Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və Türkiyə arasında viza rejimi asanlaşdırılacaq

© Sputnik / Mikhail Voskresensky / Mediabanka keçidZaxarova
Zaxarova - Sputnik Azərbaycan
Abunə olmaq
Viza məsələlərini müzakirə etmək üçün ən uyğun platform konsulluq məsələlərində ekspertlərin ikitərəfli məsləhətləşmələridir.

BAKI, 31 avqust — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik mətbuat konfransında Türkiyə vətəndaşları ilə bağlı açıqlamalar verib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Zaxarova Rusiya və Türkiyə xarici işlər nazirlərinin müzakirələr apardığını qeyd eidb. Onun sözlərinə görə, müzakirələrdən sonra sonra Türkiyə vətəndaşları üçün qarşılıqlı səyahətlərin asanlaşdırıması mövzusunda mexanizm yaradılması razılığına gəlinib.

"Viza məsələlərini müzakirə etmək üçün ən uyğun platforma konsulluq məsələlərində ekspertlərin ikitərəfli məsləhətləşmələridir. Bu məsləhətləşmələr payız üçün planlaşdırılır " — deyə o bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşündən sonra viza rejiminin asanladırılması mövzusunda Türkiyə ilə razılığa gəlindiyini qeyd etmişdi.

Xəbər lenti
0