Доллары США

Rusiyada dolların qiyməti kəskin şəkildə artıb

198
(Yenilənib 13:23 10.08.2018)
Rusiyada dolların da, neftin də qiyməti qalxıb.

BAKI, 10 avqust — Sputnik. Rusiyada ABŞ dollarının məzənnəsi 2016-cı il avqustun 3-dən bəri ilk dəfə 67 rublu keçib. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Məlumata görə, Moskva Banklararası Valyuta Birjasında dolların qiyməti gün ərzində 0,44 rubl və yaxud 0,66% artaraq 67,09 rubla çatıb.

Bu arada Rusiyada avro ucuzlaşıb. Belə ki, avronun məzənnəsi 0,2 rubl və yaxud 0,26% azalaraq 76,74 rubla düşüb.

Qeyd edək ki, səhər saatlarından etibarən Brent markalı neftin qiyməti bir barel üçün 0,7% artaraq 71,55 dollara çatıb.

198
Teqlər:
Rusiya, neft, dollar, avro, ABŞ dolları
Əlaqədar
Üç böyük qonşumuzda dollar sıçrayışı yaşanarkən, manatı hansı aqibət gözləyir?
Türkiyədə növbəti dollar şoku
Dollar neçəyə oldu?
Energetika naziri Pərviz Şahbazov

Nazir: "Rusiya şirkətləri Azərbaycanın neft-qaz sahəsinə 5 mlrd. dollaradək pul yatırıb"

183
(Yenilənib 14:28 20.09.2021)
Energetika nazirinin fikrincə, Rusiya biznesinin Azərbaycanda iştirakı hər iki ölkənin maraqlarına cavab verən amildir.

BAKI, 20 sentyabr - Sputnik. "Azərbaycan ən əlverişli investisiya şərtlərinə malik ölkələrdən biridir. Hökumət ölkənin investisiya cəlbediciliyini artırmaq üçün daim çalışır. Bu tədbirlər sayəsində Dünya Bankı "Doing Business 2020" hesabatında Azərbaycanı ən qabaqcıl 20 islahatçı ölkə sırasına daxil edib".

Report-un xəbərinə görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Rusiyanın "Nefteqazovaya Vertikal" jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, böyük karbohidrogen ehtiyatlarına malik olan Azərbaycanın neft və qaz sektoru da hər zaman xarici investisiyalar üçün cəlbedici olub: “2000-ci ildən 2020-ci ilə qədər olan dövrdə Azərbaycanın neft-qaz sektoruna 109,5 milyard ABŞ dolları sərmayə qoyulub ki, bunun da 79,5 %-i xarici investisiyalardır. Rusiya investisiyalarına gəldikdə, ilk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan və Rusiya prezidentlərinin səyləri sayəsində ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələr durmadan inkişaf edir və bu gün strateji əməkdaşlıq səviyyəsinə çatıb”.

Nazir bildirib ki, bu amil iqtisadiyyatın bütün sahələrində, o cümlədən neft-qaz sektorunda əməkdaşlıq üçün geniş imkanlar açır: “Həmçinin qeyd etmək lazımdır ki, 2014-cü ildə Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında "İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında" Saziş imzalanıb ki, bu da öz növbəsində ikitərəfli əməkdaşlıqda iqtisadiyyatın inkişafına mühüm töhfə verir”.

P. Şahbazov bildirib ki, bunun üçün də Azərbaycan ilə Rusiya arasında qarşılıqlı sərmayə qoyuluşu sahəsində yaxşı bir dinamikanın olması təəccüblü deyil: “Bu gün Azərbaycanda Rusiya kapitallı mindən çox şirkət fəaliyyət göstərir. Rusiya şirkətlərinin Azərbaycanın neft-qaz sektoruna sərmayələrinin ümumi həcmi bu ilin 1 aprel tarixinə 4,9 milyard ABŞ dolları təşkil edib”.

