Türkiyə-Ermənistan sərhədi

Türkiyə-Ermənistan sərhədində insident: Ruslar əfqanlara qarşı əməliyyat keçiriblər

173
(Yenilənib 14:51 25.07.2018)
Sərhədi pozan şəxslər Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verilib

BAKI, 25 iyul — Sputnik. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistanda Sərhəd İdarəsinin əməkdaşları Türkiyə-Ermənistan sərhədini pozan 5 şəxsi saxlayıb. Bu barədə Sputnik Azərbaycan "News.am"-a istinadən xəbər verir.

Rusiya sərhədçiləri erməni-türk sərhədində 5 Əfqanıstan vətəndaşını saxlayıblar
© Foto : RTX-nin mətbuat xidməti
Rusiya sərhədçiləri erməni-türk sərhədində 5 Əfqanıstan vətəndaşını saxlayıblar

Rusiya sərhədçiləri sərhəd dəstəsinin Artaşat məntəqəsindən Ermənistan ərazisinə qanunsuz keçməyə cəhd edən 5 Əfqanıstan vətəndaşını yaxalayıb. Sərhədi pozan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydaya uyğun olaraq Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verilib.

Saxlanılan şəxslərin əşyaları
© Foto : RTX-nin mətbuat xidməti
Saxlanılan şəxslərin əşyaları

Hazırda faktla bağlı araşdırma aparılır.

173
Teqlər:
Rusiya Federal Təhlükəsizlik Xidməti, Ermənistan, sərhəd, Türkiyə
Əlaqədar
"Rusiya hərbi bazası bizi Türkiyədən qoruyur" – Ermənistandan etiraf
Ermənistandan sürpriz Türkiyə açıqlaması gəldi
Ermənistan Türkiyəyə qarşı oynanılan oyunun əleyhinə çıxdı: Bizdən istifadə etməyin
Türkiyənin baş naziri Ermənistana cavab verdi: “Baxarıq”
Sarqsyandan sonra Türkiyə-Ermənistan münasibətlərində nə dəyişəcək – politoloq şərhi