Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Səfir: Əgər Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv olmaq istəsə...

© Sputnik / Murad OrujovRusiyanın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov
Rusiyanın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov mətbuat konfransı keçirib

BAKI, 20 avqust — Sputnik. Rusiyanın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov avqustun 20-də mətbuat konfransı keçirib. Bunu tanışlıq görüşü də adlandırmaq olar, çünki bu, Rusiya səfirinin Azərbaycana gəlişindən sonrakı ilk mətbuat konfransı olub.

Mətbuat konfransında səfir Azərbaycan və Rusiya KİV-dən olan jurnalistlərin suallarını cavablandırıb. O, öz cavablarında Azərbaycan-Rusiya münasibətlərinin inkişafının bir sıra vacib məqamlarına toxunub.

Tədbirin girişində jurnalistləri salamlayan səfir, Azərbaycanın bütün inanclı insanlarını Qurban bayramı münasibətilə təbrik edib. O qeyd edib ki, bu, hər kəsi sevgi, mərhəmət və yaxşılıq etmək idealları ruhunda tərbiyə edən böyük, müqəddəs bayramdır. 

Посол России в Азербайджане Михаил Бочарников на пресс-конференции в Баку - Sputnik Azərbaycan
Səfir: Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda hərəkət müşahidə edilir

Diplomat həmçinin qeyd edib ki, Azərbaycanda öz fəaliyyətinə hələ yeni başlayanda Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin çıxışını eşidib. O, öz çıxışında qeyd edib ki, Azərbaycanda müsəlmanlar bərabərliyin, çoxmədəniyyətliliyin və dözümlülüyün verdiyi bütün imkanlardan istifadə edirlər. Həm sünnilər, həm də şiələr bir məsciddə ibadət edirlər.

"Burada bunları eşitməkdən olduqca məmnunam. Multikulturalizm, tolerantlıq Azərbaycanın beynəlxalq nüfuzuna təsir göstərən faktorlardır. Azərbaycan beynəlxalq aləmdə qazandığı hörmətin bir qismini də buna borcludur" — deyə səfir bildirib.

Azərbaycan-Rusiya münasibətlərinin gücləndirilməsi istiqamətində diplomatın hansı addımları atdığına dair suala cavabında Boçarnikov deyib ki, bu mərhələdə ən başlıcası iki ölkənin liderləri tərəfindən həyata keçirilən əlaqələrin praktiki məsələləri ilə məşğuldur.

"Rusiya və Azərbaycan prezidentləri arasında yaxınlıq və dostluq münasibətləri, ölkələrimiz arasında mövcud olan müxtəlif və çoxtərəfli əməkdaşlığa çalar verir. Mənim qarşımada duran bir nömrəli vəzifə iki ölkə liderləri arasında lazımi materialları hazırlamaq və əlaqələri işıqlandırmaqdır" — deyə səfir bildirib.

Diplomat həmçinin qeyd edib ki, hazırda onların gündəliyində duran əsas məsələ oktyabrın əvvəllərində Gəncədə millətlərarası əməkdaşlıq forumunun keçirilməsidir:

"Bu, iki ölkənin biznes strukturlarının, nazirliklərin rəsmi təmsilçilərinin iştirakı ilə keçiriləcək irimiqyaslı tədbir, ölkələrimiz arasında əməkdaşlığın inkişafına növbəti stimul verəcək" — deyə Boçarnikov bildirib. 

Посол России в Азербайджане Михаил Бочарников - Sputnik Azərbaycan
Rusiyanın Azərbaycandakı səfiri qarşısındakı bir nömrəli vəzifəni açıqladı

Bundan əlavə, səfirin sözlərinə görə, ilin sonunadək Azərbaycan və Rusiyanın iqtisadiyyat nazirlərinin həmsədr olduqları hökumətlərarası komissiyanın iclası keçirilməlidir.

"Bu vəzifələr mənim ilin sonunadək həyata keçirəcəyim fəaliyyətin birinci mərhələsinə daxildir" — deyə Boçarnikov bildirib.

"Mənim səfir kimi qarşımda duran məsələlərdən biri də Azərbaycanın rəsmi şəxsləri və ictimaiyyətin nümayəndələri ilə mümkün qədər yaxın əlaqələr yaratmaq, həmçinin ölkə ilə tanış olmağa çalışmaqdır" — Boçarnikov bildirib.

