Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Gənc oğlan ayrılığın qisasını çox pis aldı

CC0 / stevepb / BulletGüllələr, arxiv şəkli
Güllələr, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qız oğlandan ayrıldıqdan sonra oğlan polisə qızın qanunsuz sursat saxlamasından şikayət edib

BAKI, 29 avqust — Sputnik. Rusiyanın Lipetsk şəhərində maraqlı hadisə baş verib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, gənc oğlan sevgilisinə talisman kimi iki güllə hədiyyə edib. Qız oğlandan ayrıldıqdan sonra isə oğlan polisə qızın qanunsuz sursat saxlamasından şikayət edib.

Güllələr hədiyyə qutusunda qızın şkafında imiş. Ancaq gənc polisə şikayət etməmişdən əvvəl qızın hamamında 51 patron da gizlədibmiş.

27 yaşlı qız silah-sursatın qanunsuz şəkildə əldə edilməsi və saxlanılmasına görə təqsirləndirilib. Və o 1 il iki ay azadlıqdan məhrum edilib.

Ancaq gənc də məsuliyyətdən qaça bilməyib. Belə ki, o qanunsuz şəkildə silah sursatın satılması və saxlanılmalı maddəsi ilə məsuliyyətə cəlb edilib.

Xəbər lenti
0