Rusiyanın xarici işlər naziri Sergey Lavrov

Moskvanın əks-hücum planı bəlli oldu

198
(Yenilənib 11:20 28.08.2018)
Lavrov: "Rusiya ilə ultimatum dilində danışmaq faydasızdır"

BAKI, 28 avqust — Sputnik. Rusiya Vaşinqtonun yeni sanksiyalarına praqmatik və qarşılıqlı prinsip əsasında reaksiya verəcək. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlama verib.

O, Rusiya ilə ultimatum dilində danışmağın faydasız olduğunu bildirib: "Biz bütün hucumlara qarşılıqlı prisnsip əsasında reaksiya verərək, sakitliyi və praqmatikliyi davam etdirəcəyik".

Lavrov qeyd edib ki, bununla yanaşı, Moskva Vaşinqtonla bir-birinin maraqlarını nəzərə alaraq normal, qarşılıqlı hörmət çərçivəsində əlaqələr qurmağa açıqdır.

Qeyd edək ki, ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar paketi avqustun 27-də qüvvəyə minib. Sanksiyalara əsasən ABŞ Dövlət Departamenti kosmos sənayesi və vətəndaş aviasiyası sahəsində ixrac istisna olmaqla, Rusiyaya silah və ikili təyinatlı məhsulların ixracı üçün lisenziya verməyəcək.

Bununla yanaşı, Rusiyaya təcili humanitar yardımlar, qida və kənd təsərrüffatı məhsulları istisna olmaqla bütün yardımlar dayandırılacaq. Sanksiyalara görə, Moskva ABŞ təşkilatlarında "istənilən kredit, kredit zəmanəti və digər maliyyə dəstəklərindən" məhrum olacaq.

198
Teqlər:
Sergey Lavrov, ABŞ, Moskva, sanksiya, Vaşinqton, Rusiya
Əlaqədar
Suriyada vəziyyət gərginləşir, Rusiya və ABŞ döyüş hazırlığı vəziyyəti aldılar
ABŞ-ın Rusiyaya qarşı sərt qərarı qüvvəyə mindi
Kreml ABŞ-ın gözlənilməz Rusiya bəyanatına reaksiya verib
Rusiya ABŞ-a nota verdi