Diplomat qeyd edib ki, artıq Qəbələni və Dağıstanla həmsərhəd bölgələri ziyarət edib.

Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin, Moskva ilə Vaşinqton arasında münasibətlərin pisləşməsinin Azərbaycana təsir göstərəcəyi və Bakının Rusiya, yoxsa Qərb seçimi arasında qala biləcəyi barədə məsələyə münasibət bildirən səfir, Moskvanın heç vaxt heç kimi seçim qarşısında qoymağa çalışmadığını deyib.

"Ola bilsin, belə yanaşma ilə digər xarici tərəfdaşlar qarşılaşır, amma inanıram ki, Rusiya və Azərbaycan beynəlxalq aləmdə öz dostlarını müəyyənləşdirməyə qadir olan suveren, dayanıqlı, sabit, müstəqil dövlətlərdir" — deyə o, bildirib. 

ABŞ bayrağı. Arxiv şəkli - Sputnik Azərbaycan
Türkiyədə səfirliyə edilmiş hücumla bağlı açıqlama gəldi

Boçarnikov qeyd edib ki, Rusiya öz tərəfindən Azərbaycanla qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi və daha da sıxlaşması üçün mümkün olan hər şeyi edəcək.

Antiazərbaycan və antirusiya kampaniyalarının eyni mərkəzdən idarə olunub-olunmadığı barədə suala cavabında diplomat deyib ki, konspirologiya nəzəriyyəsinin və dünya sui-qəsd ideyasının tərəfdarı deyil.

"O başqa məsələdir ki, birqütblü və çoxqütblü yanaşmalar mövcuddur" deyən səfirin firkincə, birqütblü yanaşma artıq öz ömrünü başa vurub, prinsip etibarilə işləmir. Dünyada çoxqütblü düzən mövcuddur, çox sayda müxtəlif nüfuz mərkəzləri, əlaqələrini öz milli maraqlarına əsaslanaraq quran böyük dövlətlər var.

"Düşünmürəm ki, Azərbaycana hansısa təsir o qədər güclü ola bilər ki, o, özünün həmişəki hərəkətlərindən, eləcə də öz suverenliyinə uyğun addımlarından imtina etməli olsun. Baxmayaraq ki, mənim Azərbaycanın siyasətini qiymətləndirmək hüququm yoxdur, amma hesab edirəm ki, Azərbaycan Rusiyanın dostudur və tamamilə suveren dövlətdir"" — deyə diplomat əlavə edib.

Rusiyaya gəlincə, səfir bildirib ki, Rusiya Federasiyasını xaricdən idarə etməyə istənilən cəhd əbəsdir. Çünki bu, heç vaxt olmayıb və heç vaxt da olmayacaq.

Xəzərin hüquqi statusu ilə bağlı bu yaxınlarda imzalanan Konvensiyaya gəlincə, Boçarnikov onu vacib və prinsipcə tarixi hadisə adlandırıb. Qeyd edib ki, bu sənədi imzalamaq üçün tərəflər 20 ildən artıq yol gəliblər.

Səfirin sözlərinə görə, Konvensiyanın imzalanmasında müstəqil suveren dövlətlər iştirak edib. Heç kim kiməsə hansısa resept təklif etməyib. Dövlətlər o sənədi ona görə imzalamaq qərarına gəliblər ki, həmin sənəd onların öz milli maraqlarına cavab verir.

Səfirin fikrincə, hazırda Xəzərdə beynəlxalq-hüquqi rejim bərqərar olub, daha yaxşı səviyyədə qonşuluq, qarşılıqlı əlaqələr və əməkdaşlıq təmin edilir. Ümumi xarakter daşıyan bu konvensiya, tezliklə yüksək səviyyəli işçi qrupunun işi nəticəsində konkret nəticələrə nail olacaq. 

Здание министерства иностранных дел РФ на Смоленской-Сенной площади в Москве - Sputnik Azərbaycan
RUSİYA
Rusiya ABŞ-a nota verdi

Boçarnikov qeyd edib ki, sözügedən işçi qrupu Xəzər regionu ölkələrinin dövlət başçılarının razılığı ilə yaradılıb. İşçi qrupun ilk iclası bu ilin sonuna qədər Azərbaycanda keçiriləcək.

