Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İmtahan iki qızın həyatına son qoydu

CC0 / rhonda_jenkins / BabyAvtomobilin salonunda yuxulamış uşaq, arxiv şəkli
Avtomobilin salonunda yuxulamış uşaq, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı araşdırma aparılır

BAKI, 26 iyun — Sputnik. Rusiyanın Rostov şəhərində yaşyarımlıq və 3 yaşında iki qız avtomobildə istidən boğularaq ölüblər.

Sputnik Azrbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, qadın qızlarını 12 yaşlı bacılarının yanında qoyaraq imtahana gedib. Əvvəlcə onlar bağçada oynayıb, sonra böyük qızın başı qarışıb və balaca qızlar həyətdə park edilmiş maşına miniblər. Lakin onlar maşından çıxa bilməyiblər. Bu vaxt uşaqların atasının harada olduğu məlum deyil.

Ana qayıdan zaman uşaqların hər ikisi ölmüş olub. Təcili yardım gəldiyi an qızların öldüyü təsdiqlənib. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0