Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Fransızı öldürən azərbaycanlılar məhkəmə qarşısında

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidRusiyada polis və təcili yardım avtomobilləri, arxiv şəkli
Rusiyada polis və təcili yardım avtomobilləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Onlardan biri 22 yaşlı fransız klazipan və etil spirti qarışından zəhərlənmədən dünyasını dəyişib

BAKI, 7 iyun — Sputnik. 22 yaşlı farnsızın ölümündə ittiham edilən iki Azərbaycan vətəndaşı məhkəmə qarşısına çıxacaq. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, həmin şəxslər fransız gəncin sağlamlığına zərər vurmaqla yanaşı soyğunçuluqda da ittiham edilirlər.

İstintaq məlumatlarına görə, ittiham edilənlər 2016-cı il dekabrın 15-də britaniyalı qız və iki fransızla tanış olublar. Daha sonra onları pivəyə və klozapinə (şizofreniya zamanı qəbul edilən dərman) qonaq ediblər. Qonaqlar huşunu itirdikdən sonra onları Mıtışin rayonuna aparıblar. Orada azərbaycanlılar onların üzərində olan 1,3 milyon rubl (35630 manat) götürüblər. Qurbanlardan biri olan 22 yaşlı fransız klozapin və etil spirti qarışığından zəhərlənərək dünyasını dəyişib.

Xəbər lenti
0