Tereza Mey və Vladimir Putin

Böyük Britaniya Rusiyaya qarşı birtərəfli qaydada "savaş" elan etdi

650
(Yenilənib 12:31 13.03.2018)
Rəsmi London Rusiyaya qarşı ciddi tədbirlər də görməyə hazırlaşır

BAKI, 13 mart — Sputnik. Böyük Britaniyada fəaliyyət göstərən rusiyalı diplomatlar ölkədən qovula bilər. Buna səbəb vaxtilə Britaniyaya sığınan SSRİ Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızının zəhərlənməsidir.

Belə ki, rəsmi London bu hadisədə Rusiya xüsusi xidmət orqanlarının əli olduğunu düşünür. Sputnik Azərbaycan xəbər verir ki, bu iddia "The Guardian" qəzetində işıq üzü görüb.

İngilislərin ruslara qəzəbi bununla da bitmir. Britaniya ərazisində bahalı əmlaklar alan, ancaq qazandıqları vəsaitin qanuniliyini sübut edə bilməyən rus oliqarxlar və məmurlar da zərbə ala bilər. Onların bank aktivlərinin hər an dondurula biləcəyi qeyd olunur.

Sergey Skripal və qızı Yuliyanın italiyan restoranında yedikləri yeməyə kimyəvi zəhərin rus kəşfiyyatı tərəfindən atıla biləcəyinə inanan Britaniya hökuməti Rusiyaya qarşı əlavə ciddi tədbirlər də görməyə hazırlaşır. Belə ki, rəsmi London NATO ölkələrinin Baltikyanı bölgədə hərbi varlığının gücləndirilməsi təşəbbüsü ilə çıxış edə bilər. Bunun üçün bütün siyasi mexanizmlərin işə salınmasının gündəmdə olduğu vurğulanır.

Qeyd edək ki, ötən həftə Londonda qızı ilə birlikdə küçənin ortasında huşsuz vəziyyətdə tapılan, hazırda xəstəxanada koma halında olan Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş əməkdaşı Sergey Skripal haqqında maraqlı fakt üzə çıxıb. Sputnik Azərbaycan BBC-yə istinadən xəbər verir ki, keçmiş agent və qızının komaya düşmələrinə səbəb Londondakı "Zizzi" adlı italiyan restoranında yedikləri yemək olub.

İngiltərə polisindən bildirilib ki, onların yeməyinə sinirləri iflic edən kimyəvi qaz əlavə edilib. Zərərli maddə onlara 2 saat sonra təsir göstərib. Skripal və qızı alış-veriş mərkəzinin qarşısında anidən yerə yıxılıblar. Təcili xəstəxanaya yerləşdirilən agent və qızının həyati təhlükəsi davam edir.

London Prokurorluğu hadisənin ətraflı araşdırılacağını açıqlayıb.

650
Teqlər:
Sergey Skripal, London, diplomat, qız, Moskva, zəhərlənmə, Rusiya, Böyük Britaniya, xəstəxana, kəşfiyyat
Əlaqədar
Rusiyadan açıqlama: Türkiyə bizi tələsdirir
Rusiyada böyük terrorun qarşısı alındı - VİDEO
Rusiya lideri varisindən danışdı
Dağıstanda silahlı insident: Rusiya qvardiyasının əsgəri öldürüldü