Vladimir Putin

Putin Qırmızı Meydandan dünyaya səsləndi: "Sizləri məhv olmaqdan xilas etdik"

854
(Yenilənib 12:51 09.05.2018)
Kreml başçısı: "Hazırda bu igidliyi tarixdən silmək istəyirlər, lakin Rusiya bunun edilməsinə imkan verməyəcək"

BAKI, 9 may — Sputnik. "Rusiya dünyada dözümsüzlük və istisnalıq iddiaların köhnə xüsusiyyətlərindən irəli gələn yeni təhdidlərin ciddiliyini anlayır və təhlükəsizlik məsələlərində dialoqa hazırdır".

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin 9 May Qələbə günü — faşizmin üzərində qələbənin 73 illiyi münasibəti ilə keçirilən hərbi paradda səsləndirib. O qeyd edib ki, bütün ölkələr, bütün bəşəriyyət anlamalıdır ki, sülh olduqca həssasdır və onu bizim ümumi fəaliyyətimiz, bir-birimizi dinləmək, etibar etmək və bir-birimizə hörmət etmək kimi davranışlarımız təmin edir.

"Rusiya qlobal təhlükəsizliyin təmin olunmasına dair bütün məsələlərdə dialoqa hazırdır. Biz planetimizdə anlaşma, sabitlik və inkişaf üçün bərabərhüquqlu əməkdaşlığa hazırıq", — deyə Putin vurğulayıb.

Rusiya prezidenti əlavə edib ki, məhz SSRİ İkinci Dünya Müharibəsinin nəticəsini müəyyənləşdirdi: "Hazırda bu igidliyi tarixdən silmək istəyirlər, lakin Rusiya bunun edilməsinə imkan verməyəcək. Bu gün Avropanı və dünyanı quldarlıqdan, məhv olmaqdan, Holokostun dəhşətlərindən xilas edən xalqın igidliyini silmək istəyirlər, müharibədə baş verən hadisələri təhrif etməyə, tarixi silməyə, yenidən yazmağa çalışırlar. Biz heç vaxt buna imkan verməyəcəyik".

854
Teqlər:
dünya, İkinci Dünya Müharibəsi, Vladimir Putin, Rusiya, qələbə, prezident
Əlaqədar
Vladimir Putin İlham Əliyevi və azərbaycanlıları təbrik etdi
Rusiya vətəndaşlarının Putinə münasibəti bəlli oldu
Rusiyada hökumət istefa verdi, Putin yenə Medvedyevə...
Putin and içdi və hədəflərini açıqladı
Koronavirus modeli, arxiv şəkli

Həkim koronavirusun insanın beynini necə sıradan çıxarmasından danışıb

12
(Yenilənib 23:44 12.08.2020)
Leyla Namazova-Baranova: "COVID-19-u hətta yüngül formada keçirmiş hər bir xəstənin beyni, beyninin strukturları dəyişikliklərə məruz qalır"

BAKI, 13 avqust — Sputnik. SARS-CoV-2 koronavirusu yalnız tənəffüs yollarını deyil, həm də beyini və mərkəzi sinir sistemini sıradan çıxarır. Bunu "Millətin sağlamlığı - Rusiyanın çiçəklənməsinin əsasıdır" forumunda RF Pediatrlar İttifaqının prezidenti Leyla Namazova-Baranova bildirib.

"COVID-19-u hətta yüngül formada keçirmiş hər bir xəstənin beyni, beyninin strukturları dəyişikliklərə məruz qalır", - deyə həkim bildirib.

Onun sözlərinə görə, bu, iy və dad itkisi kimi simptomlar tərəfindən də təsdiqlənir. "Onlar birbaşa mərkəzi sinir sisteminin məğlubiyyətini göstərir", - həkim deyib.

Namazova-Baranova xatırladıb ki, ötən aylar ərzində həkimlər və alimlər virusun yaratdığı çoxsaylı insult hallarını, eləcə də digər nevroloji təzahürləri təsvir ediblər.

"Millətin sağlamlığı - Rusiyanın çiçəklənməsinin əsasıdır" forumu bu il avqustun 11-dən 13-dək Moskvada keçirilir.

