Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ölkənin ən xoşbəxt bölgələri bilindi

© Sputnik / Murad OrujovMoskvanın Nikolskaya küçəsi
Moskvanın Nikolskaya küçəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Mart ayında Moskvada xoşbəxtlik reytinqi yuxarı qalxıb, Sankt-Peterburqda isə aşağı düşüb.

BAKI, 6 aprel — Sputnik. "Medialogiya" Araşdırma Şirkəti mart ayının "xoşbəxtlik reytinqi"ni hazırlayıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, analitiklər KİV və sosial şəbəkələrdə 2 milyondan çox məqalə üzərində araşdırma aparıblar. Onlar Rusiyanın 85 regionunda "xoşbəxtlik" və "xoşbəxt həyat" mövzularından nə qədər bəhs edildiyini müəyyənləşdiriblər. 

Araşdırmalar regionlar üzrə Facebook, Twitter, Vkontakte, OK, Instagram, LiveJournal, forum və bloglarda aparılıb.

Araşdırmanın nəticəsinə görə, ən xoşbəxt şəhər 25,13 faizlə Moskva hesab edilib. Fevral ayına nisbətən xoşbəxtliyin səviyyəsi 21,07 faizdən, 25,13 faizə qədər artıb.

İkinci sırada 12,52 faizlə Sankt-Peterburq yer alıb. Bu şəhərin xoşbəxtlik göstərici fevral ayında 12,91 faiz olub. Mart ayında isə bu şəhərin sakinlərinin xoşbəxtlik reytinqi aşağı düşüb.

Sırada üçüncü yerdə 3,82 faizlə Krım yer alıb. Krım sakinlərinin xoşbəxtlik reytinqi fevral ayı (3,06%) ilə müqayisədə bir qədər artıb.

Siyahıda dördüncü yeri Krasnodar vilayəti, 5-ci yeri isə Novosibirsk tutub.

Xəbər lenti
0