi və ya tətil götürməyi xahiş edib.

Sobyanin bildirib ki, Moskvada "koronavirus hallarının sayı əhəmiyyətli dərəcədə artıb" və soyuqların yaxınlaşması ilə soyuqdəymə xəstəliklərinin artması müşahidə olunacaq. O, bütün moskvalıları nəqliyyatda, mağazalarda və digər ictimai yerlərdə maska və əlcək rejimlərinə riayət etməyə çağırıb.

551
Teqlər:
epidemiya, Koronavirus, COVID-19, moskva meri, Moskva, Sergey Sobyanin
Toyuq əti, arxiv şəkli

Quş əti sağlamlıq üçün çox yararlıdır - Mütəxəssis rəyi

0
(Yenilənib 14:48 26.09.2020)
Quş əti insan orqanizmi üçün vitamin kompleksi mənbəyidir. Tərkibi A, D, E və B qrupu vitaminləri (B1,  B2,  B3, B4, B5, B6,  B9), həmçinin biotinlə (vitamin H) zəngindir.

BAKI, 26 sentyabr — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun  Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan sağlamlığı şöbəsinin mütəxəssisləri Q. Cəlladov, R. Səfərova, K. Əliyeva, R. Kəngərli, F. Əlizadə tərəfindən quş ətinin faydaları haqda məqalə hazırlanıb. Sputnik Azərbaycan mütəxəssislər tərəfindən hazırlanan məqaləni təqdim edir:

Zülalların (proteinlər) miqdarı qaz ətində 15 %, ördək ətində 17 %, toyuq ətində  20-22 %, hinduşka ətində 24 %, ov quşlarının ətində 22-25 % olduqda tam dəyərli sayılır. Belə ki, sadə proteinlərin (miogen, mioalbumin, mioqlobin və b.) tərkibində əksər aminturşularına, o cümlədən orqanizm üçün əvəzolunmaz aminturşularına (92 %-ə qədər) rast gəlinir. Tərkibində triptofanın çox olması səbəbindən quş ətinin istehlakı zamanı orqanizmdə serotonin hormonunun (“sevinc hormonu”) miqdarı artır. Beyin hüceyrələrində sintez olunan serotonin əhval-ruhiyyəni yüksəldir, stressi aradan qaldırır və orqanizmdə rahatlıq hissi yaradır. Qlutamin turşusunun çox olması isə quş ətinə spesifik dad və qoxu verir. Həmçinin quş ətinin bioloji dəyərliliyi triptofan/oksiprolin və zülal/yağ nisbəti ilə qiymətləndirilir ki, keyfiyyətli quş əti üçün bu rəqəmlər müvafiq olaraq 5-7 və 2-3 arasında dəyişir. Mal ətinə nisbətən quş ətində lizinin miqdarı 3 dəfəyə qədər üstünlük təşkil edir. Quş ətinin tərkibində azdəyərli hesab olunan birləşdirici toxuma zülallarının (elastin, kollagen və s.) miqdarı 1,5 %-ə çatır.

Yağların (lipidlərin) miqdarı broyler toyuğunun ətində 12 %, qaz ətində 38 %, ördək ətində 39 %-ə qədər təşkil edir. Onların da çox hissəsi dəri və dərialtı toxumada, həmçinin daxili orqanların ətrafında toplanır. Ov quşlarının ətində isə yağların miqdarı az (1-3 %) olur. Əzələ toxumasında yağların əzələ lifləri arasında bərabər şəkildə paylanması quş ətinin yumşaq konsistensiyalı, dadlı və aromatlı olmasını təmin edir. Bu səbəbdən də mal ətindən fərqli olaraq quş əti “mərmər” görünüşə malik deyil. Quş ətində olan yağlar 41 %-ə qədər triqliserollar (neytral yağlar) və 38 %-ə qədər lipoidlərdən (fosfolipidlər, sterollar və s.) ibarətdir. Tərkibində 69-73 %-ə qədər doymamış ali yağ turşuları vardır. 18-22 növ ali yağ turşusuna malik quş ətinin yağları əvəzolunmaz polidoymamış turşularla (olein, linol, linolen, araxidon və b.) zəngin olduğundan aşağı temperaturda (23-35o  C ) əriyir. Odur ki, həmin yağların 80-98 %-i insan orqanizmi tərəfindən mənimsənilir. Bu yağların tərkibində doymuş turşulardan palmitin və stearin turşuları isə üstünlük təşkil edir.

Quş ətində mineral maddələrin miqdarı 0,5-1,2 % təşkil edir. Tərkibi Na, K, Ca, Mg, P, Fe, Cu, Zn, Se, J, S, Mn, o cümlədən digər makro və  mikroelementlərdən ibarətdir.

