21 fevral 2018-ci il tarixində Şam yaxınlığında, Suriyanın şərqindəki Qouta şəhərində qalxan duman

Rusiyada ciddi narahatlıq yaşanır

1656
(Yenilənib 12:23 26.02.2018)
"Vaşinqtonda anti-Rusiya əhval-ruhiyyəsi və rəsmi Dəməşqə qarşı gücdən istifadə təhdidləri çoxalıb"

BAKI, 26 fevral — Sputnik. "Suriya rejiminə qarşı hərbi gücdən istifadə təhdidləri artıb. Biz bundan çox narahatıq".

Sputnik xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərin suallarını cavablandırarkən deyib. O, əgər belə bir hücum olarsa, BMT-nin 2401 saylı qətnaməsinin pozulacağını söyləyib.

"Çox narahatıq. Vaşinqtonda anti-Rusiya əhval-ruhiyyəsi və rəsmi Dəməşqə qarşı gücdən istifadə təhdidləri çoxalıb. Əgər Suriya hökumətinə qarşı hücum təhdidləri reallığa çevrilsə, BMT-nin 2401 saylı qətnaməsi pozulacaq", — Ryabkov bildirib.

Qeyd edək ki, Bəşər Əsədə bağlı ordu qüvvələrinin paytaxt Dəməşqə yaxın Şərqi Quta bölgəsində mülki əhaliyə qarşı hücumlar həyata keçirməsi beynəlxalq aləmdə ciddi etiraza səbəb olub. ABŞ başda olmaqla, Qərb bloku Suriya rejiminə qarşı hər an müdaxilə edilə biləcəyini bəyan edib.

1656
Teqlər:
narahat, hərbi güc, Sergey Ryabkov, Suriya rejimi, təhdid, BMT, Rusiya, qətnamə
Əlaqədar
İran Suriya barədə xəbərdarlıq etdi
Çavuşoğludan Suriyanın ərazi bütövlüyü sözü
Suriyada vəziyyət dəyişdi: Əsəd tərəfdarları Afrinə girdi
Suriyada yenə körpə qanı axdı...
Türkiyədən Suriya ordusuna kəskin xəbərdarlıq: Böyük toqquşma gözlənilir
 COVİD-19-da ölən şəxs, arxiv şəkli

Rusiyada bir gündə 300-dən çox şəxs koronavirusdan öldü

7
(Yenilənib 13:26 09.03.2021)
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 4 342 474-ə çatıb. Rusiyada pandemiya yayılandan 89 809 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3 932 177- ə çatıb.

BAKI, 9 mart — Sputnik. Son bir sutka ərzində Rusiyada 9 445 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 336 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 4 342 474-ə çatıb. Rusiyada pandemiya yayılandan 89 809 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3 932 177- ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 117,1 milyonu keçib, 2,60 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

7
Rusiya İstintaq Komitəsinin avtomobili, arxiv şəkli

Rusiyada qorxunc olay: Əli bıçaqlı adam qarşısına keçənləri kəsib

17
(Yenilənib 17:36 07.03.2021)
Hadisənini şahidi: "Bıçaqlı adam qan içində idi. Təsəvvür edin ki, ona atəş açırlar, o isə dayanıb gülür. Ya narkoman idi, ya da bilmirəm kim idi".

BAKI, 7 mart — Sputnik. Bu gün Volqoqrad sakini əlində bıçaqla küçədən keçənlərin üzərinə hücum edib. Bu barədə Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir.

"Bu gün səhər saat 7 radələrində işə getmək üçün həyətə çıxdım. Blokdan çıxan kimi gördüm ki, idman geyimində, qan içində olan bir kişi qaçır. Onun bir əlində böyük burğac, digər əlində bıçaq var idi. Mənim üzərimə qaçırdı. Ardınca isə polis qaçırdı. Mən özümü itirib nə edəcəyimi bilmədim. Bir təhər yana çəkildim", - deyə hadisə şahidlərindən biri danışıb.

Onun sözlərinə görə, həmin vaxt qonşu dükandan satıcı çıxaraq kişiyə travmatik tapançadan atəş açmağa başlayıb.

"Polis əməkdaşı qışqırırdı: "Atəş aç ona, atəş aç!". Beş və ya altı atəş açıldı. Bıçaqlı adam qan içində idi. Təsəvvür edin ki, ona atəş açırlar, o isə dayanıb gülür. Ya narkoman idi, ya da bilmirəm kim idi", - şahid deyir.

Kişini yalnız polis-patrul xidməti gəldikdən sonra tutmaq mümkün olub. Lakin onu polislər yox, sakinlərdən biri başına boru ilə zərbə endirərək "sakitləşdirib".