"Hansı layihələr üzərində iş gedəcək, mən hələlik onu bilmirəm. Amma ola bilsin, layihələrdən biri Xəzər dənizi üzrə dəniz səyahəti turizmi sisteminin təşkili oldu. Bununla bir çox ölkə maraqlanır. Həmçinin bu, bizim səyahət etmək istəyən insanlarımızın da marağındadır " — deyən diplomat əlavə edib ki, məsələ hələ həllini tapmayıb, amma ideya üzərində iş gedir: "İstərdik ki, bu məsələ mümkün qədər qısa müddətdə həllini tapsın."

Rusiya ilə Azərbaycan arasında ticarət-iqtisadiyyat sahəsində hansı problemlərin olduğu barədə suala cavab verərkən Boçarnikov deyib ki, burada problemlərdən yox, bu sahəni daha çox necə inkişaf etdirməkdən danışmaq lazımdır. İndi iki ölkə arasındakı əlaqələr həqiqi qarşılıqlı iqtisadi əlaqələrin inkişafında sıçrayış etməyin lazım gəldiyi bir mərhələyə çatıb.

Onun sözlərinə görə, hazırda fəaliyyət planı üzərində tamamlama işləri gedir. Bu, iqtisadiyyatdan tutmuş humanitar sahələrədək bir sıra yol xəritələrindən ibarətdir. Bu iki ölkənin müəyyən sahələrdə iqtisadi əlaqələrini inkişaf etdirmək niyyətini müəyyənləşdirən bir sənəd olacaq.

Boçarnikov qeyd edib ki, hazırda iqtisadi profil üzrə hökumətlərarası və idarələrarası səviyyəli konkret razılaşmalar paketi imzalanmaq üçün hazırlanır.

"Biz ölkələrimiz arasında ticarət dövriyyəsini genişləndirmək istəyirik. 2017-ci ildə bu, 2,6 milyard dollar səviyyəsində olub. Biz bu göstəricilərin artacağına ümid edirik. Həmçinin sənaye, nəqliyyat və digər sahələrdə qarşılıqlı əlaqələrin inkişafı üçün iqtisadi əməkdaşlığa ümid edirik" — deyə diplomat bildirib.

Səfirin sözlərinə görə, tezliklə hər kəs Azərbaycanda Rusiya ilə birgə müəssisələrin yaradıldığının şahidi olacaq və bu, bizi daha da yaxınlaşdırmaq üçün iqtisadi zəmin yaradır. 

Глава МИД Турции Мевлют Чавушоглу - Sputnik Azərbaycan
RUSİYA
Türkiyə-Rusiya əlaqələrində gözlənilən addım atılacaq

Bütün bu işlərdə isə əlbəttə ki, hər iki ölkənin biznesmenləri güclü surətdə maraqlıdır. Son vaxtlar iki ölkənin iş adamlarını əhatə edən Azərbaycan-Rusiya İşgüzar Şurası öz fəaliyyətini artırıb. Azərbaycan və Rusiya arasında əlaqələrin güclü təşviqi ilə maraqlanan insanlar bu mövqeyə gəliblər.

Diplomat bildirib ki, həmin Şurada Rusiya tərəfdən ən müxtəlif biznes sahələrini əhatə edin 70-dən artıq şirkət təmsil olunub.

"Biz dövlət orqanları münasibətlərimizin inkişaf etdirilməsi istiqamətində planlar hazırladıqda biznes maraqlarını nəzərə almaq üçün hər cür yardım göstəririk" — deyə səfir bildirib. Həmçinin qeyd edib ki, biznes müxtəlif səviyyələrdə iqtisadi görüşlərdə iştirak etməlidir. O, ümidvar olduğunu bildirib ki, ilin sonuna qədər iki ölkənin iqtisadi əməkdaşlığı üçün çox ciddi stimul olacaq. Bu da onu olduqca fəal inkişaf etdirməyə imkan verəcək.

Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlük pespektivlərinə gəlincə, Boçarnikov qeyd edib ki, bu təşkilata onun prinsip və məqsədlərini bölüşən istənilən ölkə üzv ola bilər.

Onun fikrincə, bu birliyə daxil olmaqda maraqlı olan hər bir ölkə, burada özünün milli maraqlarını görür.

