Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ruslar dünyanı təəccübləndirdilər: Fantastik başlanğıc

© Sputnik / Алексей Филиппов / Mediabanka keçidDünya çempionatı, Rusiya-Səudiyyə Ərəbistanı görüşü
Dünya çempionatı, Rusiya-Səudiyyə Ərəbistanı görüşü - Sputnik Azərbaycan
Abunə olmaq
"Çempionatın açılışında bir daha müəyyən olundu ki, futbol insanları bir yerə toplaya bilir"

BAKI, 15 iyun — Sputnik. Dünən Rusiyada başlayan futbol üzrə dünya çempionatı dünya mətbuatının əsas müzakirə mövzularından birinə çevrilib. Sputnik Azərbaycan xəbər verir ki, Amerikanın CBS telekanalı çempionatın ilk qarşılaşması olan Rusiya-Səudiyyə Ərəbistanı oyununu və rusların 5:0 hesablı qələbəsini "fantastik başlanğıc" adlandırıb. 

"Bu qollar Rusiyanın kütlə toplaya bilməsi üçün çox vacib idi və "Lujniki" stadionu sevinir" — deyə telekanalın efirindən bəyan olunub.

Britaniyanın "Sky Nyus" telekanalı isə, "Çempionatın açılışında bir daha müəyyən olundu ki, futbol insanları bir yerə toplaya bilir" ifadəsindən istifadə edib.

Türkiyənin "Milliyet" qəzeti Rusiyanın çempionatı yaxşı təşkil etdiyinə diqqət çəkib: "Rusiyada Braziliyadan fərqli olaraq azarkeşlərin stadiona çatması daha asan idi. Siz nəqliyyatdan istifadə etmədən stadionun qapısından çıxan kimi metroya gedə bilərsiniz. Ruslar dünya çempionatını çoxdan gözləyir və dəstəkləyirdilər".

Rusiya yığmasının azarkeşi - Sputnik Azərbaycan
RUSİYA
Rus və ərəb qadınlarının müqayisəsi — FOTOLAR

Qeyd edək ki, Rusiyada futbol üzrə 21-ci dünya çempionatının açılış mərasimi keçirilib. Açılış mərasimi Moskvanın "Lujniki" stadionunda baş tutub. Təntənəli açılış mərasimində dövlət və hökumət rəhbərləri, eləcə də FİFA rəhbərləri iştirak ediblər. Açılış mərasimində Rusiya Federasiyası prezidenti Vladimir Putin çıxış edib.

Açılış oyununda çempionat sahibi Rusiya komandası ilə Səudiyyə Ərəbistanı yığması üz-üzə gəlib. Gözlənildiyi kimi, Rusiya komandası bu oyunda qələbə qazanıb. Amma çempionatın autsayderlərindən sayılan Rusiya millisi gözlənilmədən güclü oyun nümayiş etdirib və 5:0 hesablı qələbə qazanıb. Qolları Yuri Qazinski (12), Denis Çerışev (43, 90+1), Artyom Dzyuba (71), Aleksandr Qolovin (90+4) vurublar.

Xəbər lenti
0