Здание МИД РФ в Москве, фото из архива

Rusiya Böyük Britaniyaya qarşı cavab addımları atır

74
(Yenilənib 02:17 15.03.2018)
"Təbii ki, bizim cavab tədbirlərimizi çox gözləmək lazım gəlməyəcək"

BAKI, 15 mart — Sputnik. Moskva Londonun Rusiya diplomatlarını ölkədə çıxarmaq barədə qərarına cavab verməyə söz verib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadlə xəbər verir ki, müvafiq bəyanatla Rusiya XİN çıxış edib.

"Təbii ki, bizim cavab tədbirlərimizi çox gözləmək lazım gəlməyəcək" — XİN-in bəyanatında deyilir.

Xatırladaq ki, bu il martın 4-də 2010-cu ildə Birləşmiş Krallıqdan sığınacaq almış Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliya Solsberidə huşsuz vəziyyətdə tapılıblar. Hazırda onların hər ikisi xəstəxanada kritik vəziyyətdədirlər. Britaniya tərəfinin məlumatına görə, onlar əsəb-iflic qazı vasitəsilə zəhərləniblər. Britaniyanın baş naziri Tereza Mey dünən parlamentdə çıxışı zamanı Sergey Skripal və onun qızı Yuliyaya qarşı əsəb-iflic qazı vasitəsilə həyata keçirilən hücumla bağlı Rusiyaya qarşı cavab addımlarını açıqlayıb.

Mey Rusiyanın Britaniyadakı 23 diplomatını ölkədən çıxarmaq barədə qərar qəbul etdiklərini bildirib. O, bu diplomatların Rusiya kəşfiyyatının əməkdaşları olduğunu və onlara ölkəni tərk etmək üçün 1 həftə vaxt verildiyini qeyd edib.

74
ABŞ Preziden Co Bayden

Bayden Putinlə görüşmək üçün Cenevrəyə gəlib

1019
(Yenilənib 18:52 15.06.2021)
İki nəhəng ölkənin liderlərinin İsveçrədə baş tutacaq sammitində Dağlıq Qarabağa da xüsusi diqqət ayrılacaq.

BAKI, 15 iyun - Sputnik. ABŞ prezidenti Cozef Bayden Cenevrəyə gəlib.

Amerika lideri sabah Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Putinlə Baydenin görüşü

Qeyd edək ki, Rusiya – ABŞ sammiti iyunun16-da Cenevrədə "Villa La Grange" adlı iqamətgahda baş tutacaq.

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydenlə görüşdən öncə bəyan edib ki, şəxsi təmasların bərpası, birbaşa dialoqun qurulması və real fəaliyyət göstərən qarşılıqlı əlaqə mexanizmlərinin yaradılması vacibdir.

"Danışmaq üçün mövzular var. Ümumi mövzular mövcuddur. Əgər görüşdən sonra biz bütün istiqamətlər üzrə işlərin mexanizmlərini yaratsaq, mənə elə gəlir ki, bu yaxşı olardı, demək olardı ki, görüş havayıdan keçməyib", - deyə prezident bildirib.

Putin xatırladıb ki, Ağ ev də bu barədə danışır: “hər iki tərəf üçün maraqlı olan bir neçə məsələ var – strateji sabitlik, regional münaqişələr, ümumilikdə, qlobal mənada ekologiya barədə qayğı və kibertəhlükəsizlik”.

Rusiya-ABŞ münasibətlərində nə baş verir?

Rusiya Xarici İşlər Nazirlinin müavini Sergey Ryabkov daha əvvəl RBK-ya müsahibəsində bəyan edib ki, Rusiya tərəfi sabitlik və proqnozlaşdırıla bilmək məsələsində ABŞ-dan az maraqlı deyil. 

"Mövcud suallar toplusunu belə acınacaqlı vəziyyətə gətirən Rusiya deyildi. Əksinə, çox uzun müddətdir, faktiki olaraq Barak Obama administrasiyası dövründən bəri Rusiya tərəfi səbir və təmkin nümayiş etdirib", - deyə o, bildirib. 

"Vaşinqtona vəziyyəti gərginləşdirmək üçün deyil, vəziyyəti düzəltməyə başlamaq üçün fürsət verməyə çalışdıq. Təəssüf ki, bu nəticə vermədi və biz bu gün əlimizdə olanlarla kifayətlənmək məcburiyyətində qaldıq", - Ryabkov deyib.
XİN təmsilçisinin sözlərinə görə, Rusiya tərəfi öz mövqeyinə qətiyyətlə əməl edir: "ABŞ-la keyfiyyətli dialoq yalnız qarşılıqlı hörmət və maraqlarımız nəzərə alınmaq şərti ilə mümkündür. Lakin Vaşinqton ağlabatan əsasda bir razılığa gəlmək istəmir".

Qarabağ məsələsi liderlərin gündəmində

Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Co Bayden Cenevrə görüşü zamanı Yaxın Şərq, Ukrayna və Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcəklər. Bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Rusiya Prezidentinin köməkçisi qeyd edib ki, görüş zamanı Dağlıq Qarabağ, Ukraynadaxili böhran və Belarusdakı vəziyyətə ayrıca diqqət ayrılacaq.

