S-400 kompleksi

ABŞ-dan acı etiraf: Rusiya hərbi üstünlüyə malikdir

287
(Yenilənib 11:58 24.05.2018)
Komandan: "Müharibənin ilk günü Rusiyanın "S-400" raket sistemi qırıcılarımızı və radarlarımızı məhv edəcək"

BAKI, 24 may — Sputnik. Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrinin komandanı general Hizer Vilson (Heather Wilson), Rusiya ilə müharibə başlayacağı ehtimalını dəyərləndirib. O bildirib ki, bu, baş verəcəyi təqdirdə ABŞ-ın yeni "Northrop Grumman E-8" qırıcıları və "JSTARS" radarları müharibənin ilk günü Rusiyanın "S-400" raket sistemi tərəfindən vurulacaq.

Sputnik Azərbaycan "Newsweek"-ə istinadən xəbər verir ki, general, eyni zamanda vurğulayıb ki, bu qırıcılar modernizə edilsə belə, Rusiya və Çin texnologiyaları üçün asan hədəf olacaq. ABŞ Konqresində hava qüvvələrinə nəzarəti həyata keçirən komitədə danışan Vilson "JSTARS" sistemi ilə təchiz edilən qırıcıların müharibə başlayacağı təqdirdə effektiv olmayacağını bildirib.

"Rusiya və Çin uzaq mənzilli yer-hava raketlərinə malikdir və qırıcılarımız müharibənin ilk günündə vurulacaq", — deyən Vilson, yeni "JSTARS" platformasının yaradılması üçün təxminən 7 milyard dollara ehtiyacın olduğunu da qeyd edib.

Qeyd edək ki, "S-400" Triumf (rusca: C-400 Триумф; NATO kod adı: SA-21 Growler) Almaz Mərkəzi Dizayn Bürosu tərəfindən istehsal olunan zenit raket kompleksidir. Bu sistem 2007-ci ildən bəri Rusiya Silahlı Qüvvələrinin silahlanmasında yer alır.

"S-400" sistemlərində dörd növ raketdən istifadə olunur: Çox uzun mənzilli 40N6 (400 km), uzun mənzilli 48N6 (250 km), orta mənzilli 9M96 (120 km) və qısa mənzilli 9M96E (40 km) raketləri. "S-400" hazırda mövcud olan hava hücumundan müdafiə (HHM) sistemləri arasında ən yaxşılardan biri hesab olunur.

Artırılmış uzaqlıqda yeni raketin sınaqlarının sonunda kompleks 400 kilometrə qədər uzaqlıqda aerodinamik hədəfləri və 60 kilometrə qədər uzaqlıqda taktik ballistik hədəfləri və həmçinin 4,8 km/san-a qədər sürətlə uçan qanadlı raketləri, taktik və strateji aviasiyanın təyyarələrini, ballistik raketlərin manevr edən döyüş başlıqlarını vura biləcək.

Erkən aşkar etmə radarı 600 kilometrə qədər uzaqlıqda aşkar etməni təmin edir. Raketlər 5 metrdən başlayan hündürlükdə aşağıdan uçan hədəfləri vura bilər (müqayisə üçün: Amerika kompleksi "Patriot" yalnız ən azı 100 metr hündürlükdə hədəfləri vura bilir). Raketlərin bir neçə tipindən (müxtəlif start kütləsi və işəsalma uzaqlığına malik olanlardan) istifadə mümkündür, bu isə eşelonlaşdırılmış müdafiə qurmağa imkan verir.

Rusiya Hərbi Hava Qüvvələrlərinin komandanının sözlərinə görə, "onlar intensiv radio elektron yatırılması şəraitində hava hücumunun müasir vasitələrinin hücumlarının qarşısını almağa və müxtəlif hava şəraitlərində döyüş tapşırıqlarını effektiv yerinə yetirməyə qabildir".

287
Teqlər:
Çin, "S-400" raket sistemi, "JSTARS" radarları, "Northrop Grumman E-8" qırıcıları, müharibə, Rusiya, Heather Wilson, Hizer Vilson, komandan, Hərbi Hava Qüvvələri, ABŞ, Birləşmiş Ştatlar
Əlaqədar
ABŞ-dan Rusiyaya qarşı yeni addımlar dalğası: Tramp tapşırıq verdi
ABŞ Rusiyaya görə Türkiyəyə xəbərdarlıq etdi
Paşinyan Rusiya və ABŞ səfirləri ilə görüşdü: Razılaşma var
ABŞ-ın bütün təhdidlərinə rəğmən, Rusiya Türkiyənin tələbi üzrə hərəkətə keçdi
Rusiya ABŞ sanksiyalarına qarşı əks-zərbə hazırlayır
Laboratoriya işçiləri, arxiv şəkli

Rus alimlərindən koronavirus peyvəndi istehsal edən "AstraZeneca"ya qəribə təklif

25
(Yenilənib 22:21 27.11.2020)
Bu həftənin əvvəlində "Sputnik-V" koronavirus peyvəndinin üçüncü mərhələ klinik sınaqlarının nəticələri açıqlanıb

BAKI, 27 noyabr — Sputnik. Dünyada koronavirus xəstələrinin sayı artdıqca bu azara yoluxmanın qarşısını almağa kömək edən peyvənd istehsalı sahəsində rəqabət də qızışır. Bu günlərdə Böyük Britaniyanın "AstraZeneca" ("Oxford") peyvəndinin təhlükəsizliyi ilə bağlı problem olduğu üzə çıxdı. Şirkətin rəhbərliyi peyvəndin dozası ilə bağlı yanlışlığa yol verildiyini etiraf edərək bu səhvin aradan qaldırılması üçün kliniki tədqiqatları davam etdirəcəklərini bildirdi.

