Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya ilə Türkiyə arasında tarixi hadisə

© Sputnik / Aleksey DruzhininPutin və Ərdoğan
Putin və Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Layihənin ümumi dəyəri 20 milyard dollardır

BAKI, 3 aprel — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə birlikdə iki ölkə münasibətlərini möhkəmləndirəcək daha bir addım atacaqlarını bəyan edib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyə prezidenti öz "Twitter" səhifəsində yazıb.

"Rusiya dövlət başçısı, dəyərli dostum Vladimir Putinlə birlikdə Türkiyənin və Türkiyə-Rusiya münasibətlərinin gələcəyi üçün önəmli bir addım olan Akkuyu Atom Elektrik Stansiyasının təməlini atacağıq" — Ərdoğan qeyd edib.

Onun bildirdiyinə görə, layihənin ümumi dəyəri 20 milyard dollardır.

Xəbər lenti
0