Persey ticarət mərkəzi

Bu dəfə Moskva şokda - VİDEO

467
(Yenilənib 17:25 04.04.2018)
Rusiyada ikinci böyük yanğın başlayıb, əhali təxliyə edilir

BAKI, 4 aprel — Sputnik. Moskvanın şərqində yerləşən uşaqlar üçün "Persey" ticarət kompleksində yanğın başlayıb. Xilasedicilər mərkəzin ziyarətçilərini evakuasiya edirlər. Zərərçəkənlər var.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti-yə Rusiya paytaxtının fövqəladə hallar xidmətindəki mənbə məlumat verib. "Yanğın mürəkkəbliyinə görə 2-ci dərəcəli (güclənən) qiymətləndirilir. Zərərçəkənlər var, ziyarətçilər xilasedici nərdivan vasitəsilə təxliyə edilir", — deyə fövqəladə hallar xidmətinin əməkdaşı bildirib.

Bu insident Kemerovoda baş verən məşum yanğından sonra aparılan kütləvi yoxlamalar əsnasında baş verib.

Xatırladaq ki, bu il martın 25-də Kemerovodakı dördmərtəbəli ticarət mərkəzində yanğın baş verib. Yanğında 41-i uşaq olmaqla 64 nəfər faciəvi surətdə həlak olub, 13 nəfər dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Rusiyada hadisə ilə bağlı matəm elan edilib. Araşdırma zamanı hadisənin baş verməsində təqsirli bilinən 7 nəfər həbs olunub. Kemerovo vilayətinin qubernatoru Aman Tuleyev istefaya gedib.

467
Teqlər:
fövqəladə hallar xidməti, "Persey" ticarət mərkəzi, Moskva, yanğın
Əlaqədar
Bakıya ən yaxın şəhərdə yanğın
Yanan ticarət mərkəzinin rəhbəri həbsinə etiraz edir
Yenə Kemerovo, yenə yanğın...
Yanğında ailəsini itirmiş şəxs: "Qapını içəridəki kişilər bağlayıb ki..."
Dəhşətli yanğında ölənlərlə bağlı ortaya yeni iddia atıldı