Şahidlər bildirib ki, cinayətkar ən azı bir nəfərə xəsarət yetirib, Qan içində olan qadını təcili yardım aparıb. Polis hadisənin təfərrüatlarını aydınlaşdır.

17
Sitrus bağları

Bakıda sakinlərin illərlə gözlədikləri təbiət hadisəsi Astarada fermerlərin “belini qırıb”

6
(Yenilənib 14:24 09.03.2021)
Təsərrüfatların yenidən əvvəlki vəziyyətinə qayıtması üçün 7-8 il vaxt lazımdır, bu müddət ərzində nə qədər ziyan dəyəcəyini hesablamaq çətindir.

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 9 mart — Sputnik. Bir neçə gün əvvəl cənub zonasına yağan qar fəsadsız ötüşməyib. Nəticədə Astara rayonu Şiyəkəran sitrusçularına külli miqdarda ziyan dəyib. Təsərrüfat sahibi Zəibəli Əliyevin Sputnik Azərbaycan-a bildirdiyinə görə təsərrüfatında xeyli sayda limon, naringi və portağal ağacları qarın ağırlığına tab gətirməyərək qırılıb: “İki gün səhərə qədər yatmayıb ağacların üstündəki qarı çırpsaq da xeyri olmadı. Təsərrüfatımda 150 ədəd feyxoa ağacı var idi, qar yağandan sonra təxminən 140-a yaxın ağaclar qırılıb, tökülüb. Bu təkcə mənim təsərrüfatımda belə deyil, rayonda başqa sitrus təsərrüfatlarda da vəziyyət eyni cürdür. Qırılan feyxoa ağacları 25 illik ağaclar idi və hər ağacdan 50-60 kiloqram məhsul yığırdıq. Təsəvvür edin, 150 ağac hərəsi 50 kiloqram meyvə verərsə, hər dərimdə bu 7 tondan artıq məhsul deməkdir. Biz həm də bir neçə dəfə məhsul toplaya bilirdik. Təsərrüfatımın yenidən əvvəlki vəziyyətinə qayıtması üçün isə 7-8 il vaxt lazımdır, bu müddət ərzində bizə nə qədər ziyan dəyəcəyini hesablamaq da çətindir”.

  • Sitrus bağları
    © Sputnik / Rahim Murad
  • Sitrus bağları
    © Sputnik / Rahim Murad
  • Hacıhüseyn Qəhrəmanov
    © Sputnik / Rahim Murad
  • Zəibəli Əliyev
    © Sputnik / Rahim Murad
  • Hacıhüseyn Qəhrəmanov
    © Sputnik / Rahim Murad
1 / 5
© Sputnik / Rahim Murad
Sitrus bağları

Digər təsərrüfatçı Hacıhüseyn Qəhrəmanov təsərrüfatında olan sitrus ağaclarının əksəriyyətini 1993-cü ildə əkib: “Bəziləri isə 80-ci illərdə əkilib. Burada 400-ə yaxın sitrus ağacları var, bunların çoxu portağal ağaclarıdır. Sonuncu dəfə qar yağandan sonra elə ən çox portağal ağacları qırılıb-tökülüb. Mən hər portağal ağacından 70-100 kiloqram arası meyvə toplayardım. Ağacların bəziləri budaqlarından, bəzilərinin isə gövdəsindən sınıb. Türkiyədən gətirdiyim portağal ağacı elə sınıb ki, daha yenidən dirçələ bilməyəcək. Digər bağımda da 250-ə yaxın sitrus meyvəsi ağacları var. Orada da ağacların çoxuna ziyan dəyib. Həmin bağ uzaqda olduğundan və yolun çətinliyindən orada ziyan görmüş ağacları hələ gedib bərpa edə bilmirəm. Bu bağda qırılan ağacları, hansıları ki, bərpa etmək olar onları dayaqlar vasitəsi ilə dikəltmişəm. Bəzilərini isə birləşdirib, bağlayıram”.

© Sputnik / Rahim Murad
Sitrus bağları

Şiyəkəran sakini, sitrus təsərrüfatçısı Tacir Qədirzadə də təsərrüfatına dəydiyi ziyandan Sputnik Azərbaycan-a danışdı: “Məlum olduğu kimi Astaramızda çoxlu sitrus bağları var. Yəni, rayon əhalisinin çoxu sitrusçuluqla dolanır. Sonuncu dəfə 2 gün qar yağması nəticəsində qarın ağırlığına tab gətirməyən bir çox sitrus ağacları qırılıb. Mənim təsərrüfatımda ən çox feyxoa, portağal və naringi ağaclarına ziyan dəyib. Yəni, nəzərə alsaq ki, hər ağacdan 50-60 kiloqram məhsul götürülürdüsə, üzümüzə gələn mövsüm məhsul az və baha ola bilər”.

6