Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ərdoğandan Putinə "qatı açılmamış" təklif

© REUTERS / Sergei KarpukhinВстреча президентов Турции и России Реджепа Тайипа Эрдогана и Владимира Путина. Москва, 9 августа 2016 года
Встреча президентов Турции и России Реджепа Тайипа Эрдогана и Владимира Путина. Москва, 9 августа 2016 года - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin Rusiyadan istəyi yenə NATO-nu qıcıqlandıracaq

BAKI, 14 iyun — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinə birlikdə "S-500" zenit-raket kompleksinin (ZRK) istehsalını təklif edib. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, Ərdoğan Rusiyanın "S-400" ZRK-nın Türkiyəyə çatdırılması barədə müqavilənin şərtlərinin yerinə yetirilməsi ilə bağlı danışarkən bunu deyib.

Pentagon - Sputnik Azərbaycan
Pentaqon Türkiyəni "S-400"-dən imtina etməyə çağırıb

"Rusiya bizə "S-400"-ləri çox sərfəli kredit şərtləri ilə verib. İkinci və üçüncü mərhələdə biz onu birgə istehsal etməyə başlayacağıq" — deyə Türkiyə lideri bildirib.

Ərdoğan Türkiyənin "S-400"-ləri almasına dair müqavilə ilə bağlı ABŞ və NATO-nun tənqidlərinə də cavab verib: "Onlar niyə Yunanıstanın əldə etdiyi "S-300"-lərlə bağlı susurlar? Türkiyəyə qarşı münasibətdə bu siyasəti anlamaq mümkün deyil. Bizim müdafiə sənayemizin öz tələbatları var və biz onları yerinə yetirmək istiqamətində səy göstəririk".

Ötən ilin dekabrında Türkiyə ilə Rusiya "S-400"-lərlə bağlı kredit müqaviləsi bağlayıb. Ankara Türkiyənin hərbi qulluqçularının xidmət edəcəyi iki hava hücumundan müdafiə sistemini satın alacaq.Tərəflər həmçinin "S-400"-lərin Türkiyədə istehsalının inkişafında texnoloji əməkdaşlıq mövzusunda da razılığa gəlib.

ABŞ və NATO nümayəndələri buna görə dəfələrlə Ankaranı tənqid ediblər. ABŞ dövlət katibinin köməkçisi Uess Mitçell bəyan edib ki, "S-400"-lərin alınması Türkiyəyə Amerika istehsalı olan "F-35" qırıcılarının verilməsinə neqativ təsir göstərəcək.

Ankara isə cavabında bildirib ki, belə olan təqdirdə qırıcıları başqa ölkələrdən alacaq. ""F-35" təyyarələri planlaşdırıldığı kimi Türkiyəyə təslim edilməlidir. Problem olacağı təqdirdə Türkiyə alternativsiz qalmayacaq. Onları Rusiya, ya da NATO üzvü olan hər hansı digər ölkədən ala bilərik" — deyə Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu "A Haber" telekanalına müsahibəsində bildirib.

Ərdoğan da öz növbəsində Birləşmiş Ştatları "F-35"-lərin onlara verilməsi barədə müqavilənin şərtlərini yerinə yetirməyə çağırıb: "Biz deyirik ki, ABŞ bizim strateji müttəfiqimizdir. Amma strateji müttəfiq bizə başqa qapıları döyməyi təklif etməməlidir".

Xəbər lenti
0