Президент РФ Владимир Путин и президент Азербайджана Ильхам Алиев во время встречи, 21 июля 2017 года

Putin İlham Əliyevdən gözləntisini açıqladı

2136
(Yenilənib 16:25 13.06.2018)
Dövlət başçıları ikitərəfli əlaqələrə dair bəzi məqamları gözdən keçiriblər

BAKI, 13 iyun — Sputnik. Moskvada Azərbaycanla Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında görüş baş tutub. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, görüş zamanı prezidentlər iki ölkə arasında münasibətləri müzakirə ediblər.

Putin Moskvanın Azərbaycan prezidentinin növbəti səfərini gözlədiyini, səfərin avqustun 30-da baş tutacağını bildirib: "O ki qaldı ikitərəfli münasibətlərimizə, bunu sizin avqustun 30-da Rusiyaya səfəriniz zamanı əsaslı və dərindən müzakirə edəcəyik".

Bununla belə, dövlət başçıları ikitərəfli əlaqələrə dair bəzi məqamları gözdən keçiriblər. 

"Ötən il ölkələr arasında ticarət dövriyyəsi 34,4 faiz artıb. Bu ilin birinci rübündə artım, təxminən, 19 faizdir. Bu, çox yaxşı tempdir və biz bunu dəstəkləməliyik. O ki qaldı siyasi əməkdaşlığa, burada da hər şey sabitdir. Parlamentlər xətti ilə daim təmaslar gedir. İctimai təşkilatlar xətti ilə humanitar əlaqələr inkişaf edir. Sizi görməyimə çox şadam", — deyə Putin görüşdə vurğulayıb.

İlham Əliyev isə Rusiya liderini 12 iyun — Rusiya Günü və futbol üzrə dünya çempionatına hazırlığın uğurla başa çatması münasibətilə təbrik edib: "Əminəm ki, çempionat da çox uğurlu keçəcək, bütün qonaqlar razı qalacaq. Mən də əlaqələrin inkişafından məmnunluğumu bildirmək istəyirəm".

Azərbaycan prezidenti vurğulayıb ki, ölkələr arasında iqtisadi əməkdaşlığı genişləndirmək üçün planlar mövcuddur. O, Azərbaycanla Rusiya arasında humanitar sahədə müsbət əməkdaşlığın olduğunu bildirib.

2136
Əlaqədar
Vladimir Putin: "Biz dünyaya həm ölkəmizin qapılarını, həm də öz ürəyimizi açmışıq"
Putin yenə Paşinyanı qəbul edəcək
Putin və Trampın görüş yeri məlum oldu
Vladimir Putin azərbaycanlı bloqçunun sualını cavablandırdı