Pul sayan maşında dollarlar

Dollar "işğalına" qarşı effektiv addım

11710
(Yenilənib 16:13 27.08.2018)
Rusiyanın qızıl ehtiyatı 1944 tona çatıb

BAKI, 27 avqust — Sputnik. Almaniyanın "Die Welt" qəzeti Rusiya hökumətinin fəal şəkildə qızıl aldığını və ABŞ istiqrazlarından imtina edərək dollar asılılığından xilas olmağa çalışdığını yazıb. Sputnik Azərbaycan xəbər verir ki, məqalədə rusiyalı rəsmilərin Qərb ilə münasibətlərini tezliklə normallaşacağını gözləmədikləri qeyd olunub.

Amerikalı ekspert Ceyms Riçardsın şərhinə yer verilən məqalədə qızılın ABŞ-ın sanksiyalarından qorunmaq üçün qüsursuz bir investisiya olduğu bildirilib. O da qeyd olunur ki, son 10 ildə Moskva sistemli şəkildə qızıl ehtiyatlarını artırıb.

"2008-ci ildə Rusiyanın qızıl ehtiyatı 457 ton olub. Bu ilin iyul ayından etibarən ölkənin qızıl ehtiyatları 1944 tona çatıb. Beləliklə, Rusiya qızıl ehtiyatlarına görə Çini də keçərək dünyanın 5-ci ölkəsi olub" — deyə yazıda bildirilir.

Məqalədə diqqətə çatdırılır ki, dolları fəal şəkildə başqa ölkələrə qarşı silah kimi istifadə edən ABŞ prezidenti Donald Trampın siyasəti qızılın dünya maliyyə sistemində daha əhəmiyyətli rol oynamağa başlamasına yol aça bilər.

Qeyd edək ki, daha əvvəl "Bloomberg" Rusiyanın ABŞ-ın yeni sanksiyaları səbəbindən qızıl ehtiyatlarını artırdığını yazmış, ümumi ehtiyatını 2170 tona çatdırdığını bildirmişdi.

11710
Teqlər:
məqalə, ehtiyat, qızıl, Almaniya, ABŞ, dollar
Əlaqədar
Dolların qiyməti açıqlandı
Rusiya-Türkiyə əlaqələrində "dollarsız münasibət": Reallıq, yoxsa mif?
Türkiyənin xilas planı işə salındı, ölkəyə 70 milyard dollar yönəldildi
"Siz kənara çəkilin, dolları özüm məhv edəcəyəm" – Müjdəsi verilib?
Laboratoriya işçiləri, arxiv şəkli

Rus alimlərindən koronavirus peyvəndi istehsal edən "AstraZeneca"ya qəribə təklif

21
(Yenilənib 22:21 27.11.2020)
Bu həftənin əvvəlində "Sputnik-V" koronavirus peyvəndinin üçüncü mərhələ klinik sınaqlarının nəticələri açıqlanıb

BAKI, 27 noyabr — Sputnik. Dünyada koronavirus xəstələrinin sayı artdıqca bu azara yoluxmanın qarşısını almağa kömək edən peyvənd istehsalı sahəsində rəqabət də qızışır. Bu günlərdə Böyük Britaniyanın "AstraZeneca" ("Oxford") peyvəndinin təhlükəsizliyi ilə bağlı problem olduğu üzə çıxdı. Şirkətin rəhbərliyi peyvəndin dozası ilə bağlı yanlışlığa yol verildiyini etiraf edərək bu səhvin aradan qaldırılması üçün kliniki tədqiqatları davam etdirəcəklərini bildirdi.

Koronavirusа qarşı peyvənd, arxiv şəkli
© Handout / Russian Direct Investment Fund / AFP

Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən yaydığı məlumata görə, koronavirus üzərində 95 faiz təsirli olan "Sputnik-V" peyvəndinin sahibi Rusiya "AstraZeneca"ya vaksinləri qarışdırmağı təklif edib. "Sputnik-V" peyvəndinin yaradıcıları sosial media vasitəsilə "AstraZeneca" alimlərinə müraciət edərək "Yeni kliniki tədqiqatlar zamanı peyvəndinizin təsirini artırmaq istəyirsinizsə, onu rus vaksini ilə qarışdırın. Hər iki ölkədə adenoviral vektor peyvəndi hazırlanır, bu vaksinlərin qarışdırılması daha güclü nəticə əldə etməyə imkan verər", - deyə bildiriblər.

Qeyd edək ki, bu həftənin əvvəlində "Sputnik-V" koronavirus peyvəndinin üçüncü mərhələ klinik sınaqlarının nəticələri açıqlanıb. Həmin nəticələrə görə, nəzərdə tutulduğu kimi, peyvəndin ayrı-ayrılıqda iki dozasının tətbiq olunduğu 18 min 794 pasiyentdə 28-ci gün 91,4, 42-ci gün isə 95 faiz təsirli olduğu üzə çıxıb.

