BAKI, 2 avqust — Sputnik. Rəsmi Yerevan Yuri Xaçaturova qarşı irəli sürülən ittihamlardan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi kvotasını saxlamağı planlaşdırır. Ermənistan tərəfinin fikrincə, KTMT-ın yeni baş katibi bu ölkənin nümayəndəsi olmalıdır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu "RBC"-ə açıqlamasında Ermənistanın baş nazirinin mətbuat katibi Arman Eqoyan bildirib. "Jurnalistin rəsmi Yerevan KTMT yeni baş katibi postuna sədrinin Ermənistan nümayəndəsinin olması məsələsində israr edəcəkmi" sualını Eqoyan belə cavablandırıb: "Kvota 2020-ci ilə qədər Ermənistana məxsusdur".
Ermənistanın Xüsusi İstintaq Xidməti iyulun 26-da keçmiş prezident Robert Köçəryana qarşı ölkənin konstitusion quruluşunu dəyişmək ittihamını irəli sürüb. Köçəryan məhkəmə qərarı ilə iki aylığına həbs edilib. Keçmiş prezident ittihamların siyası xarakterli olduğunu bəyan edib.
Ondan əvvəl isə keçmiş müdafiə naziri Mikael Arutyunyan 2008-ci il 1 mart hadisələri ilə bağlı müqəssir qismində istintaqa cəlb olunub və barəsində axtarış elan olunub. KTMT baş katibi Yuri Xaçaturova da bu iş çərçivəsində ittiham irəli sürülüb. Xaçaturov zaminə buraxılıb.
Baş verənlər Moskvada hiddətə səbəb olub. Rusiya dövlət strukturlarında olan mənbə "Kommersant" nəşrinə bildirib ki, Rusiyada Ermənistanın hazırkı rəhbərliyinin hərəkətləri hərbi blokun imicinə zərbə kimi qiymətləndirilib. Moskva hesab edir ki, KTMT-nin baş katibi postuna digər üzv ölkənin vətəndaşı seçiləcək.
BAKI, 22 aprel — Sputnik. Moskvanın Meşşansk məhkəməsi rusiyalı müxalifətçi Aleksey Navalnının mətbuat katibi Kira Yarmışı həbs edib. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.
Məlumatda qeyd olunur ki, Yarmış qeyri-qanuni aksiyaların təşkilinə görə həbs edilib. Məhkəmə Kira Yarmış haqqında 10 günlük həbs qərarı qəbul edib.
BAKI, 22 aprel — Sputnik. Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Sevastopolda Qara dəniz donanmasının fəaliyyəti barədə Ukraynaya məlumatlar ötürən rusiyalını saxlayıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə FTX-nın yaydığı məlumatda bildirilir.
"Sevastopolda Qara dəniz Donanmasının fəaliyyəti barədə dövlət sirri hesab ediləcək məlumatları məqsədli şəkildə toplayaraq Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə ötürən şəxs saxlanılıb", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, bu cür məlumatların yayılması müdafiə qabiliyyətinə zərər vura bilər.
Faktla bağlı dövlətə xəyanət maddəsi ilə cinayət işi başladılıb.
BAKI, 22 aprel — Sputnik. Xəbər verdiyimiz kimi, ATV kanalında yayımlanan "Bizimləsən" verilişinin yayımı bir günlük dayandırılmışdı.
Sputnik Azərbaycan xəbər verir ki, aparıcı Zaur Baxşəliyev "Instagram" hesabında video paylaşıb. Videoda ötən gün sosial şəbəkələrdə Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun biabırçı görüntülərini və verilişinin bağlanmasını məsxərəyə qoyan aparıcı izləyicilərin gülüşünə səbəb olub. Görüntülərdə o, "Zaur, bircə günlük də olsa dincələ bildinmi? Mən tanınmışları xoşlayıram, o, tanınmamışları" deyərək sabiq deputata və verilişinin bağlanmasına rişxənd edib.
Barəsində danışdığımız video izləyicilərin gülüşünə səbəb olub.
Посмотреть эту публикацию в Instagram
Xatırladaq ki, Zaur Baxşəliyevin aparıcılıq etdiyi "Bizimləsən" verilişində Bərdə rayonunda bir neçə gün öncə 10 yaşlı uşağın cinsi orqanını kəsən 40 yaşlı Aidə Əzizovanın çıxış etməsi ictimaiyyətdə geniş rezonansa səbəb olub. Milli Televiziya və Radio Şurasının qərarı ilə verilişin yayımı bir günlük dayandırılaraq ATV telekanalı dörd min manat məbləğində cərimələnib.