Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyadan açıqlama: Türkiyə bizi tələsdirir

© AP Photo / Vadim SavitskyЗенитно-ракетный комплекс С-400 "Триумф"
Зенитно-ракетный комплекс С-400 Триумф - Sputnik Azərbaycan
Abunə olmaq
Sazişə əsasən Türkiyə Rusiyadan 4 ədəd bu tip havadan müdafiə sistemi əldə edəcək

BAKI, 12 mart — Sputnik. Rusiya prezidentinin sağ əli kimi tanınan, Putinin hərbi və texniki əməkdaşlıqdan məsul köməkçisi Vladimir Kojin Türkiyə ilə əldə olunan S-400 razılaşmasına dair maraqlı açıqlama verib. Kojin, türk tərəfinin S-400 zenit-raket komplekslərini təhvil almaq üçün onları tələsdirdiyini söyləyib.

"Türkiyə S-400-lərin təslimi ilə bağlı tələsməyimizi istəyir. Biz də onların tələbini nəzərə alaraq 2020-ci ilin əvvəlində sözügedən raketləri onlara təhvil verəcəyik" — rus rəsmi bildirib.

Sputnik Azərbaycan "Timeturk"ə istinadən xəbər verir ki, Türkiyə ilə Rusiya arasında S-400 zenit raket komplekslərinin alınmasına dair saziş imzalanıb. Sazişə əsasən Türkiyə Rusiyadan 4 ədəd bu tip havadan müdafiə sistemi əldə edəcək.

Müqavilə reallaşsa, Türkiyə S-400 raketinə sahib ilk NATO ölkəsi olacaq. Bundan əvvəl Yunanısatan Rusiyadan S-300 kompleksləri almışdı.

Xəbər lenti
0