Пленарное заседание Госдумы РФ

Daha bir deputat maaş azlığından şikayətləndi

109
Rusiya Dövlət Dumasının deputatı da maaş azlığından şikayətlənib.

BAKI, 4 may — Sputnik. Rusiya Dövlət Dumasının deputatı maaş azlığından şikayətlənib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Dumanın deputatı Vladimir Jirinovski deputatların əmək haqqının artırılması ilə bağlı fikirlərini bildirib.

"Dövlət Dumasının deputatlarına əmək haqqı hökumət tərəfindən ödənilir və parlamentarilər ayda 30 min rubla (802 manat) işləməyə məcbur edilə bilməzlər. Əgər deputatların gəlirlərini bir neçə dəfə azaltsalar, Dumada təhsil səviyyəsi aşağı olanlar oturacaq" — deyə Jirinovski bildirib. 

O qeyd edib ki, əgər nazirlər 300 min rubl (8020 manat) alırsa, deputatlara da bu qədər ödənilməlidir. Bu əmək haqqını almaq istəməyən deputatlar almaya və xeyirxah işlərə sərf edə bilərlər: "Biz deputat olaraq höküməti bizə 30 min rubl verməyə məcbur edə bilmirik".

Jirinovski onu da qeyd edib ki, əgər əmək haqqı fondu deputatının əmək haqqını 110 milyon insan arasında bölsə, onlara ayda 2 rubl əlavə pul düşəcək.

"Bütün dünyada deputatlar Rusiya deputatlarından çox əmək haqqı alır. Buna görə də mən razılaşıram ki, deputatların əmək haqqı yüksəkdir. Amma əmək haqqı azaldılsa, burada bənnalar və sürücülər olacaq. Hansı ki, onlar da 30 min rubldan çox qazanır. Ancaq təhsil səviyyəsi aşağı olan insanların gəlirləri çox aşağıdır"- deyən RLDP lideri vətəndaşların gəlirlərinin artırılması məsələsinin də tərəfdarı olduğunu bildirib.

Xatırladaq ki, bu gün Azərbaycan Milli Məclisinin deputatı Qüdrət Həsənquliyev də deputatların maaşlarının artırılması təklifini irəli sürüb.

109
Teqlər:
Qüdrət Həsənquliyev, maaş, Milli Məclis, deputat, Rusiya Dövlət Duması, Vladimir Jirinovski, Rusiya
Əlaqədar
Qüdrət Həsənquliyev özünə 8 min, Oqtay Əsədova 10 min manat maaş tələb edir
Maaş artımları ilə bağlı mühüm qərar gözlənilir