Koronavirusа qarşı peyvənd, arxiv şəkli
© Handout / Russian Direct Investment Fund / AFP

Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən yaydığı məlumata görə, koronavirus üzərində 95 faiz təsirli olan "Sputnik-V" peyvəndinin sahibi Rusiya "AstraZeneca"ya vaksinləri qarışdırmağı təklif edib. "Sputnik-V" peyvəndinin yaradıcıları sosial media vasitəsilə "AstraZeneca" alimlərinə müraciət edərək "Yeni kliniki tədqiqatlar zamanı peyvəndinizin təsirini artırmaq istəyirsinizsə, onu rus vaksini ilə qarışdırın. Hər iki ölkədə adenoviral vektor peyvəndi hazırlanır, bu vaksinlərin qarışdırılması daha güclü nəticə əldə etməyə imkan verər", - deyə bildiriblər.

Qeyd edək ki, bu həftənin əvvəlində "Sputnik-V" koronavirus peyvəndinin üçüncü mərhələ klinik sınaqlarının nəticələri açıqlanıb. Həmin nəticələrə görə, nəzərdə tutulduğu kimi, peyvəndin ayrı-ayrılıqda iki dozasının tətbiq olunduğu 18 min 794 pasiyentdə 28-ci gün 91,4, 42-ci gün isə 95 faiz təsirli olduğu üzə çıxıb.

"AstraZeneca" ("Oxford") şirkəti isə istehsal etdiyi peyvəndin sadəcə 70 faiz təsirli olduğunu etiraf edib. Əslində isə klinik tədqiqatlarına yarısı İngiltərədən, yarısı isə Braziliyadan olmaqla 20 mindən çox könüllünün qatıldığı "Oxford" peyvəndinin ən yüksək dozada belə cəmi 62 faiz təsirli olduğu üzə çıxıb. Bundan başqa, "AstraZeneca" İngiltərədəki 3 minə yaxın könüllüyə səhvən yarım doza peyvəndin tətbiq olunduğunu etiraf edib.

Daha bir koronavirus peyvəndi olan BioNTech şirkətinin "Pfizer" peyvəndini isə mənfi 70 dərəcə temperaturda saxlamaq tələb olunduğundan bu vaksin bir o qədər də əlverişli hesab edilmir.

 

25
Teqlər:
alimlər, təklif, AstraZeneca, Sputnik-V peyvəndi, peyvənd, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Rusiya İstintaq Komitəsinin avtomobili, arxiv şəkli

Rusiyada köşklərdə Hitlerin şəkli olan poçt markaları satılıb

8
(Yenilənib 19:38 27.11.2020)
KİV-in yazdığına görə, Hitlerin şəkli olan markalar "Orelsoyuzpeçat" köşklərində 290 rubla satılıb. Markaların üzərində Hitlerin yeni çap olunmuş fotosu deyil, o dövrə aid orijinal portret olub.

BAKI, 27 noyabr — Sputnik. Rusiyanın Oryol şəhərində köşklərdə üzərində Adolf Hitlerin fotosu olan poçt markaları satılır.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, artıq Rusiya istintaq orqanları Oryol şəhərində köşklərdə Adolf Hitlerin şəkli olan poçt markalarının satılması faktı ilə bağlı araşdırma aparmağa başlayıb.

"Mətbuatda yer alan məlumatlara görə, Oryol şəhərindəki qəzet köşklərində nasist Almaniyası liderinin şəkli olan poçt markalarının satışına dair istintaq öncəsi yoxlama başladılıb. Hal-hazırda bu məhsulların satışı dayandırılıb", - deyə bildirilir.

Qeyd edilib ki, istintaq öncəsi yoxlamanın nəticələrinə əsasən prosessual qərar veriləcək.

KİV-in yazdığına görə, Hitlerin şəkli olan markalar "Orelsoyuzpeçat" köşklərində 290 rubla satılıb.

Markaların üzərində Hitlerin yeni çap olunmuş fotosu deyil, o dövrə aid orijinal portret olub.

 

8
Teqlər:
Rusiya, satış, poçt markası, Adolf Hitler

İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb - VİDEO

7
(Yenilənib 09:35 28.11.2020)
Azərbaycanın Kəlbəcər rayonu üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, noyabrın 25-də erməni işğalından azad edilib.

BAKI, 28 noyabr - Sputnik. İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Həmin möhtəşəm kadrları təqdim edirik.

7
Teqlər:
Azərbaycan bayrağı, Müdafiə Nazirliyi, Üçtərəfli bəyanat, Kəlbəcərin azad olunması