Koronavirusun mərkəzi sinir sisteminə təsiri

Alimlər artıq koronavirusun sinir sistemi üçün təhlükəsi barədə xəbərdarlıq ediblər. Belə ki, Şimal-Qərb Universitetinin (ABŞ) nevrologiya professoru, doktor İqor Koralnikin başçılıq etdiyi tədqiqatçılar Northwestern Medicine tibb mərkəzindəki bütün COVID-19 pasiyentlərinin retrospektiv analizini həyata keçiriblər. Məlum olub ki, nümunə üçün seçilmiş tədqiqat iştirakçılarının təxminən yarısı nevroloji simptomlara malikdir. Onlar baş ağrısı, başgicəllənmə, sayıqlığın azalması, diqqətin konsentrasiyası ilə bağlı çətinliklər, qıcolmalar, əzələ ağrıları, həmçinin iy və dad pozulmalarından əziyyət çəkirlər.

Həkimin sözlərinə görə, COVID-19-un nevroloji disfunksiya yaratmasının bir çox müxtəlif səbəblər var. Bu xəstəlik bir neçə orqana (ağciyər, böyrək, ürək) təsir edə bilər. Eyni zamanda beyin də işemik və ya hemorragik iflicə səbəb ola biləcək oksigenləşmənin çatışmaması, qan dövranının pozulması və qan laxtalanmasından əziyyət çəkə bilər.

12
Teqlər:
beyin, COVID-19, Koronavirus
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
ÜST Rusiyada qeydiyyatdan keçən peyvəndlə bağlı münasibət açıqladı
"Rusiyanın koronavirus peyvəndi: dahiyanə hər şey kimi sadədir"
Sübut olunmasa, da çəkindirirlər: COVID-ə yoluxan hamilələr üçün qızıl qiymətində cavablar
Koronavirusa qarşı peyvənddən xəstələnmək olarmı?
Koronavirusun daha bir qeyri-adi simptomu üzə çıxıb
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

"Rusiya bunu çox istəyir" - Tramp

17
(Yenilənib 23:29 12.08.2020)
Avqustun 16-18-də Vyanada Xarici İşlər nazirlərinin müavinləri səviyyəsində strateji sabitlik üzrə Rusiya və ABŞ arasında hökumətlərarası məsləhətləşmələr keçiriləcək

BAKI, 12 avqust — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp Rusiyanın ABŞ-la "nüvə silahları üzrə pakt" imzalamağı "çox istədiyinə" əmin olduğunu bildirib.

"Biz hazırda Rusiya ilə nüvə silahları üzrə paktın üzərində işləyirik və onlar bunu istəyirlər, çox istəyirlər. Mən hesab etmirəm ki, onlar gözləyəcəklər. Hazırda bu dünyanın ən böyük problemidir və biz Rusiya ilə hazırda işləyirik", - deyə Tramp ABŞ jurnalisti Hyu Hyuittə müsahibəsində bildirib.

Qeyd edək ki, daha əvvəl Tramp bəyan etmişdi ki, ABŞ Rusiya ilə nüvə sazişi imzalamağa şad olardı.

Qeyd edək ki, 16-18 avqust tarixlərində Vyanada Xarici İşlər nazirlərinin müavinləri səviyyəsində strateji sabitlik üzrə Rusiya və ABŞ arasında hökumətlərarası məsləhətləşmələr keçiriləcək.

17
Əlaqədar
Dünya müharibəsinin gedişini birdəfəlik dəyişəcək addım - Rusiya bunu da etdi
Rusiya hansı halda nüvə zərbəsi endirə bilər? Baş Qərargah açıqlayıb
Trampdan bahalı əməliyyat: bunun üçün pul tökmək günah deyil
Tramp NATO-nu ticarətlə qarışdırıb: Niyə Rusiyanı "Böyük yeddilik"də görmək istəmirlər
Təcavüzkarı cəzalandırmaq üçün Rusiyanın zəmanəti: "Skif" raketi
Argentinada epidemioloji vəziyyət

Virus gücünü itirmir, rəqəmlərsə atır

0
(Yenilənib 11:39 13.08.2020)
Yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 5 milyon 197 min 148 nəfərə çatıb.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 13 avqust — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 20 621 949 milyonu keçib. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 749 372 nəfər vəfat edib, 12 828 195 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 5 milyon 197 min 148 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 900 745 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0