Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Mariya Zaxarova: "İnter RAO" Azərbaycana yardım edib

© Sputnik / Sergey Pyatakov / Mediabanka keçidОфициальный представитель министерства иностранных дел РФ Мария Захарова во время брифинга по текущим вопросам внешней политики
Официальный представитель министерства иностранных дел РФ Мария Захарова во время брифинга по текущим вопросам внешней политики - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycanda elektrik enerjisinin ötürülmaəsinin qaydaya salınmasında əhəmiyyətli yardımı Rusiyanın "İnter RAO" şirkəti edib"

BAKI, 6 iyul — Sputnik. Rusiya Migəçevirdəki "Azərbaycan" İES-də qəza zamanı Azərbaycan Respublikasına əhəmiyyətli yardım göstərib. Sputnik Azərbaycan-ın məlumatına əsasən, bu barədə keçirilən brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

"Bilirsiniz ki, Azərbaycanda istilik elektrik stansiyasında qəza baş verib. Qeyd etmək istəyirəm ki, Azərbaycanda elektrik enerjisinin ötürülmaəsinin qaydaya salınmasında əhəmiyyətli yardımı Rusiyanın "İnter RAO" şirkəti edib. Azərbaycan KİV-in məlumatına əsasən, bu şirkət özünü ən yaxşı tərəfdən göstərib. Bu barədə Azərbaycan prezidenti cənab Əliyev də bəyan edib. O ölkənin enerji sistemində yaranmış vəziyyətlə bağlı Rusiya və Gürcüstana təşəkkürünü bildirib" — Zaxarova bəyan edib.

Xəbər lenti
0