Московский Кремль

Kremldən rublun çökməsi ilə bağlı rəsmi açıqlama

617
(Yenilənib 18:22 10.04.2018)
Putin ölkənin maliyyə bazarında baş verən neqativ tendensiyanı diqqətlə izləyir

BAKI, 10 aprel — Sputnik. Kreml ölkənin iqtisadi vəziyyətini diqqətlə izləyir.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidentinini mətbuat katibi Dmitr Peskov Rusiyanın maliyyə bazarlarının çökməsinin səbəbinə aydınlıq gətirərkən deyib.

O, qeyd edib ki, ölkənin iqtisadi gündəmi ölkə prezidentinin iş qrafikində sabit yerini qoruyur. Peskovun sözlərinə görə, ölkə başçısı iqtisadi məsələlərlə bağlı hökumətlə daimi on-line rejimdə əlaqə saxlayır və belə ağır günlərdə adi iş rejimini davam etdirir. O, prezidentin bu vəziyyəti sabitləşdirmək üçün dayanmadan çalışdığını qeyd edib. 

Kremlin mətbuat katibi birjalardakı neqativ tendensiyanı Amerikanın tətbiq etdiyi sanksiyaların emosional nəticələri kimi qiymətləndirib.

"Siz nə baş verdiyini bilirsiz. Nəticədə müəyyən düzəlişlər ediləcək. Hansı düzəlişlər, bunu hələlik kimsə deyə bilməz" — deyə Peskov əlavə edib.

O qeyd edib ki, hakimiyyət Rusiya şirkətlərinin aksiyalarının düşməsi ilə bağlı vəziyyəti diqqətdə saxlayır.

Qeyd edək ki, Rusiyanın milli valyutası ABŞ-ın antirusiya sanksiyaları fonunda ciddi şəkildə çökməkdədir.

Ötən günlə müqayisədə dolların kursu 2,27 rubl yüksələrək 60,23 rubldan 62,93 rubla çatıb. 1 avronun kursu isə 2,6 rubl yüksələrək 74,12 rubldan 77,3 rubla çatıb.

Rusiyada artıq xarici valyutanın kursu milli valyuta ilə müqayisdə yüksələrək 2016-cı ildəki maksimuma çatmaqdadır. Ötən il Rusiyada 1 dollar maksimum 63,55 rubl, 1 avro isə 78,43 rubl olub. 

Xatırladaq ki, aprelin 6-da Vaşinqtonda 7 rusiyalı sahibkar, onların nəzarətində olan 14 şirkət və 17 məmura qarşı sanksiyalar qəbul edilib. Həmin siyahıya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, "Roskomnadzor"un rəhbəri Aleksandr Jarov, "Rosqvardiya"nın direktoru Viktor Zolotov, Rusyanın daxili işlər naziri Vladimir Kolokolsev də daxildir.

Onlarla yanaşı sanksiyalar siyahısına Oleq Deripaska və onun nəzarətində olan En+ Group, "Qaz" qrupu, "Bazovıy element" və "RusAl", Viktor Vekselberq və onun "Renova" qrupu, Süleyman Kərimov, Kirill Şamalov, "Qazprom"un rəhbəri Aleksey Miller, VTB bankın rəhbəri Andrey Kostinin də adı daxil edilib.

Birləşmiş Ştatlar bu yeni tədbirlərini "Moskva üçün siqnal" adlandırıb. Ağ Evdən verilən açıqlamaya görə, növbəti sanksiyalar hansısa konkret hadisələrlə bağlı deyil. Bunun səbəbi "Rusiyanın dünya səviyyəsində davranışlarının davam edən və getdikcə artan həyasız tendensiyalarıdır".

617
Əlaqədar
Rusiya rublu ağır günlərini yaşayır: Dollar...
Mərkəzi Bankdan dollar, avro və rubl barədə fərqli qərar
Avro və rubl yenidən bahalaşdı
Moskvada gənc müəllimlər 150 min rubl alacaqlar
Ölkə bankları vətəndaşlara rubl verməkdən imtina edir