Sankt-Peterburq

Türklər sayəsində Rusiyada böyük terror aktının qarşısı alınıb

67
(Yenilənib 17:08 04.04.2018)
Rusiya kəşfiyyatı: Türkiyənin sayəsində terror aktının qarşısını aldıq

BAKI, 4 aprel — Sputnik. Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov Türkiyə və ABŞ-ın verdiyi məlumatlar sayəsində ölkədə yeni il bayramında iki terror aktının qarşısını aldıqlarını bildirib.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, Bortnikov Sankt-Peterburqda yeni il şənliklərində bir terror hücumu üçün hazırlıq görüldüyünə dair ABŞ-ın rus kəşfiyyatını məlumatlandırdığını bildirib.

O, Türkiyənin də Rusiyada yeni il şənliklərində planlaşdırılan başqa bir terror hücumu ilə bağlı rus kəşfiyyatını xəbərdar etdiyini qeyd edib: "Türkiyədən aldığımız məlumat sayəsində terror hücumunun qarşısını almağa müvəffəq olduq".

67
Teqlər:
Aleksandr Bortnikov, FSB, direktor, Rusiya Federal Təhlükəsizlik Xidməti, Türkiyə, kəşfiyyat, ABŞ, terror
Əlaqədar
Türkiyənin NATO-dakı və NATO-nun İncirlikdəki taleyinə aydınlıq gətirildi
Rusiya və Türkiyədən mühüm qarşılıqlı jestlər
NATO ölkəsi Türkiyəyə qarşı xüsusi təyinatlıları göndərdi: Müharibə anonsu