Putin və Paşinyan

Putinlə Paşinyan nədən danışdılar?

109
(Yenilənib 19:01 23.07.2018)
Avrasiya İqtisadi Birliyi və ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

BAKI, 23 iyul — Sputnik. Rusiya prezidenti Vladimir Putin Ermənistan baş naziri Nikol Paşinyana zəng edib. Bu barədə Sputnik Azərbaycan Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata əsasən liderlər ikitərəfli əlaqələri müzakirə ediblər.

"Rusiya Federasiyası prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Avrasiya İqtisadi Birliyi və ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb", — deyə məlumatda bildirilir.

109
Əlaqədar
Paşinyan rus hərbçilərinin atəş açması barədə: "Baş verənlər təxribatdır"
Paşinyanın adından zəng edib, Avropa liderlərini doladılar
Paşinyan müharibə və Rusiyanın rolundan danışdı

Putin seçki kampaniyası, vaksinasiya demoqrafik çuxur barədə

414
(Yenilənib 17:01 19.06.2021)
Moskvada hakim "Vahid Rusiya" partiyasının seçkiqabağı qurultayı keçirilir. Prezident Vladimir Putin qurultayda çıxış edir.

BAKI, 19 iyun - Sputnik. RF prezidenti Vladimir Putin seçki kampaniyasının məsuliyyətli dövr olduğunu, parlamentin formalaşmasının dövlətin həyatında vacib mərhələ olduğunu bəyan edib.

"Seçki kampaniyası həmişə sınaqdır və ümumilikdə siyasi sistemin möhkəmliyinin yoxlanılmasıdır. "Vahid Rusiya"nın burada da xüsusi rolu var. Lider partiya açıq, rəqabətli siyasi yarış atmosferinin yaradılmasında nümunə olmağa borcludur", - o bildirib.

Seçki siyahısı

Rusiya prezidenti həmçinin "Vahid Rusiya"nın seçki siyahısı barədə də danışıb. O müdafiə naziri Sergey Şoyqunu və xarici işlər naziri Sergey Lavrovu seçki siyahısının ilk beşliyinə düşməyə namizədlər olduğunu deyib.

Rusiya lideri deyib ki, "Vahid Rusiya"nın seçki siyahısının ilk beşliyi çoxdan siyasətdə olan adamlardan ibarət olmalıdır.

Vaksinasiya

Rusiya prezidenti koronavirus pandemiyası mövzusuna da toxunub. O deyib ki, xəstələnməkdənsə, peyvəndlənmək yaxşıdır.

"Bir daha xatırladıram ki, peyvəndlənmək xəstələnməkdən yaxşıdır. Hər halda, ölkəmizdəki və dünyadakı aparıcı mütaəxəssislərin mövqeyi belədir", - o qeyd edib.

Demoqrafik artım

Putin bəyan edib ki, Rusiya hazırda "demoqrafik çuxur"a düşür və bunu dəyişmək üçün səyləri cəmləmək lazımdır.

"Builki müraciətimdə demişdim ki, demoqrafik sahədə vəziyyət mürəkkəbdir. Bir məqamda biz sizinlə təxminən eyni vəziyyətdən çıxmışdıq, lakin bir sıra obyektiv səbəblərdən, iki tarixi uğursuluqdan indi yenə eyni demoqrafik çuxura düşürük. Biz bilirik ki, mürəkkəb vəziyyətdir, lakin, neqativ tendensiyaları dayandırmaq üçün biz bütün səylərimizi bu hədəfə yönəltməliyik", - RF lideri "Vahid Rusiya" partiyasının qurultayındakı çıxışında deyib.

Rusiya Dövlət Dumasına seçkilər

2021-ci il iyunun 17-də Rusiya prezidenti Vladimir Putin 2021-ci il sentyabrın 19-na VIII çağırış RF Dövlət Dumasına seçkilərin təyin edilməsi barədə fərman imzalayıb. Onlar Rusiyada regional və bələdiyyə orqanlara seçkilərlər bir yerdə vahid səsvermə günündə keçiriləcək.

414
Krımda sel suları

Məşhur kurort şəhəri selə təslim oldu, evlər, maşınlar su altında

14
(Yenilənib 14:58 19.06.2021)
Turistlərin sevimli məkanlarından olan Yalta şəhərinin sakinləri təbiətin qəzəbini öz üzərlərinə hiss ediblər.

BAKI, 19 iyun — Sputnik. Rusiyanın Yalta şəhərini sel basıb. Yüzdən artıq ev suyun altında qalıb. Şəhərdə su təchizatı dayandırılıb. Bu barədə şəhər administrasiyasının başçısı Yanina Pavlenko məlumat verib.

Bundan əlavə, onun sözlərinə görə, 7 211 abonentin elektrik təchizatı dayandırılıb.

608 nəfər təxliyə olunub, onlardan 50-si həddi-buluğa çatnmayanlardı. 235 abonentin qaz təchizatı dayandırılıb.

Pavlenko bildirib ki, artıq problemlər həll olunur, bir çox yerlərdə elektrik bərpa olunur, suyun verilməsinin bərpası isə axşama planlaşdırılıb.

