Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putindən Qərbi narahat edəcək qərar

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidПрезидент РФ В. Путин принял участие в саммите АТЭС
Президент РФ В. Путин принял участие в саммите АТЭС - Sputnik Azərbaycan
Abunə olmaq
Putin müvafiq qurumlara, o cümlədən Müdafiə Nazirliyinə də təlimat verib

BAKI, 28 aprel — Sputnik. Rusiya lideri Vladimir Putin istifadədə olan dünya atlaslarının "tarixi və coğrafi reallığı əks etdirmədiyini" fikrini irəli sürərək yeni atlasların hazırlanması təlimatını verib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu çərçivədə Antarktidadakı ərazi adları da rus dilində orjinalları ilə dəyişdiriləcək. Qərbli müşahidçilər, bu addımın Rusiyanın Şimal Qütbündən sonra Cənub Qütbündə də daha aqressiv bir siyasət aparacağnı iddia edir.

Məlumata görə, Putin müvafiq qurumlara, o cümlədən Müdafiə Nazirliyinə də təlimat verib.

"Keçmiş illərdə və əsrlərdə kəşfiyyatçılarımızın və səyahətçilərimizin bəzi yerlərə verdiyi rus dilində adların bu gün dünya xəritəsindən silindiyini görürük. Rusiyanın dünya kəşfinə və elmin inkişafına verdiyi tövhələr də yaddaşlardan silinir. 2020-də Antarktidanın kəşf edilməsinin ildönümünü keçirəcəyik və bura rus dənizçilərinin bir kəşfidir.

Fəqət Antarktidanı kəşf edən Mixail Lazarev və Feliks Bellinqshauzenin orada qoyduqları ilk yer adları bu gün xəritədə yoxdur. İstifadədə olan xəritərlərdə əcnəbi yer adları var. Bu vəziyyət düzəldilməlidir" — deyə Putin bildirib.

Qərbli müşahidəçilər Rusiya liderinin bu çıxışını Qərblə mübarizəyə hazırlıq işarəsi kimi dəyərləndirir.

Xəbər lenti
0