Skamyada oturan yaşlı adam, arxiv şəkli

Qonşu ölkədə pensiyaçılar ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər

148
(Yenilənib 12:48 01.08.2018)
Rusiyada 60 yaşdan yuxarı vətəndaşlar gediş haqqı ödəməyəcəklər

BAKI, 1 avqust — Sputnik. Rusiyada təqaüdçülər bundan sonra şəhərlərarası və şəhərdaxili ictimai nəqliyyatdan pulsuz istifadə edəcək. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, avqustun 1-dən etibarən 60 yaşdan yuxarı şəxslər elektrik qatarlarından, sentyabrın 1-dən isə metro, tramvay və avtobuslardan pulsuz istifadə edəcəklər.

Məlumata görə, təqaüdçülər gün ərzində 200 rubl (5.45 manat) xərcləyir. Bu isə ay ərzində böyük məbləğ deməkdir. Moskvada avtobus və ya metro ilə bir gediş 55 rubl (1.55 qəpik) təşkil edir.

Hesablamalara görə, təqaüdçülər ay ərzində, təxminən 5000 rubl (136 manat) xərcləyirlər. Bu qərarın verilməsi işləyən təqaüdçülərin xərclərini azaldacaq.

148
Teqlər:
istifadə, pulsuz, ictimai nəqliyyat, təqaüdçü, Rusiya
Əlaqədar
Əlavə mənbədən və daha çox pensiya ala bilərik, əgər dövlət zəmanət verərsə
Nazir: "Pensiya təyinatında qanunsuzluqlar aşkarlanıb"
Nazir saxta yolla pensiya alanlarla bağlı ciddi tədbir görüb
Pensiya təyinatında inqilab: Dövlət başçısı təsdiqlədi