Nazir xatırladıb ki, “Lukoil” Azərbaycanın neft və qaz sektorunda işə başlayan ilk şirkətlərdən biridir: “Şirkət 1990-cı illərin əvvəllərində “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi layihəsi ilə başlayıb. Şirkət həmçinin dünyanın ən böyük layihələrindən biri olan “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsində iştirak edir. Bundan başqa təbii qazın Avropaya nəql edildiyi Cənubi Qafqaz Qaz Kəməri layihəsində 10 % paya malikdir. “Lukoil”in Azərbaycanda öz yanacaqdoldurma məntəqələri şəbəkəsi də var”.

Rusiya şirkəti ilə gələcək əməkdaşlığa gəlincə isə P. Şahbazov vurğulayıb ki, 21 yanvar 2021-ci ildə Azərbaycan Respublikası hökuməti ilə Türkmənistan hökuməti arasında Xəzər dənizindəki “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı və işlənməsinə dair Anlaşma Memorandumu imzalanıb: “Lukoil” "Dostluq" yatağının işlənməsində operator olaraq iştirak etmək niyyətini bildirib”.

Həmçinin oxuyun:

Azərbaycan üçün tarixi gün: "Əsrin müqaviləsi"ndən 27 il ötür

SOCAR neft-qaz hasilatını yeddi faiz artırıb

183

Rusiyanın hərbi gəmiləri Bakı limanını tərk edib

315
(Yenilənib 14:38 20.09.2021)
Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri qeyri-rəsmi dostluq səfəri ilə sentyabrın 18-də Bakıya gəlmişdilər.

BAKI, 20 sentyabr — Sputnik. Ölkəmizdə qeyri-rəsmi dostluq səfərində olan Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri sentyabrın 20-də Bakı limanını tərk ediblər. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri qeyri-rəsmi dostluq səfəri ilə sentyabrın 18-də Bakıya gəlmişdilər.

Səfər çərçivəsində gəmi heyətlərinin Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən qəbulu, eyni zamanda iki ölkənin hərbi donanmaları arasında hərbi əməkdaşlığı müzakirə edilib.

Bundan başqa, mədəni və tarixi abidələrlə tanışlıq üçün gəmi heyətlərinin Bakı şəhərində gəzintisi, o cümlədən voleybol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılmışdı.

Xatırladaq ki, Bakıya qeyri-rəsmi dostluq səfərinə gələn Rusiya gəmiləri paytaxt portunda "Mehtər marşı" ilə qarşılanıb.

Həmçinin oxuyun:

* Bakıda Azərbaycan və Rusiya hərbi dənizçilərinin görüşü keçirilib

315
  • © Sputnik / Murad Orujov

    Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmilərinin yolsalınma mərasimi.

İlyas Hüseynov

Politoloq: “Ermənistan tərəfinə şərtlər irəli sürülüb”

0
(Yenilənib 14:39 20.09.2021)
Politoloq İlyas Hüseynov bildirib ki, əgər bölgənin gələcəyindən söhbət gedirsə, liderlərin təmas qurması mühim xarakter daşıyır
İlyas Hüseynov: “Türkiyə prezidenti ilə Paşinyan arasında görüş keçirilə bilər”

Zəngəzur koridorunun açılması Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyə müsbət töhfə verəcək. Bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Politoloq İlyas Hüseynov Türkiyə prezidentinin fikirlərini Sputnik Azərbaycan-a şərh edib. Politoloq bildirib ki, Zəngəzur dəhlizinin açılması həm də Ermənistanla Türkiyə arasında əlaqələrin bərpasını təmin etmiş olacaq: “Dəhlizin açılması iqtisadi fəallığı artırmaqla bölgədə sülhün davamlılığının təmin edilməsinə yönəlib. Təəssüf ki, Ermənistan tərəfi dəhlizin açılmasına tələsmir. Bununla da imzalanmış üçtərəfli bəyanatın tətbiqini çətin vəziyyətdə qoyur. Ola bilsin ki, Türkiyə prezidenti ilə Paşinyan arasında görüş keçirilsin. Əgər bölgənin gələcəyindən söhbət gedirsə, liderlərin təmas qurması mühim xarakter daşıyır. Sərhədlərin açılması məsələsinə yenidən baxıla bilər, ancaq bunun  üçün Ermənistan tərəfinə şərtlər də irəli sürülüb. Hazırda Ermənistan tərəfindən hansısa konstruktiv addımların atılmasını görmürük”.

İlyas Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0