Пассажирский автобус

Daha bir sürücü xətası: Avtobus yaşlı qadını yerlə sürüdü - VİDEO

47
(Yenilənib 02:27 10.04.2018)
Ehtiyatsız sürücü sərnişinin ciddi xəsarət almasına səbəb olub

BAKI, 10 aprel — Sputnik. Rusiyanın Anqarsk şəhərində avtobus ayağı qapının arasında qalmış təqaüdçünü yerlə sürüyüb. Qadın xəstəxanaya düşüb, hadisə ilə istintaq orqanları məşğul olur.

Sputnik Azərbaycan-ın məlumatına görə, insident şəhərin Çaykovski küçəsində baş verib. Qadın tələsmədən avtobusdan düşəndə ayağının biri asfalta dəyən kimi avtobusun qapıları bağlanır. Bunun ardınca isə avtobus hərəkət etməyə başlayır. Ayağı qapı arasında qalan qadın yıxılır, avtobus isə onu asfaltla bir qədər sürüyəndən sonra dayanır. 

Qadın çoxsaylı zədələrlə xəstəxanaya çatdırılıb. Sürücü isə prokurorluqda ifadə verir.

47
Əlaqədar
Dəhşətli qəza: Avtobusun aşması nəticəsində 14 nəfər məhv oldu
Füzulidə dəhşətli qəza: İki gənc öldü, ikisi isə ağır yaralıdır
Lənkəranda dəhşətli qəza: Bir maşında 5 nəfər öldü
Ankarada metroda qəza: İki vaqon toqquşdu
Bakıda vəzifəli şəxsin oğlu ağır qəza törətdi – VİDEO
Atom elektrik stansiyasında qəza baş verib: İkinci Çernobıl olacaqmı?