“Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyov

Ukrayna hakimiyyəti qarşısında sərt tələb qoyuldu

292
(Yenilənib 15:19 15.05.2018)
Dmitri Kiselyov: "Ukrayna "RİA Novosti"-nin əməkaşını dərhal azad etməlidir"

BAKI, 15 may — Sputnik. Ukrayna hakimiyyəti KİV-ə qarşı təqibləri dayandırmalıdır. Bunu "Rossiya seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyov deyib. Kiselyov, həmçinin "RİA Novosti"-nin Ukrayna bürosunun jurnalisti Kirill Vışinskinin dərhal azadlığa buraxılmasını tələb edib.

Ukrayna Təhülkəsizlik Xidmətinin əməkdaşları bu gün səhər saatlarında "RİA Novosti"-nin Kiyev ofisinə basqın edərək jurnalistlərin ətraf aləmlə əlaqə saxlamasına imkan verməyiblər. Daha sonra Kiyevdə jurnalist Kirill Vışinskinin saxlandığı məlum olub.

"Ukrayna hakimiyyəti "RİA Novosti"-nin Ukrayna bürosunun jurnalisti Kirill Vışinskini dərhal azadlığa buraxmalı və KİV-ə qarşı təqibləri dayandırmalıdır. Artıq neçənci dəfədir ki, Kiyev rejimi jurnalistləri təqib edərək onların təməl hüquq və azadlıqlarını pozur. Bura həmkarımız Oles Buzinin öldürülməsi, Vasili Muravitskinin təqib olunması da daxildir" — deyə Kiselyov "RİA Novosti"-yə bildirib.

"Biz beynəlxalq qurumlara, eləcə də jurnalist təşkilatlarına, ATƏT-ə müraciət edəcəyik ki, Ukraynanın jurnalistlərə qarşı təqiblərini dayandırmasına yardım göstərsinlər" — o əlavə edib.

Qeyd edək ki, bu gün səhər saatlarında agentliyin ofisinə üzərində UTX yazısı olan uniformalı adamlar daxil olub. Şahidlər onların qaldırıcı qurğunun köməyi ilə agentliyin ofisinin yerləşdiyi binaya necə daxil olduqlarını görüblər. Bunun ardından ofisdəki jurnalistlərlə əlaqə kəsilib. Bundan sonra Kirill Vışinskinin UTX tərəfindən saxlanıldığı məlum olub.

Son zamanlar Ukraynada təqib olunan rusiyalı jurnalistlərin sayı onlarladır. Rusiya XİN ATƏT və Avropa Şurası ölkələrini, eləcə də beynəlxalq təşkilatları Ukraynanın bu siyasətinə qiymət verməyə çağırıb.

Ukrayna hakimiyyəti birmənalı olaraq Rusiya KİV-lərinin bu ölkədə işləməsinə mane olur, müntəzəm surətdə onların ölkəyə girişinə qadağa qoyur. 2015-ci ilin martında Rusiyanın 115 KİV-i Kiyevdə dövlət orqanlarında akkreditasiyadan keçib.

Kiyevdə "Russia Today" mediaqrupuna daxil olan "RİA Novosti" agentliyinə qarşı xüsusilə sərt münasibət mövcuddur. Ötən il agentliyin "Eurovision" müsabiqəsinin finalına akkreditasiya olunmuş iki əməkdaşı tədbirə buraxılmayıb.

292
Teqlər:
Kirill Vışinski, Ukrayna Təhülkəsizlik Xidməti, təqib, "RİA Novosti", "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyi, baş direktor, Dmitri Kiselyov, ofis, basqın, KİV, hakimiyyət, Ukrayna, Kiyev, jurnalist
Əlaqədar
Jurnalistlər onu axtarır
Jurnalistlərin qara günü: 10 həmkarımız öldürüldü
Rusiyalı jurnalist öldürülüb
Azərbaycanda jurnalist saxlanılıb
Türkiyə-Yunanıstan sərhədində olay: İki jurnalist tutuldu
Tahir Salahovun həyat yoldaşı Varvara Aleksandrovna Salahova, arxiv şəkli

Xalq rəssamı Tahir Salahovun həyat yoldaşı vəfat edib

5
(Yenilənib 11:37 30.11.2020)
Tahir Salahov həyat yoldaşı haqqında qüsurları olmayan ideal bir insan olduğunu deyirdi. Fırça ustası "Varvara məktub ilə" portretini həyat yoldaşına həsr etmişdi

BAKI, 30 noyabr — Sputnik. İqor Moiseyev Dövlət Ansamblının keçmiş solisti, dünya şöhrətli sənətkar Tahir Salahovun həyat yoldaşı Varvara Aleksandrovna Salahova Bakıda vəfat edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Muzey Mərkəzinin direktoru, Rəssamlar İttifaqının üzvü, əməkdar mədəniyyət işçısı Liana Vəzirova özünün "facebook" səhifəsində deyib.

Tahir Salahov həyat yoldaşı haqqında qüsurları olmayan ideal bir insan olduğunu deyirdi. Fırça ustası "Varvara məktub ilə" portretini həyat yoldaşına həsr etmişdi.

Qeyd edək ki, bu gün ali dövlət ordenləri və beynəlxalq mükafatların sahibi, iki dəfə Azərbaycan Dövlət Mükafatı laureatı, SSRİ və Rusiya Dövlət Mükafatı laureatı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Azərbaycan, Rusiya, SSRİ Xalq rəssamı Tahir Salahov ad gününü qeyd edir, onun 91 yaşı tamam oldu.

