Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qarda batdı, "öz saçından" dartaraq oradan çıxdı - Münhauzenin qoçaqlığı təkrar olundu

© Photo : Facebook / NighttimepodEkskavatorun hesabına gedən yük maşını
Ekskavatorun hesabına gedən yük maşını - Sputnik Azərbaycan
Abunə olmaq
Yük avtomobili ekskavatorun sayəsində on metrlərlə yol qət edə bilib

BAKI, 21 aprel — Sputnik. Ötən həftə Kanadada güclü qar fırtınasına düşən ekskavatorun sürücüsü Baron Münhauzenin "öz saçlarından çəkərək bataqlıqdan xilas olma" fəndini təkrarlamalı olub. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Münhauzendən fərqli olaraq bu hadisəni bir neçə Monreal sakinini görüblər. Hadisə şahidlərinin biri baş verənləri görüntüyə də ala bilib.

Sosila şəbəkələrdə yayılan videoda görünür ki, iri həcmli yük avtomobili qarda batıb. Qardan çıxa bilməyəın yük avtomobilinə onun üzərində olan ekskavatorun sürücüsü kömək edib. Belə ki, o, hərəkətsiz olan ekskavatorun "parçı" ilə (ağızlığı-çömçəsi) yük avtomobilini qardan çıxarıb və onun sürüşməməsinə yardım edib. Yük avtomobili ekskavatorun sayəsində on metrlərlə yol qət edə bilib.

Xəbər lenti
0