Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Şoyqunun müavini: "Ermənistana silah satacağıq"

© Sputnik / Ministry of Defence of the Russian Federation/Vadim Grishankin / Mediabanka keçidЗаместитель министра обороны РФ Александр Фомин. Архивное фото
Заместитель министра обороны РФ Александр Фомин. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Aleksandr Fomin Rusiya silahının Ermənistana tədarükündə problemlərin olması barədə məlumatları təkzib edib

BAKI, 3 avqust — Sputnik. Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin Ermənistan-Rusiya hərbi əlaqələrində və Rusiya silahının Ermənistana tədarükündə problemlərin olması barədə məlumatları təkzib edib. Bu barədə Sputnik Azərbaycan "News.am"-a istinadən xəbər verir.

Yerevanda silahların tədarükü ilə bağlı jurnalistlərin suallarını cavablandıran nazir vurğulayıb ki, "hər şey qaydasındadır".

Qeyd edək ki, ötən gün "Kommersant" nəşri Rusiya dövlət strukturlarında olan mənbələrə istinadən xəbər verir ki, Ermənistanın yeni hakimiyyəti tərəfindən sabiq rəhbərliyin təqib olunması rəsmi Moskvanın hiddətinə səbəb olub. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovun məhkəməyə cəlb olunması xüsusi ilə Moskvanı qəzəbləndirib.

Yerevan - Sputnik Azərbaycan
QARABAĞ
Rusiyalı general Yerevanda: Qarabağ və 102-ci baza müzakirəyə çıxarılıb

Rusiyada Ermənistanın hazırkı rəhbərliyinin hərəkətləri hərbi blokun imicinə zərbə kimi qiymətləndirilib. Moskva hesab edir ki, KTMT-nin baş katibi postuna digər üzv ölkənin vətəndaşı seçiləcək.

Bundan əlavə, Ermənistana 100 milyon dollar dəyərində silah tədarükünə dair razılaşma da sual altına düşüb. Mənbə bildirib ki, Ermənistan bu məbləğ dəyərində kredit alaraq Rusiya ilə müqaviləni uzatmalı idi: "Lakin hazırda bu ölkədə baş verənləri ümumiyyətlə anlamaq çətindir".

Xatırladaq ki, Ermənistanın Xüsusi İstintaq Xidməti iyulun 26-da keçmiş prezident Robert Köçəryana qarşı ölkənin konstitusion quruluşunu dəyişmək ittihamı irəli sürüb. Köçəryan məhkəmə qərarı ilə iki aylığına həbs edilib.

Keçmiş prezident ittihamların siyası xarakterli olduğunu bəyan edib. Ondan əvvəl isə keçmiş müdafiə naziri Mikael Arutyunyan 2008-ci il 1 mart hadisələri ilə bağlı müqəssir qismində istintaqa cəlb olunub və barəsində axtarış elan olunub. KTMT baş katibi Yuri Xaçaturova da bu iş çərçivəsində ittiham irəli sürülüb. Xaçaturov zaminə buraxılıb.

Xəbər lenti
0