BAKI, 6 iyul — Sputnik. ABŞ prezidenti Donald Tramp jurnalistlərə rusiyalı həmkarı Vladimir Putinlə görüşə hazırlığından danışıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, ABŞ lideri Rusiya ilə yaxşı münasibətlərin qurulmasının vacibliyini vurğulayıb və görüş zamanı "hər şeyin yaxşı olacağına" əmin olduğunu bildirib.
"Mən hazır olacağammı? Mən tam olaraq hazıram. Mən buna bütün həyatım boyu hazırlaşmışam" — deyə Tramp Montanada mitinqdə çıxışı zamanı bildirib.
Qeyd edək ki, Rusiya-Amerika sammiti Helsinkidə baş tutacaq. Vladimir Putin və Donald Tramp iyulun 16-da Finladiya paytaxtında görüşəcəklər. Danışıqlarda Rusiya və ABŞ prezidentləri iki ölkə arasında münasibətlərin perspektivləri və aktual beynəlxalq məsələləri müzakirə edəcəklər.
Məlumata əsasən, görüş yeri kimi Helsinkini Arktika regionu başçılarının görüşündə Finlandiya prezidenti Sauli Niinisto təklif edib. Bundan əvvəl mümkün görüş yeri kimi Vyana və Brüsselin adları çəkilirdi. Lakin sonda həm ABŞ, həm də Rusiya üçün çox "rahat" məkan seçilib. Tramp Finlandiya paytaxtına NATO-nun Brüsseldəki görüşündən, Putin isə futbol üzrə dünya çempionatının bağlanış mərasimindən sonra gedəcək.
Xatırladaq ki, dünya siyasətində genişmiqyaslı dəyişikliklərə yol açmış Mixail Qorbaçovla Corc Buş arasında ilk görüş 1990-cı ildə də Helsinkidə baş tutub.
Ümumiyyətlə, uçuş hazırlığının bu ən mürəkkəb elementini yerinə yetirmək üçün yalnız təcrübəli pilotlara icazə verilir, lakin bu dəfə manevrlərdə gənc zabitlər də iştirak edib. Təlimlərə ümumilikdə beş Tu-160 və Il-78 təyyarəsi cəlb olunub.
BAKI, 17 yanvar — Sputnik. Dünyanın ən məşhur və böyük muzeyi olan Ermitaj muzeyi "Faberge - İmperator Məhkəməsinin zərgərləri" sərgisində saxtakarlığa yol verməkdə günahlandırılır.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, muzeyin direktoru Mixail Piotrovskiyə ünvanlanan saxtakarlıqla bağlı iddialar kolleksiyaçı Andrey Rujnikovun açıq məktubunda bildirilib. O qeyd edib ki, Ermitaj, Pavlovsk və Peterhof kolleksiyalarına aid olan həqiqi eksponatlarla yanaşı nümayiş etdirilən əsgərin siqaret yandırdığı heykəlcik Savitskinin Fersman Muzeyindəki heykəlinin kobud bənzəridir.
Bundan başqa, kolleksiyaçı muzeydəki bir çox eksponatın orijinal olmadığını bildirib. Onun sözlərinə görə, sadalanan əsərlər XX əsrə yox, XXI əsrə aiddir. O, eyni zamanda, ekspozisiyada iştirak edən saxtakarların siyahısını xeyli uzada biləcəyini qeyd edib.
İddialar əsasında hazırda Ermitajda araşdırmalara başlanılıb. Sərgi ötən il noyabrın 25-də başlayıb və bu il martın 14-dək davam edəcək.
BAKI, 17 yanvar - Sputnik. İsraildə yeni növ koronavirus infeksiyasına qarşı “Pfizer” vaksini ilə peyvənd olunan 13 nəfər üz iflici olub.
“Report”un məlumatına görə, bu barədə “The Jerusalem Post” İsrail Səhiyyə Nazirliyinin hesabatına istinadən xəbər verib.
Nazirlik bildirib ki, üz iflici olanların sayı daha çox ola bilər.
Qeyd edək ki, ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. İlk olaraq İsrailin Baş naziri Binyamin Netanyahu peyvənd olunub.