"Hesab edirəm ki, bu, Azərbaycan Respublikasına da aiddir, amma bu respublikanın milli maraqları Bakıda qiymətləndirilir. Əgər qoşulma istəyi ifadə olunsa, onda AİB çərçivəsində, birliyin Nizamnaməsində əksini tapan və qeyd olunan müəyyən mexanizmlər vasitəsilə bu məsələyə baxılacaq" — deyə səfir bildirib.

Diplomatın sözlərinə görə, baxmayaraq ki, hazırda bu mövzu ilə bağlı konkret heç nə deyə bilməyəcək, lakin o, Avrasiya məkanında iqtisadi əməkdaşlığı möhkəmləndirəcək istənilən addımı alqışlayardı.

Qarabağ probleminə toxunan Boçarnikov qeyd edib ki, Rusiyanın rəsmi mövqeyi yaxşı məlumdur. Rusiya bu məsələyə həmsədrlərdən biri olaraq ATƏT-in Minsk qrupunun prizmasından yanaşır.

"Məqsədimiz, tərəflərin hər iki tərəf üçün məqbul olan bir nizamlama formulu üzərində razılaşmalarına yardım göstərməkdir" — deyən səfirin sözlərinə görə, həmsədrlər tərəflərin əldə etdiyi istənilən razılaşmanı qəbul edəcəklər.

"Hazırda biz Qarabağ üzrə danışıqlar prosesində tərəfləri bir-biri ilə tanış etmək üçün müəyyən bir hərəkətlilik müşahidə edirik. Xarici işlər nazirlərinin bir görüşü artıq baş tutub. Mən ictimaiyyətin müəyyən hərəkətini görürəm. Elə QHT-lər var ki, bu istiqamətdə öz fəaliyyətlərini həyata keçirirlər. Qeyd etmək istəyirəm ki, ölkələrimizin dini liderlərinin müraciətləri də münaqişənin həllinə öz töhfəsini verməkdədir" — deyə səfir bildirib.

Rusiya ilə Azərbaycan arasında humanitar sahədə əməkdaşlığın inkişafından danışarkən diplomat qeyd edib ki, humanitar əlaqələr ikitərəfli münsibətlərin vacib hissəsidir və onu inkişaf etdirmək lazımdır.

Səfir deyib ki, artıq Azərbaycan və Rusiyanın üzərində işlədiyi bir format mövcuddur. Əgər MDB məkanını bütövlükdə götürsək, Beynəlxalq Humanitar Əməkdaşlıq Fondu var ki, onun da həmsədrləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Rusiya prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkodur. Təşkil olunan bu humanitar tədbirlər ikitərəfli deyil, çoxtərəfli plandadır.

İkitərəfli formata gəlincə isə, diplomat ümid etdiyini bildirib ki, gələn il MDB çərçivəsində Mədəniyyət İli elan edilib. Bizim əlaqələrimiz yaxşı, yüksək, mədəni səviyyədə inkişaf edəcək.

Səfir sentyabr ayında Bakıda Rusiya filmləri həftəsinin, noyabrda isə Azərbaycanda beynəlxalq teatr festivalının keçiriləcəyini bildirib. Həmin festivalda Rusiyanın teatr kollektivləri də iştirak edəcək.

"Böyük planda götürəndə, bizim hər şeyi — mədəni əlaqələri, təhsil məsələlərini və s. əhatə edən humanitar əməkdaşlıq üzrə yol xəritəmiz var" — deyə Boçarnikov fikrini tamamlayıb.

Rusiya prezidenti Vladimir Putin bu il mayın 29-da Mixail Boçarnikovu Azərbaycana səfir təyin edib. Diplomat buna qədər Rusiyanın Zambiya, Yunanıstan və Qazaxıstanda səfiri olub. O, rus, ingilis, fransız və amxar dillərini bilir. Evlidir, bir qızı var.

2009-cu ildən Rusiyanın Bakıdakı səfiri postunu tutan Vladimir Doroxin 2017-ci ilin noyabrın 27-də Putinin sərəncamı ilə tutduğu vəzifədən azad edilib.

Azərbaycanla Rusiya arasında diplomatik əlaqələr 4 aprel 1992-ci ildə qurulub.

Xəbər lenti
0