Azotlu və azotsuz ekstraktiv maddələrin (karnitin, karnozin, kreatin, kreatinin, qlikogen, süd turşusu, sərbəst aminturşuları, adenozinfosfatlar və b.) miqdarına görə quş əti mal ətini üstələyir. Onların da çox hissəsi döş ətində toplanır. Bildiyimiz kimi, bu maddələr fermentlərin təsiri ilə ətin “yetişməsi” prosesini (avtoliz) tənzimləyir. Quş ətində digər heyvan ətlərindən fərqli olaraq purin əsaslarının miqdarı az olur. Tərkibindəki qida maddələrinin, xüsusilə yağ və zülalların miqdarından asılı olaraq quş ətinin enerji dəyəri dəyişkən olur (100 qr-da 120-350 kkal).

Quş əti insan orqanizmi üçün vitamin kompleksi mənbəyidir. Tərkibi A, D, E və B qrupu vitaminləri (B1,  B2,  B3, B4, B5, B6,  B9), həmçinin biotinlə (vitamin H) zəngindir.

Broyler toyuqlarının  inkişafının 8-10 həftəlik dövründə əzələ toxumasında zülalların, daha sonra isə digər maddələrin, xüsusilə də yağların toplanması prosesi gedir. Odur ki, quşçuluq təsərrüfatlarında broyler toyuqlarının optimal yetişdirilmə dövrü 35-45 gün ərzində başa çatdırılmaqla, istehsal olunan quş əti məhsulu biokimyəvi xüsusiyyətlərinə görə keyfiyyətli və diyetik hesab olunur. Quş ətinin tərkibində karbohidratlar əsasən “əzələ şəkəri” adlanan qlikogen şəklində təmsil olunur ki, bu da onun diabet xəstələri tərəfindən təhlükəsiz istehlakı üçün zəmin yaradır.

Quş ətinin rəngi tərkibindəki zülal-yağ nisbətindən asılı olaraq ağ-çəhrayı, sarımtıl və ya tünd qırmızı çalarlı ola bilər. Müxtəlif nahiyələrdə ətin rəngi fərqli olur. Məsələn, toyuq və hinduşkalarda döş əti ağ-çəhrayı rəngdə, qanad və bud əti isə nisbətən tünd çəhrayı və ya tünd qırmızı çalarlı olur. Quş ətinin açıq rəngdə olması onun tərkibində zülal və ekstraktiv maddələrin çox, yağların isə az olmasının göstəricisidir.

Ov quşlarının əti qırmızı-qəhvəyi çalarlı, həmçinin balıq və ya qətran qoxulu olur. Yağların miqdarı ov quşlarının ətində az olsa da, zülalların miqdarı çoxluq təşkil edir (22-25 %).

Quş ətinin tərkibindəki birləşdirici toxuma zərif əzələ liflərindən təşkil olunduğuna görə insan orqanizmi tərəfindən asan (80 % -ə qədər) həzm olunur. Qeyd edək ki, yaşlı quşların əzələ toxuması cavanlara, ov quşlarının əzələ toxuması isə ev quşlarına nisbətən sərt olur.

Quş əti qida maddələri ilə zəngin olduğundan mikroorqanizmlərin inkişafı üçün əlverişli mühit hesab edilir. Xüsusilə də sanitar-gigiyenik tələblərə uyğun olmayan şəraitdə saxlandıqda patogen mikroorqanizmlər, o cümlədən bakteriya və viruslar intensiv inkişaf edir. Bu da insan sağlamlığı üçün təhlükəli infeksiya və toksikozların baş verməsinə səbəb olur. Qeyd edək ki, təzə kəsilmiş quş cəmdəyinin dərisinin rəngi ağ-sarımtıl, səthi quru, konsistensiyası elastiki, qoxusu növündən asılı olaraq spesifik olur. Təzə kəsilmiş quş cəmdəyi soyuducuda 0-4o C temperaturda 72 saat, -18o C temperaturda isə 8-10 ay müddətində saxlanıla bilər.

Quş ətinin orqanizm üçün faydası kifayət qədərdir:

•       diyetikdir (ördək və qaz əti istisna olmaqla);

•       tərkibi asan mənimsənilən qida maddələri və bioloji aktiv maddələrlə (əvəzolunmaz aminturşuları, essensial yağ turşuları və s.) zəngindir;

•       tərkibində triptofan çox olduğundan istehlakı zamanı orqanizmə rahatlıq verir;

•       doymamış yağ turşuları ilə (olein, linol, araxidon və s.) zəngin olduğundan orqanizmdən zərərli xolesterolu kənarlaşdırmaqla, atereskleroz və hipertoniyanın qarşısını alır;

•       mədə-bağırsaq xəstəliklərinin müalicəsində dərman vasitələri qədər faydalıdır;

•       tərkibində asan mənimsənilən dəmirin çox olması qanazlığı və qan dövranı pozğunluqlarının bərpası proseslərini sürətləndirir;

•       diabet xəstələrində maddələr mübadiləsinə tənzimləyici təsir göstərir;

•       immun sistemini möhkəmləndirir;

•       soyuqdəymə və respirator xəstəliklərin müalicəsində istifadə olunur.

0