Şəhərdə sel suyunun kənara və xüsusi yerlərə vurulması prosesi təşkil edilib. Bundan əlavəı, maşınlarla içməli suyun təchizatı təşkil olunub.

Krımda yağan yağışlar iyunun 17-də güclü daşqınlara səbəb olub, nəticədə yarımadanın şərqində 300-dən artıq ev suyun altında qalıb, bir gecəyə buraya iki aylıq normada yağıntı düşüb. Cümə günü kəskin hava şəraiti Yaltaya doğru irəliləyib, nəticədə çaylar məcralarından çısıb, küçə evlər suyun altında qalıb.

14
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку

Azərbaycanın xarici siyasət idarəsi Ermənistana cavab verdi

4
Azərbaycan humanizm prinsiplərindən çıxış edərək bu günədək saxlanılan ermənilərin bir hissəsini Ermənistana təhvil verib.

BAKI, 19 iyun - Sputnik. "Ermənistan Xarici İşlər Nazirliyi 2021-ci il 18 iyun tarixli bəyanatında ölkəmizi 44 günlük müharibə zamanı Ermənistan tərəfindən Azərbaycan ərazisində qanunsuz şəkildə döyüşən, müharibə cinayətləri, terror aktları törətməkdə, muzdlu kimi döyüşməkdə təqsirləndirilən şəxsləri mühakimə etməkdə ittiham edir. Ermənistan XİN-in bəyanatında “hərbi əsirlər” və “mülki şəxslər” kimi göstərilən şəxslər hərbi əməliyyatlar zamanı və əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisində qəsdən adamöldürmə, işgəncə, terrorçuluq və digər cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərdir. Əlbəttə, Azərbaycanın həm beynəlxalq hüquq, o cümlədən 1949-cu il Cenevrə konvensiyaları, muzdluların cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təliminə qarşı beynəlxalq Konvensiya, həm də yerli qanunvericiliyə əsasən bu şəxsləri məsuliyyətə cəlb etməyə həm hüququ, həm də beynəlxalq öhdəliyi var".

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan XİN-in müvafiq bəyanatına dair şərhində yer alıb.

"Hazırda Azərbaycan tərəfində saxlanılan və istintaqa cəlb olunan ermənilərə gəldikdə, Ermənistan XİN-ə xatırladırıq ki, bu şəxslərdən bir qrupu 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisinə daxil olan terrorçu qrupun üzvləridir və bu qrupun təxribatçı fəaliyyəti nəticəsində Azərbaycanın 4 hərbi qulluqçusu öldürülüb, bir mülki şəxs isə ağır yaralanıb. İttiham olunan erməni əsilli Livan vətəndaşı əcnəbi muzdlu qismində pul qarşılığında 44 günlük müharibə zamanı azərbaycanlı hərbçi və mülki şəxslərə qarşı döyüşlərdə iştirak edib. Digər iki erməni vətəndaşı isə hələ Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlı mülki şəxslərə və hərbçilərə işgəncə verməkdə ittiham olunan şəxslərdir.

Vurğulamaq istərdik ki, Azərbaycanda saxlanılan ermənilərin yerinin gizli saxlanılması ilə bağlı deyilən fikirlər tamamilə yalandır. Rəsmi açıqlamalarda artıq bildirildiyi kimi, Azərbaycan bu şəxslərin saxlanılma vəziyyəti ilə bağlı olan bütün tələbləri yerinə yetirib. Hətta Beynəlxalq Qırmızı Xaç Komitəsi, insan hüquqları üzrə müvəkkilin (ombudsman) saxlanılan şəxslərlə mütəmadi görüşləri təşkil edilib və bu şəxslərin səhhəti barədə tibbi sənədlər belə təqdim edilib.

Azərbaycan humanizm prinsiplərindən çıxış edərək bu günədək saxlanılan ermənilərin bir hissəsini Ermənistana təhvil verib.

Bunun qarşılığında isə Ermənistan tərəfinin addımları göz qabağındadır. Yalnız Ağdam üzrə mina xəritələrini Azərbaycana təhvil verən Ermənistan bu ölkənin yüksəksəviyyəli rəsmiləri tərəfindən açıq şəkildə etiraf edildiyi kimi, çoxsaylı mina xəritələrini gizlədir, Azərbaycana verməkdən imtina edir. Hələ Birinci Qarabağ müharibəsində itkin düşən 4 minədək azərbaycanlının taleyi barədə bu günədək heç bir məlumat verilməyib. Ərazilərimiz işğaldan azad olunduqdan sonra Kəlbəcər rayonunun Başlıbel kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıq Ermənistan tərəfindən törədilən müharibə cinayətlərinin və Ermənistanın itkin düşmüş azərbaycanlılar barədə məlumatı gizlətdiyinin bariz sübutudur.

Ermənistan XİN-i beynəlxalq hüquq pozuntularından danışmağa başlamadan əvvəl Ermənistan Respublikasının 30 ilə yaxın müddət ərzində beynəlxalq hüquq prinsiplərini, xüsusilə də suverenlik və ərazi bütövlüyünə hörmətlə yanaşılması prinsipini tapdaladığını, bir milyonadək azərbaycanlının fundamental hüquqlarının kobud şəkildə pozduğunu göz önünə gətirməlidir"-, məlumatda qeyd olunub.

4