"AstraZeneca" ("Oxford") şirkəti isə istehsal etdiyi peyvəndin sadəcə 70 faiz təsirli olduğunu etiraf edib. Əslində isə klinik tədqiqatlarına yarısı İngiltərədən, yarısı isə Braziliyadan olmaqla 20 mindən çox könüllünün qatıldığı "Oxford" peyvəndinin ən yüksək dozada belə cəmi 62 faiz təsirli olduğu üzə çıxıb. Bundan başqa, "AstraZeneca" İngiltərədəki 3 minə yaxın könüllüyə səhvən yarım doza peyvəndin tətbiq olunduğunu etiraf edib.

Daha bir koronavirus peyvəndi olan BioNTech şirkətinin "Pfizer" peyvəndini isə mənfi 70 dərəcə temperaturda saxlamaq tələb olunduğundan bu vaksin bir o qədər də əlverişli hesab edilmir.

 

21
Teqlər:
alimlər, təklif, AstraZeneca, Sputnik-V peyvəndi, peyvənd, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Rusiya İstintaq Komitəsinin avtomobili, arxiv şəkli

Rusiyada köşklərdə Hitlerin şəkli olan poçt markaları satılıb

8
(Yenilənib 19:38 27.11.2020)
KİV-in yazdığına görə, Hitlerin şəkli olan markalar "Orelsoyuzpeçat" köşklərində 290 rubla satılıb. Markaların üzərində Hitlerin yeni çap olunmuş fotosu deyil, o dövrə aid orijinal portret olub.

BAKI, 27 noyabr — Sputnik. Rusiyanın Oryol şəhərində köşklərdə üzərində Adolf Hitlerin fotosu olan poçt markaları satılır.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, artıq Rusiya istintaq orqanları Oryol şəhərində köşklərdə Adolf Hitlerin şəkli olan poçt markalarının satılması faktı ilə bağlı araşdırma aparmağa başlayıb.

"Mətbuatda yer alan məlumatlara görə, Oryol şəhərindəki qəzet köşklərində nasist Almaniyası liderinin şəkli olan poçt markalarının satışına dair istintaq öncəsi yoxlama başladılıb. Hal-hazırda bu məhsulların satışı dayandırılıb", - deyə bildirilir.

Qeyd edilib ki, istintaq öncəsi yoxlamanın nəticələrinə əsasən prosessual qərar veriləcək.

KİV-in yazdığına görə, Hitlerin şəkli olan markalar "Orelsoyuzpeçat" köşklərində 290 rubla satılıb.

Markaların üzərində Hitlerin yeni çap olunmuş fotosu deyil, o dövrə aid orijinal portret olub.

 

8
Teqlər:
Rusiya, satış, poçt markası, Adolf Hitler
Uşaqlar, arxiv şəkli

Müharibədən əziyyət çəkmiş uşaqlara göstərilən sosial-psixoloji dəstək gücləndiriləcək

0
(Yenilənib 23:15 27.11.2020)
Sənəddə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi öz əksini tapıb

BAKI, 27 noyabr — Sputnik. "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı" yerli səviyyədə uşaqları müdafiə sistemini gücləndiməklə, ölkə üzrə uşaqları müdafiə mexanizminin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əksini tapıb.

Fəaliyyət Planında pandemiya və digər fövqəladə vəziyyətlər də nəzərə alınmaqla, uşaq hüquqlarının müdafiəsinə hərtərəfli yanaşma prinsipləri, xüsusi vəziyyətlərdə uşaqların bütün növ xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin olunması məsələləri, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi öz əksini tapıb. Eyni zamanda, xarici ölkələrdə münaqişə qurbanı olmuş və daha sonra ölkəmizə qaytarılmış Azərbaycan Respublikası vətəndaşı olan uşaqların cəmiyyətə reinteqrasiyası istiqamətində də fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulub.

Çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların aşkarlanması və onların sosial müdafiəsi, reabilitasiyası, cəmiyyətə inteqrasiyası sahəsində tədbirlərin həyata keçirilməsi, eyni zamanda, ölkəmizdə alternativ qayğı xidmətlərinin inkişafı, həyatın bütün sahələrində uşaqlara qarşı zorakılığın qadağan olunması ilə bağlı qanunvericilik təkliflərinin işlənilməsi Fəaliyyət Planında xüsusi yer tutur.

0
Teqlər:
psixoloji yardım, sosial, reabilitasiya, əziyyət, müharibə, uşaqlar