Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ölkəmizdə geniş yayılmış məşhur restoranlar şəbəkəsi cərimə edildi

© Sputnik / Igor Zarembo / Mediabanka keçidRusiyada məhkəmə iclası zalı, arxiv şəkli
Rusiyada məhkəmə iclası zalı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qayda pozuntuları "Çizburqer De Lyuks" və "Qril Qurme" məhsullarında da qeydə alınıb

BAKI, 18 aprel — Sputnik. Moskva Arbitraj Məhkəməsi Rospotrebnadzor-un (RPN) McDonalds-a qarşı karbohidratla zəngin burgerlərin satışı üçün tətbiq etdiyi 450 min rubl pul cəzasının qanuniliyini təsdiqləyib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, keçən ilin dekabr ayında Moskvanın Mikluxo-Maklay küçəsindəki McDonalds-da yoxlama aparılıb. Müəyyən edilib ki, müəssisə hazır məhsulun xüsusiyyətləri barədə müştəriləri aldadıb.

Belə ki, "Biq Mak" burgerində yazıldığı kimi karbohidrat 42 qram\100 qram deyil, 60qram\100 qram, enerji dəyəri isə texniki kartda qeyd edildiyi kimi 503 kkal əvəzinə 570 kkal olub. 

Паркомат в Баку, фото из архива - Sputnik Azərbaycan
Sürücülər artıq buna görə də cərimə olunacaq

Belə qayda pozuntuları "Çizburqer De Lyuks" və "Qril Qurme" məhsullarında da qeydə alınıb.

Bundan sonra "MCDonalds" üçün 450 min rubl məbləğində cərimə kəsilmişdi. Müəssisə məhkəməyə müraciət edib, cərimənin ləğv edilməsini istəsə də, aprelin 10-da Arbitraj müraciəti rədd etmişdi.

Moskva Arbitraj Məhkəməsi, McDonalds-ın, Orexovo Bulvarında, Miklukho-Maklay küçəsində və Mir prospektindəki restoranlarında, McAvto və McExpress mağazalarında satılan məhsullarının markalanmaması səbəbilə tətbiq olunan 450 min rubl cəriməni də qüvvədə saxlayıb.

RPN-nin məlumatına görə, məhsulların üzərində istehsal tarixi, saxlama müddəti və saxlama şərtlərini əhatə edən məlumatları olan bir etiket olmalıdır.

Xəbər lenti
0