Moskvada təcili tibbi yardım maşını

Səfirlikdən Moskvada yaralanan azərbaycanlılar barədə açıqlama gəldi

31
(Yenilənib 07:11 19.06.2018)
Səfirlik: Moskvada yaralanan iki Azərbaycan vətəndaşının vəziyyəti qənaətbəxşdir

BAKI, 19 iyun — Sputnik. İyunun 16-da Moskvada taksinin piyada yoluna çıxaraq yeddi nəfəri vurması nəticəsində xəsarət alan iki Azərbaycan vətəndaşının vəziyyəti qənaətbəxşdir.

Azərbaycanın Rusiyadakı səfirliyindən APA-ya bildiriblər ki, hadisə haqqında məlumat səfirliyə daxil olan kimi səfir Polad Bülbüloğlunun göstərişinə əsasən Azərbaycan vətəndaşlarının yerləşdiyi tibb müəssisəsi ilə əlaqə saxlanılıb. Tibb müəssisəsindən verilən məlumata əsasən, xəsarət alanların vəziyyəti qənaətbəxşdir, onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

31
Teqlər:
Qəza, Azərbaycanın Rusiyadakı səfirliyi, Polad Bülbüloğlu, Moskva, Azərbaycan
Əlaqədar
Azərbaycanlılar xəsarət aldı, Sobyanin məsələni nəzarətə götürdü