5
Teqlər:
həyat yoldaşı, Vəfat, xalq rəssamı
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə

Paşinyan Putinə niyə “yox” demişdi: erməni nazirin versiyası

68
Bir qədər öncə Rusiya Prezidenti bildirmişdi ki, oktyabrda danışıqlar zamanı Əliyevi məcburi köçkünləri Şuşaya qaytarmaq şərtilə Dağlıq Qarabağda müharibəni dayandırmağa razı sala bilib, ancaq Paşinyan bunun əleyhinə çıxıb

BAKI, 29 noyabr - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə oktyabrda, Dağlıq Qarabağ üzrə bəyannamənin imzalanmasından əvvəlki  telefon danışığının detallarını açılayıb.

Sputnik Azərbaycan bildirir ki, Paşinyan Putinlə “baş tutmayan” sövdələşmənin özünə məxsus versiyasını Facebook-da yazıb.

O qeyd edib ki, oktyabrın 19-da Qarabağdakı separatçıların rəhbəri Araik Arutyunyan zəng edərək müharibənin dayandırılmasının vaciblyini vurğulayıb. Bundan sonra Paşinyan Putinə zəng edib. O isə öz növbəsində bunun Rusiyanın təklifləri əsasında gerçəkləşdiriməsini təklif edib.

“Yəni status məsələsini bir tərəfə qoymaq, rayonları Azərbaycana qaytarmaq, rusiyalı sülhməramlıları yerləşdirmək. Mən dedim ki, sülhməramlıları Dağlıq Qarabağın əvvəlki “sərhədləri” və Laçın dəhlizi boyunca yerləşdirmək lazımdır. O razı oldu, danışdıq ki, məsləhətləşmədən sonra mən bir də zəng edəcəm”, - Paşinyan yazıb.

Onun sözlərinə görə, sabahı gün Putin ona yenidən zəng edib və Azərbaycan Prezidenti İlham Əliyevin müharibəni dayandırmağa razı olduğunu, ancaq sülhməramlıların Dağlıq Qarabağın “sərhədləri” boyu yox, mövcud təmas xətti boyu yerləşdirilməsini tələb edib, çünki Bakı Hadrut və Talışdan geri çəkilməyəcəyini bəyan edib.

“Erməni tərəfi azərbaycanlıların Şuşaya qaytarılması məsuliyyətini də boynuna götürməliydi. Beləliklə, sülh alınmadı, çünki mən dedim ki, Hadrut məsələsində razılaşsam da, Şuşanın Azərbaycana təhvil verilməsini mümkün hesab eləmirəm”, - yazan erməni nazir qeyd edib ki, Putin bu qərara təəccüblənib.

“Mən öz fikirlərimi deyəndə Putin dedi ki, bu, məntiqlidir və bəzi detallardan xəbərsizdir”, - Paşinyan yazıb. Onun fikrincə, Yerevan Şuşanı təhvil versəymiş, Bakı yeni şərt – Qırmızı Bazar – Şuşa yolunu nəzarətə götürməyi – irəli sürəcəkmiş.

Bir qədər öncə Rusiya Prezidenti bildirmişdi ki, oktyabrda danışıqlar zamanı Əliyevi məcburi köçkünləri Şuşaya qaytarmaq şərtilə Dağlıq Qarabağda müharibəni dayandırmağa razı sala bilib, ancaq Paşinyan bunun əleyhinə çıxıb. Onun sözlərinə görə, Ermənistanın baş naziri bu şərtin onun ölkəsinə və Qarabağa təhlükə olduğunu deyib. Putin ermənilərin niyə bunda təhlükə gördüyünü anlamadığını deyib və beləliklə danışıqlar iflasa uğrayıb.

68
Teqlər:
telefon danışığı, Vladimir Putin, Nikol Paşinyan, Ermənistan, Rusiya, Azərbaycan, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Co Bayden, arxiv şəkli

Baydendən qadınlara "yaşıl işıq"

0
(Yenilənib 11:57 30.11.2020)
ABŞ tarixində ilk dəfə Ağ Evin mətbuat və ictimaiyytələ əlaqələr xidməti yalnız qadınlardan ibarət olacaq.

BAKI, 30 noyabr — Sputnik. ABŞ-ın növbəti prezidenti seçilən Co Bayden ölkə tarixində ilk dəfə Ağ Evin mətbuat xidmətinin tamamilə qadınlardan ibarət olacağını bildirib və heyət üzvlərinin adlarını açıqlayıb. Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadla yaydığı xəbərə görə, Bayden öz açıqlamasında mətbuat xidmətinin üzvlərini "müxtəlif, istedadlı və təcrübəli" şəklində xarakterizə edib.

O, "Amerika xalqı ilə birbaşa və düzgün formada əlaqə qurmaq prezidentin ən vacib vəzifələrindən biridir və bu komandaya Amerika xalqı ilə Ağ Ev arasında əlaqə yaratmaq kimi məsuliyyətli iş həvalə ediləcək", - deyə qeyd edib.

ABŞ-ın yeni prezidenti Co Bayden və vitse-prezidenti Kamala Harris Cen Psakinin Ağ Evin mətbuat katibi təyin olunduğunu bildiriblər. O hazırda mətbuat və ictimaiyyətlə əlaqələr komandasını toplamaqla məşğuldur. Qeyd edək ki, Psaki Obama administrasiyası dövründə də Ağ Evdə ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri və bu sahədə başqa məsul vəzifələrdə işləyib.

Baydenin seçki kampaniyasının rəhbərinə müavinlik edən Keyt Bedinfild isə indi Ağ Evin ictimiyyətlə əlaqələr departamentinin direktoru olacaq. Komandanın qalan bütün üzvləri də qadınlardan ibarətdir.

0
Teqlər:
ABŞ prezidenti, Ağ Ev, Co Bayden