Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ticarət mərkəzində ölənlərdən bəziləri bu gün dəfn ediləcək

© Sputnik / Alexandr Kryazhev / Mediabanka keçidСотрудники пожарной охраны МЧС во время тушения пожара в торговом центре «Зимняя вишня» в Кемерово
Сотрудники пожарной охраны МЧС во время тушения пожара в торговом центре «Зимняя вишня» в Кемерово - Sputnik Azərbaycan
Abunə olmaq
"Qış albalısı" ticarət mərkəzində baş vermiş yanğın zamanı ölənlərdən 27–sinin kimliyi müəyyənləşib

BAKI, 28 mart — Sputnik. Rusiyanın Kemerovo şəhərində "Qış albalısı" ticarət mərkəzində baş vermiş yanğın zamanı ölənlərdən 27–sinin kimliyi müəyyənləşib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Kemerovo vilayətinin Fövqəladə Hallar İdarəsinin rəisi Aleksandr Mamontov məlumat verib.

O bildirib ki, vəfat edənlərdən 14 nəfəri bu gün dəfn ediləcək: "Ölənlərdən 4 nəfərinin cəsədinin üzərində əlavə araşdırma aparılır. Sonrakı mərhələdə genetik analizlər aparılacaq".

Xatırladaq ki, dördmərtəbəli "Qış albalısı" ticarət mərtəbəsində bazar günü yanğın hadisəsi baş verib. Yanğın zamanı 41-i uşaq olmaqla 64 nəfər dünyasını dəyişib. Yanğın zamanı 76 nəfər xəsarət alıb, onlardan 27-si uşaqdır.

Xəbər lenti
0