1019
Rusiyada miqrantlar, arxiv şəkli

Putin miqrantların Rusiyada qalma müddətini uzadıb

10
Putinin yeni qərarı azadlıqdan məhrum edilmə yerindən buraxılan və ya Rusiyanın milli təhlükəsizliyinə təhdid edən şəxslərə şamil edilmir.

BAKI, 15 iyun — Sputnik. Rusiya Prezidenti Vladimir Putin xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslərlə bağlı yeni qərar imzalayıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, yuxarıda adı çəkilən şəxslər Rusiyada 30 sentyabra qədər qala biləcəklər.

Belə ki, xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər 30 sentyabr tarixinə qədər Rusiyadan məcburi olaraq çıxarılmayacaqlar.

Qeyd olunur ki, bu qərar azadlıqdan məhrum edilmə yerindən buraxılan və ya Rusiyanın milli təhlükəsizliyinə təhdid edən şəxslərə şamil edilmir.

Putinin imzaladığı qərar iyunun 16-dan qüvvəyə minir.

Yeni qaydalar

Rusiyada işləmək üçün icazə və ya patent almaq istəyən əcnəbilər bundan sonra rus dilində polisə, poliklinikaya müraciət etmək və işə qəbulla bağlı müsahibədən keçmək üçün bu dili kifayət qədər bildiklərini təsdiqləməlidirlər. Bu tələblər, 7 iyun tarixindən qüvvəyə minən və Rusiya Prezidenti tərəfindən imzalanan bu ölkədə yaşayan əcnəbilərin hüquqi statusunu tənzimləyən qanuna edilmiş əlavə və dəyişikliklərdə yer alır.

Hökumətin qərarına əsasən, iş icazəsi və ya patent almaq üçün müraciət edən şəxs xarici dil kimi rus dilindən imtahan verdiyi vaxt sosial-məişət sahəsində ünsiyyət ehtiyacını (işə qəbul, polisə, poliklinikaya müraciət və s.) təmin etməyi bacardığını təsdiqləməlidir.

Bundan başqa, miqrantlar müsahibinin səsləndirdiyi və ya audio məlumat kimi ötürülən informasiyanı şifahi şəkildə qəbul etməyi də bacarmalıdır.

Eləcə də, rus dili imtahanından müvəffəqiyyətlə keçmək üçün bəzi anketləri, formaları doldurmağı bacarmaq tələb olunur.

Rus dili sertifikatının etibarlılıq müddəti, həmçinin Rusiya tarixini və Rusiya Federasiyası qanunvericiliyinin əsaslarını bilmə tarixi sertifikatın verildiyi gündən müəyyənləşdirlir. Rusiya Federasiyasındakı "Xarici Vətəndaşların Hüquqi Statusu haqqında" Federal Qanunun 133-cü maddəsinə əsasən, sertifikatın etibarlılıq müddəti üç ildir.

Rusiyada yaşamaq üçün icazə alanlara sertifikat müddətsiz veriləcək. Yaşayış icazəsi ləğv olunarsa, sertifikatın etibarlılığı da avtomatik olaraq qüvvədən düşəcək.

Bununla belə, Rusiyada yaşamaq üçün icazə almaq istəyənlərin imtahan sualları daha çətin olacaq.

Eləcə də oxuyun:

Azərbaycanlı miqrantlar onlayn icazə ala bilərlər

 

10
İlham Əliyev Haluk Bayraktarla

Şuşada nahar Bayraqdarın təltif edilməsi

0
(Yenilənib 00:18 16.06.2021)
Prezident İlham Əliyev Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra “Baykar” şirkətinin baş direktoru Lutfi Haluk Bayraktara “Qarabağ” ordenini təqdim edib.

BAKI, 15 iyun - Sputnik. İyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan birgə nahar ediblər.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezidentin saytı məlumat yayıb. 

Bu gün həmçinin Prezident İlham Əliyev Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra “Baykar” şirkətinin baş direktoru Lutfi Haluk Bayraktara “Qarabağ” ordenini təqdim edib.

Prezident İlham Əliyevin Sərəncamına əsasən Lutfi Haluk Bayraktar bu yüksək mükafata Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə, əməkdaşlığın inkişafına, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətindəki haqq işinə verdiyi töhfəyə görə layiq görülüb.

"Az öncə qardaşım İlham Əliyev "Baykar" İdarə Heyətindən Haluk Bayraktarı "Qarabağ" ordeni ilə təltif etdi", - deyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında bildirib.

Türkiyə Prezidenti Bayraktar ailəsi adından Azərbaycan Prezidentinə ayrıca təşəkkür edib.

Qeyd edək ki, "Baykar" şirkətinin Baş direktoru olan Haluk Bayraktar "Baykar" şirkətinin texnik direktoru və qurucusu Səlcuk Bayraktarın qardaşıdır.

Səlcuk Bayraktar isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyyə Ərdoğanın həyat yoldaşıdır.

Prezidentlərin Şuşa səfəri

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Şuşada rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və birinci xanım Əminə Ərdoğanı qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib. Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçib.

Şuşa Bəyannaməsi imzalanıb

İyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb.

Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsini prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan imzalayıblar.

Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşada təkbətək və geniş tərkibdə görüşlərdən sonra bəyanatla çıxış ediblər.

Həmçinin oxuyun: 

* Şuşada Ərdoğana Qarabağ atı hədiyyə edildi

* Azərbaycan və Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalanıb

0