Rusiya yığmasının azarkeşi

Rus ərəb qadınlarının müqayisəsi FOTOLAR

1677
(Yenilənib 16:09 15.06.2018)
Britaniyalılar rus və ərəb qadınlarını müqayisə edib

BAKI, 15 iyun — Sputnik. Britaniyanın "Daily Mail" nəşri futbol üzrə dünya çempionatının açılışında iştirak edən Rusiya və Səudiyyə Ərəbistanının qadın azərkeşlərinin xarici görünüşlərini müqayisə edib.

Sputnik Azərbaycan xəbər verir ki, müşahidələrə əsasən, rus qadınlar yarışa tamaşa etməyə üzərində çempionatın simvolunun əks olunduğu qısa t-şirt və parlaq makiyajla gəlib. Bunun əksinə olaraq, ərəb qadınlar hicab taxaraq yarışı seyr etməyə gəliblər. Üstəlik, onlar üzlərini yaşıl şərf və ya tibbi maskalarla bağlayıblar, həmçinin onların əksəriyyəti gün eynəyi taxıb.

  • Rusiya yığmasının azarkeşi
    Rusiya yığmasının azarkeşi
    © REUTERS / Christian Hartmann
  • Rusiya yığmasının azarkeşi
    Rusiya yığmasının azarkeşi
    © Sputnik / Yelena Rusko
  • Rusiya yığmasının azarkeşi
    Rusiya yığmasının azarkeşi
    © Sputnik / Ramil Sitdikov
  • Səudiyyə Ərəbistanı yığmasının azarkeşi
    Səudiyyə Ərəbistanı yığmasının azarkeşi
    © Sputnik / Ramil Sitdikov
1 / 4
© REUTERS / Christian Hartmann
Rusiya yığmasının azarkeşi

Xatırladaq ki, Səudiyyə Ərəbistanı qadınlarına ilk dəfə 2018-ci ilin yanvarında stadiondan oyun izləməyə icazə verilib.

Qeyd edək ki, dünən Moskvada futbol üzrə 21-ci dünya çempionatı başlayıb. Oyunun ilk qarşılaşması Rusiya və Səudiyyə Ərəsbistanı komandaları arasında olub. Yarış 5:0 hesabı ilə rusların xeyrinə başa çatıb.

1677
Teqlər:
dünya çempionatı, Səudiyyə Ərəbistanı, Britaniya, Rusiya, qadın, futbol
Mövzu:
Futbol üzrə dünya çempionatı (90)
Əlaqədar
Futbol şərhçisi dünya çempionatının favoritlərini açıqladı
Bu gün futbol azarkeşlərini hansı sürprizlər gözləyir?
Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski

Jirinovski: "Onların üzünə tüpürüb, daşa basacaqlar"

13
Kommunistlər, yaxud "Spravedlivaya Rossiya" nə ilə ortaya çıxacaq? Onların üzünə tüpürüb, daşa basacaqlar! Onlara deyəcəklər: hansı yeni sosializmdən danışırsınız? Axı siz hələ 40 il əvvəl bizə kommunizm söz vermişdiniz!

BAKI, 18 may — Sputnik. Rusiya liberal-demokrat partiyasının (RLDP) sədri rəhbərlik etdiyi təşkilatın "siyasi səhnədə bakirə" olduğunu bəyan edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, partiya sədri RLDP-nin hələ heç bir partiya ilə siyasi ittifaqa girmədiyini dilə gətirib.

""Yedinaya Rossiya" vətəndaşların qarşısına nə ilə çıxacaq? Onlardan soruşacaqlar: niyə siz heç bir şey etməmisiniz? Axı 20 ildir ki, hökumət partiyasısınız. Kommunistlər, yaxud "Spravedlivaya Rossiya" nə ilə ortaya çıxacaq? Onların üzünə tüpürüb, daşa basacaqlar! Onlara deyəcəklər: hansı yeni sosializmdən danışırsınız? Axı siz hələ 40 il əvvəl bizə kommunizm söz vermişdiniz! Onların heç birinin təklif edəcəyi bir şey yoxdur. Seçicilər onların hamısına yalançı və fırıldaqçı kimi nifrət edirlər", - partiya lideri qeyd edib.

Jirinovski bildirib ki, RLDP isə təmizdir: "Əgər məişət dilində müqayisə aparsaq, RLDP siyasi səhnədə bakirədir. Biz heç kimlə nikaha, siyasi ittifaqa daxil olmamışıq. Bunların hamısı isə elə qurcuxurlar", - deyə Jirinovski bildirib.

Eləcə də oxuyun: 

* Jirinovski Rusiya prezidenti vəzifəsinin adının dəyişdirilməsini təklif edir

* Jirinovskidən xaricdə yaşayan ruslara RF pasportlarının verilməsini sadələşdirmək təklifi

* Köklərə məhdudiyyət qoyun, arıqlar yaşaya bilmirlər

 

13
Teqlər:
partiya, Rusiya, Vladimir Jirinovski
Rusiya vətəndaşının pasportu, arxiv şəkli

Keçmiş ABŞ prezidenti Reyqanın müşaviri Putindən vətəndaşlıq istədi

8
(Yenilənib 23:49 17.05.2021)
"Bəzi amerikalıların mənə vətən xaini deyəcəklərini, ABŞ-a qarşı çıxdığımı söyləyəcəklərini təxmin edə bilirəm", – deyən Suzanna Messi vurğulayıb ki, Rusiyada qalmaq üçün Putin ona vətəndaşlıq versə, bunu özünə şərəf hesab edəcək.

BAKI, 17 may — Sputnik. 1980-1988-ci illər arasında ABŞ-a rəhbərlik etmiş 40-cı prezident Ronald Reyqanın keçmiş müşaviri Suzanna Messi Rusiya Prezidenti Vladimir Putindən vətəndaşlıq istəyib. Bu barədə Sputnik Türkiyə məlumat yayıb.

1984-1988-ci illər ərzində Reyqanın ABŞ-ın keçmiş SSRİ ilə münasibətlər üzrə müşaviri vəzifəsində çalışan Messi iki ölkə xalqlarını bir-birinə yaxınlaşdırmaq üçün uzun müddət çalışdığını dilə gətirərək bu fəaliyyətini davam etdirmək üçün Rusiyada qalmaq istədiyini bildirib.

ABŞ-a rəhbərlik etmiş 40-cı prezident Ronald Reyqanın keçmiş müşaviri Suzanna Messi

"Bəzi amerikalıların mənə vətən xaini deyəcəklərini, ABŞ-a qarşı çıxdığımı söyləyəcəklərini təxmin edə bilirəm", – deyən Suzanna Messi vurğulayıb ki, Rusiyada qalmaq üçün Putin ona vətəndaşlıq versə, bunu özünə şərəf hesab edəcək.

Qeyd edək ki, hazırda 90 yaşında olan Messi ABŞ-la Rusiya arasında casusluq fəlaiyyətlərinin ən aktiv olduğu dövrdə müşavir kimi çalışıb.

Messinin müraciəti ABŞ və Rusiya arasında münasibətlərin kəskinləşdiyi dövrə təsadüf etdiyindən Amerika mətbuatında böyük rezonans doğurub.

 

8