Əlində ayaqqabı tutmuş qız, arxiv şəkli

Özünü bir milyona "satan" qızdan qəribə iddia

459
(Yenilənib 23:20 15.06.2018)
İş adamının pulun yarısını geri tələb etməsi qalmaqala səbəb olub

BAKI, 16 iyun — Sputnik. Rusiyada qəribə hadisə baş verib. Sputnik Azərbaycan-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, məktəbli qız polisə şikayət edrək bildirib ki, bir iş adamının onu aldatdığını deyib. Qızın sözlərinə görə, iş adamı ona bir gecəlik intim əlaqə üçün bir milyon rubl (27300 manat) ödəyib və sonra pulun bir hissəsini geri alıb.

Məlumata görə, 18 yaşlı moskvalı qız Tatyana öz gözəlliyi ilə ilk milyonunu qazanmağa qərar verib. O, bir iş adamı ilə danışaraq razılığa gəlib.

İş adamı gənc qızı hotelə dəvət edib. Ancaq qızla keçirdiyi gecə onun xoşuna gəlməyib və tələb edib ki, qız pulun yarısını geri qaytarsın. Bu isə, qızın narazılığına səbəb olub. Nəticədə Tatyana polisə şikayət edərək təcavüzə uğradığını bildirib.

Hazırda vəziyyət hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Qeyd edək ki, cari il mayın 28-də də bənzər hadisə baş verib. Belə ki, gənc moskvalı qız polisə müarciət edərək, yeni tanış olduğu şəxsdən şikayət edib. O deyib ki, tanışı olan oğlan ona dərman verərək oral sekslə məşğul olmağa məcbur edib.

459
Teqlər:
seks, iş adamı, qız, pul, Moskva, Rusiya
Əlaqədar
Onlarda daha seks olmayacaq, qadağan edilir…
Seksual mövzuların məktəb və universitetlərdə tədrisi vacibdirmi?
Seksuallığın özü: Bakılı model öz cazibəsi ilə ərəb dünyasını fəth edib
ABŞ-da daha bir seks qalmaqalı: 13 yaşlı uşağı...
Sputnik V peyvəndi, arxiv şəkli

"Rusiya pul dalınca qaçmır": Avropada "Sputnik-V" peyvəndinin müdafiəsinə qalxdılar

13
(Yenilənib 17:59 18.01.2021)
Qərb "hekayəçiləri" illərdir Rusiyanın elm sahəsindəki inkişafını inkar etdiklərindən, indi bu ölkənin peyvənd yaratdığını eşidəndə təəccüblənirlər.

BAKI, 18 yanvar — Radio Sputnik. Rusiya koronavirus pandemiyasının qarşısını almağa qadir dərman hazırlayıb; "Monde diplomatique" fransız qəzetinin ispan nəşrinin yazdığına görə, Qərbdə rus elmi ilə bağlı cəhalət hökm sürür.

"Qərbin "Sputnik-V" peyvəndinin yaradılmasına laqeyd və şübhəli yanaşması Rusiyanın elmi ənənələri haqqında məlumatsızlıqdan irəli gəlir. "Dil, mədəni və siyasi fərqliliklərdən qaynaqlanan bu cəhalət Rusiyadakı təşəbbüslərə şübhə ilə yanaşır", – deyə jurnalist vurğulayır.

O qeyd edib ki, preparatın işlənib-hazırlanması Rusiyadakı elmi axtarışların bütöv bir tarixi elmi inkişaf zəncirinin nəticəsidir. Jurnalistin sözlərinə görə, Qərb "hekayəçiləri" illərdir Rusiyanın elm sahəsindəki inkişafını inkar etdiklərindən, indi bu ölkənin peyvənd yaratdığını eşidəndə təəccüblənirlər.

"ABŞ və Avropa Şurası kimi əczaçılıq laboratoriyalarının öz dərmanlarına astronomik qiymətlər qoyduğu ölkələrdən fərqli olaraq, Rusiya pul dalınca qaçmır", – deyə Federiko Kusko qeyd edir.

Onun sözlərinə görə, hazırda müxtəlif ölkələrdə "Sputnik-V" ilə bağlı geniş yayılmış bu cür şübhələr 50 ildən sonra heç kimin yadına düşməyəcək.

13
Xankəndi şəhərinə mənzərə, arxiv şəkli

Ermənistan rəsmilərinin Qarabağda siyasiləşmiş bəyanatları gərginlik yaradır

14
(Yenilənib 16:29 18.01.2021)
"Ona görə də biz indi Azərbaycan və Ermənistan rəhbərliyi arasında əlaqənin yaranmasına, inam atmosferinin yaranmasına xüsusi önəm veririk".

BAKI, 18 yanvar — Sputnik. "Ermənistan rəsmilərinin Qarabağda siyasiləşmiş bəyanatları gərginlik yaradır. Məncə, bundan qaçmaq daha yaxşı olardı". Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov 2020-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

"Biz artıq 44 günlük müharibədən öncə Qarabağdan və ya Qarabağla bağlı verilən emosional bəyanatlara şahid olmuşuq: "Yeni müharibə - yeni ərazilər". Bilirsiniz necə? Söz material gücə çevrilir. Bu halda müxtəlif tərəflərdən sözlər neqativ material gücə çevrildilər. Ona görə də biz indi Azərbaycan və Ermənistan rəhbərliyi arasında əlaqənin yaranmasına, inam atmosferinin yaranmasına xüsusi önəm veririk. Mən ümid edirəm ki, emosiyalar ikinci plana keçiriləcək", - deyə Lavov qeyd edib.

14
Qulam Mustafa Xan, arxiv şəkli

"Hind kinosunun kadrarxası səsi" vəfat edib

0
(Yenilənib 18:00 18.01.2021)
Şimali Hindistanın məşhur mahnılarını səsləndirən Qulam Mustafa Xana "Ustad" titulu verilib. Klassik hind musiqiqinin ustad sənətkarı sayılan Qulam Mustafa Xan, yaradıcılığı boyu çox sayda ordenlə təltif edilib.

BAKI, 18 yanvar — Sputnik. Klassik hind musiqisinin görkəmli nümayəndəsi Qulam Mustafa Xan vəfat edib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 89 yaşlı Qulam Mustafa Xan ötən gün Mumbayda dünyasını dəyişib.

Qulam Mustafa Xan sənətkarlar ailəsində dünyaya gəlib. Onun ailə üzvləri musiqiçilərdən ibarət olub. Şimali Hindistanın məşhur mahnılarını səsləndirən Qulam Mustafa Xana "Ustad" titulu verilib. Klassik hind musiqiqinin ustad sənətkarı sayılan Qulam Mustafa Xan, yaradıcılığı boyu çox sayda ordenlə təltif edilib.

Qulam Mustafa Xanı Hind kinosunun kadrarxası səsi adlandırıblar. Belə ki, sevərək tamaşa etdiyimiz hind filmlərinin əksəriyyətində onun məlahətli səsi eşidilir.

Qeyd edək ki, 2019-cu ildə insult keçirən sənətkarın bədəninin bir hissəsi iflic olub. Mərhum Qulam Mustafa Xanın martın 3-də 90 yaşı tamam olacaqdı.

0