Министр иностранных дел РФ Сергей Лавров

Rusiya xarici işlər naziri Azərbaycanın layihəsindən gözlədiyini dedi

349
(Yenilənib 10:09 14.06.2018)
Lavrov, eyni zamanda Türk Axını layihəsi ilə bağlı Avropaya mesaj da göndərib

BAKI, 14 iyun — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov Türk Axını layihəsi ilə Cənub Qaz Dəhlizi arasında ədaləti rəqabətin olacağına ümid etdiyini bildirib. Sputnik Türkiyə xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Moskvada yunan həmkarı Nikos Kocyasla birgə keçirdiyi mətbuat konfransında bildirib. 

“Rusiya, digər tədarükçülər və Cənuyb Qaz Dəhlizinin keçdiyi ölkələrlə rəqabətə daima hazırdır. Önəmli olan rəqabətin ədalətli və xoş niyyətli olmasıdır”, — deyə Lavrov vurğulayıb. 

Lavrov, eyni zamanda Türk Axını layihəsi ilə bağlı Avropaya mesaj da göndərib: “Avropa İttifaqı ölkələri Türk Axını layihəsi üzərindən qaz almaq istəyirlərsə, Avropa komissiyası layihəsinin dəstəklənməsi ilə bağlı Rusiyaya 100% zəmanət verməlidir”. 

Qeyd edək ki, "Şah Dəniz 2" yatağı, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) kəmərindən ibarət olan Cənubi Qaz Dəhlizinin açılışı mayın 29-u Bakıda gerçəkləşdirilib. 

Ötən gün Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) artıq fəaliyyətə başlayıb. Dünən baş tutan açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna prezidenti Pyotr Poroşenko, Serbiya prezidenti Aleksandr Vuçiç və digər rəsmi şəxslər iştirak ediblər.

349
Əlaqədar
Ekspert: “TANAP növbəti onilliklərdə Azərbaycanın əhəmiyyətini qoruyacaq”
Tarixi an: TANAP fəaliyyətə başladı
TANAP-ın açılışı olacaq, Ərdoğan şəxsən işə salacaq
TANAP: onun iqtisadi əhəmiyyəti daha çoxdur, yoxsa siyasi?!