Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ-ın bütün təhdidlərinə rəğmən, Rusiya Türkiyənin tələbi üzrə hərəkətə keçdi

© Sputnik / Grigoriy SisoevS-400 Triumf
S-400 Triumf - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya tərəfi Türkiyə ilə imzalanmış müqaviləyə uyğun olaraq "S-400"lərin istehsalına başlayıb

BAKI, 26 aprel — Sputnik. Rusiya ilə Türkiyə arasında "S-400" zenit-raket kompleksinin alqı-satqısına dair imzalanan müqaviləni həyata keçirmək üçün Rusiya tərəfi prosedurlara başlayıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir k, Rusiya Müdafiə Nazirliyindən Ankaranın sifariş verdiyi batareyaların "Almaz-Antey" firmasında istehsalına başlandığını və sifarişin müəyyən olunan müddətdən də əvvəl təhvil veriləcəyini bildiriblər.

Politoloq Tofiq Abbasov - Sputnik Azərbaycan
Abbasov: “Türkiyənin S-400 raket kompleksləri alması NATO-da qıcıq doğurur”

Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal İdarəsinin rəhbəri Dmitri Şuqayev "S-400" sistemləri üçün Rusiya ilə Türkiyə arasında müvafiq kredit sazişinin imzalanmasından sonra Ankaranın tələbinə əsasən istehsal prosesinin sürətləndirildiyini vurğulayıb. O bildirib ki, Türkiyə üçün istehsal edilməkdə olan batareyaların təhvil-təslim prosesi 2020-ci ildən əvvəl həyata keçiriləcək.

"Rosoboroneksport" SC-nin baş direktoru Aleksandr Mixeyev də bildirib ki, Türkiyənin tələb etdiyi "S-400" havadan müdafiə sisteminin batareyalarının istehsalına başlanılıb və beləliklə, müqavilənin icra olunması prosesinə rəsmən start verilib.

Xatırladaq ki, ABŞ hər vəchlə Türkiyənin Rusiyadan "S-400" almamasına çalışır. Pentaqon bildirir ki, NATO üzvü olan bir ölkənin ordusunda NATO sisteminə yad olan hər hansı hərbi texnikanın olması doğru deyil.

Xəbər lenti
0