BM Güvenlik Konseyi (BMGK)

Rusiya BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı

206
(Yenilənib 23:36 12.04.2018)
Rusiya Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

BAKI, 12 aprel — Sputnik. Rusiya Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

Sputnik Türkiyə xəbər verir ki, Kreml Suriya məsələsini müzakirə etmək üçün BMT TŞ-nin üzvlərini sabah bir araya gəlməyə dəvət edib.

Qeyd edək ki, Suriya ətrafında vəziyyət getdikcə daha da gərginləşməkdədir. ABŞ Suriyada kimyəvi silahın tətbiq olunduğunu bəyan edib.

Böyük Britaniyanın Nazirlər Kabineti isə krallığın Suriyaya mümkün zərbə endirilməsi aksiyasında iştirakına icazə verib.

Britaniyanın baş naziri Tereza Meyin sözlərinə görə, ABŞ və Fransa prezidentləri ilə o qənaətə gəliblər ki, beynəlxalq ictimaiyyət kimyəvi silahın tətbiqinə qadağanın dəstəklənməsi naminə Suriyaya ehtimal olunan hücuma reaksiya verməlidir.

206
Teqlər:
kimyəvi silah, Tereza Mey, BMT Təhlükəsizlik Şurası, Suriya, BMT, Fransa, Moskva, Böyük Britaniya, ABŞ, Rusiya
Əlaqədar
Suriya hava məkanında mülki təyyarələrin uçuşu dayanıb
İttifaq parçalanır: Suriya ilə bağlı qərar qəbul edilməyib
ABŞ Suriya ilə bağlı qərarını verdi