Araz Ağalarov və Emin Ağalarov

Araz Ağalarovun həyat yoldaşından maraqlı etiraf

525
(Yenilənib 19:44 25.07.2018)
İrinanın sözlərinə görə, daim özünü inkişaf etdirəndə, üfüqlərini, dünyagörüşlərini genişləndirəndə, kişiyə səninlə həyat darıxdırıcı olmur

BAKI, 25 iyul — Sputnik. Oliqarx sözü bir çoxlarında dəbdəbəli villalar, yaxtalar, kazinolar, modellər sözləri ilə assosiasiya olunur. Sncmedia-nın araşdırıb üzə çıxardığı oliqarxlarla bağlı əvvəlki ifadələr yerində qalsa da, modellər ifadəsi yerinə düşmür. Çünki onlar üçün model elə öz həyat yoldaşlarıdır. Bu oliqarxlar arasında Azərbaycan əsilli biznesmen, CROCUS GROUP-un sahibi, Azərbaycanın xalq artisti Emin Ağalarovun atası Araz Ağalarov da var.

Sputnik Azərbaycan-ın məlumatına görə, hazırda Rusiyada biznes fəaliyyətlərini davam etdirən müxtəlif millətlərdən olan oliqarxlar arasında öz həyat yoldaşını gözəllikləri ilə hər kəsi heyran edən modellərdən üstün tutanlar barmaqla sayılası qədər azdır. Biz, bu oliqarxların kiçik siyahısını diqqətinizə çatdırırıq. Beləliklə:

İrina Viner-Usmanova (USM HOLDINGS-in qurucusu Alişer Usmanovun həyat yoldaşı) 

1980-ci ildə həbsdə olan Alişer Usmanov İrina Vinerə dəsmal göndərib. Bu, Özbəkistan adətlərinə görə, sevdiyin insana əlini uzatmaq və ürəyini təklif etmək deməkdir. Sevgililər 1992-ci ildə evləniblər. O vaxtdan indiyə kimi İrina ərinə sədaqətli rəfiqə və etibarlı arxadır.

"Alişer kraldır, allahdır, hətta onun adı da bu sözləri ifadə edir. Mən isə qadınam, onun nəslini davam etdirirəm, onun qabırğasıyam. O, öz məkanına nadir hallarda kimisə buraxır. Lakin bu, heç də onunla yaxın olmadığımız anlamına gəlmir. Əksinə, biz bir-birimizi başa düşürük, söhbət edirik, məsləhətləşirik, o, məni tənqid edir" — deyə İrina müsahibələrinin birində oliqarxla olan uğurlu nikahının sirrlərini bölüşərkən bildirib.

İrina Ağalarova (CROCUS GROUP-un sahibi Araz Ağalarovun həyat yoldaşı)

Özünün gələcək əri ilə İrina Ağalarova hələ məktəb illərində tanış olub. İnstitutu bitirəndən sonra İrina Araza toy mərasimi ilə ərə gedib. Cütlük o vaxtdan keçən 40 il ərzində öz xoşbəxt evliliklərini davam etdirirlər. Ötən illər onların bir-birinə olan marağını və sevgisini azaltmayıb. İrinanın sözlərinə görə, daim özünü inkişaf etdirəndə, üfüqlərini, dünyagörüşlərini genişləndirəndə, kişiyə səninlə həyat darıxdırıcı olmur.

Lyüdmila Lisina (UNIVERSAL CARGO LOGISTICS HOLDING-in səhmdarı Vladimir Lisinin xanımı)

Lyüdmila Lisina öz şəxsiyyətinə lazımsız diqqəti cəlb etməyi qətiyyən sevməyən bir qadındır. O da əri ilə məktəb illərində tanış olub. Bir müddət keçəndən sonra gələcək əri ona ürəyini açıb. Onların nikahından 3 uşaq dünyaya gəlib. Lyüdmila təkcə ailəsinə bütün diqqətini ayıran ev sahibəsi deyil, o, həm də Sreten bulvarındakı "Sezonı" özəl qalereyasının sahibidir. O, sənət sevgisini fəal surətdə öz həyat yoldaşına da aşılayır. 

Marina Vekselberq ("Skolkovo" fondunun prezidenti, "Renovo" şirkətlər qrupunun Direktorlar Şurasının sədri Viktor Vekselberqin həyat yoldaşı)

Viktor və Marina Vekselberqlər Moskvakı Rusiya Dövlət Nəqliyyat Universitetində oxuyarkən tanış olublar. Onda başa düşüblər ki, münasibətləri həddindən artıq ciddidir və evləniblər. Marina nadir hallarda ictimai tədbirlərin qonağı olur. Parlaq jurnalların üz qabıqlarında görünmür və könülsüz şəkildə müsahibələr verir. Biznesmenin həyat yoldaşı əsas diqqətini işə yönəldir. O, psixi xəstəlikləri olan insanlara kömək edən "Dobrıy vek" xeyriyyə fonduna rəhbərlik edir.

Qalina Svetkova ("Uralsib" Maliyyə Korporasiyasının Direktorlar Şurasının sədri Nikolay Svetkovun həyat yoldaşı)

Qalina Svetkova öz həyat yoldaşı ilə birlikdə oddan, sudan və mis boruların içindən keçib. Onlar evlənəndə Nikolay sıradan bir hərbçi idi. 2002-ci ildə Qalina "Lomonosov çini zavodu" QSC-nin səhmdarı olur. Sonralar isə bu müəssisənin sahibinə çevrilir. Bununla yanaşı, Qalina "META" Təhsil Fondunun və "Viktoriya" Xeyriyyə Fondunun idarə heyətinə daxil olur.

525
Əlaqədar
Zirəddin Rzayev oliqarxın sevgilisi olan məşhur qadının sirli ölümünün üstünü açdı
Azərbaycanlı oliqarx Lotu Qulinin həyatını xilas etdi
"Sahibkarlığın inkişafına inhisarçı oliqarxlar mane olur"
Nehrəmli oliqarx milyonluq avtomobilini satışa qoydu