Moskvada qar

Rusiya paytaxtı donur

242
(Yenilənib 14:41 20.02.2018)
Moskvada temperatur -26 dərəcəyə düşüb

BAKI, 20 fevral — Sputnik. Dünən gecə Rusiyanın paytaxtı Moskvada 26 dərəcə şaxta qeydə alınıb. Sputnik Azərbaycan "İzvestiya"-ya istinadən xəbər verir ki, temperaturun —26 dərəcəyə qədər enməsinə səbəb Arktikadan gələn siklonlar olub.

Bu gün isə Moskvada gündüz havanın temperaturunun —16 dərəcə olacağı bildirilir. Məlumata görə, yaxın 2-3 gün ərzində Moskvada bu ilki qışın ən soyuq gecələri gözlənilir. Sinoptiklər bildirirlər ki, bu cür hava şəraiti paytaxt üçün anomal haldır.

242
Teqlər:
dərəcə, Moskva, Rusiya, paytaxt, şaxta, hava
Əlaqədar
Bəzi rayonlarda qar və şaxta gözlənilir
Əsl qış havası gəlir - XƏBƏRDARLIQ
Daha bir ölkədə soyuq hava can almaqda davam edir